Vurulan təyyarələrin pilotları xilas olmağı bacarıb Ukraynanın şərqində rusiyameylli separatçılar Ukraynanın iki Su-25 hərbi təyyarəsini vurub.
Bu haqda terrorçuluğa qarşı əməliyyat qərargahının nümayəndəsi Aleksey Dmitraşkovskiy bildirib.
"Bizdə vurulmuş təyyarə-qırıcılar haqqında informasiya var, indi hadisənin aydınlaşdırılması prosesi gedir", - Dmitraşkovskiy qeyd edib.
Daha əvvəl separatçiların nümayəndəsi Snejniy şəhəri ərazisində iki Ukrayna təyyarəsini vurduqları barədə məlumat vermişdi.
Anti terrorçuluğa qarşı əməliyyat qərargahında təyyarələrin ekipajının üzvlərinin taleyi haqqında informasiyalar hələlik yoxdur.
Ukrayna Müdafiə Nazirliyi bildirib ki, ilkin informasiyaya görə, vurulmuş təyyarələrin pilotları xilas olmağı bacarıb, onlar vaxtında tullana biliblər.
Sorğu
Yeni dizaynımız necədir?