GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Heroin əməliyyatından üç generalımızın xəbəri olub

Heroin əməliyyatından üç generalımızın xəbəri olub

Tarix: 19-07-2014, 14:16 Bölmə :Ölkə Baxış: 0
Heroin əməliyyatından üç generalımızın xəbəri olub


Gürcüstanda tutulan 3 ton narkotiklə bağlı son məlumatlar; Aleksandr Çikaidze antinarkotik əməliyyatından əvvəl Azərbaycana gəlib və əməliyyatı prezident, daxili işlər, fövqəladə hallar nazirləri, DSX rəisi ilə razılaşdırıb; prosesə Rusiya xüsusi-xidmət orqanlarının da qatqısının olduğu deyilir
Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze Azərbaycanla sərhəddə tutulan 2 ton 790 kiloqram heroinlə bağlı danışıb. Nazir narkotikin əfqan mənşəli olduğunu, Əfqanıstandan İrana, oradan Azərbaycana, daha sonra Gürcüstana keçirildiyini deyib.

A.Çikaidze deyib ki, narkomafiya heroini Gürcüstandan Türkiyəyə, oradan isə Avropaya daşımağı planlaşdırıb. Lakin aylar öncə planladıqları əməliyyatla bunun qarşısı alınıb. Narkotik maddəni daşıyanlar Gürcüstan DİN əməkdaşları tərəfindən saxlanılıb.
“İstintaq maraqlarından çıxış edərək mən informasiyanın ancaq bir hissəsini açıqlaya bilərəm.

Bu, əfqan narkotikidir, Gürcüstana İran və Azərbaycan üzərindən daxil olub, buradan isə artıq Avropaya çatdırılmalı idi. Narkotrafikin izinə düşməyimiz bizim əməkdaşların aylarla davam edən işinin nəticəsidir” - deyə, A.Çikaidze bildirib. Nazir əməliyyatda iştirak edən hər kəsə təşəkkür də edib: “Bu, misli görünməmiş haldır və hesab edirəm ki, heç də bütün nazirlər, nazirliklər bu cür iri partiyada narkotikin ələ keçirilməsi ilə fəxr edə bilməzlər”.

Narkotrafikdə iştirak edən digər şəxslərin Gürcüstanda olduğunun mümkünlüyünü deyən A.Çikaidze hazırda istintaq getdiyini, detalların isə yalnız istintaq yekunlaşandan sonra açıqlanacağını bildirib. Daxili işlər naziri narkotikin Azərbaycan sərhədindən “əməliyyat tədbirləri çərçivəsində buraxıldığını” da vurğulayıb.

“Şübhəsiz ki, ABŞ Dövlət Departamentinin 2012-ci il hesabatı ilə müqayisədə vəziyyət dəyişib. Biz narkotiklərlə daha fəal mübarizə aparırıq, fakt ortadadır. Bir neçə səs-küylü işin üstü açılıb” - deyə, A.Çikaidze əlavə edib.

“Yeni Müsavat” Gürcüstan DİN-in hazırladığı əməliyyat planının bəzi detalları haqda məlumat toplayıb. Məlum olub ki, Rusiya xüsusi xidmət orqanlarının da iştirak etdiyi bu əməliyyat daxil olmuş məlumat əsasında bu ilin aprelində hazırlanıb. Əməliyyatın hazırlanmasına Gürcüstanın daxili işlər naziri şəxsən rəhbərlik edib. Bu məqsədlə Aleksandr Çikaidze bu il mayın 13-dən 16-na qədər Azərbaycana səfər edib. Səfər çərçivəsində prezident İlham Əliyevlə, daxili işlər naziri Ramil Usubovla, fövqəladə hallar naziri Kəmaləddin Heydərovla və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə görüşüb. Gürcü nazirin görüşlərinin detalları haqda trend.az-ın yaydığı məlumatlarda antinarkotik əməliyyatının hazırlanması prosesinin hazırlandığını sezmək olur.

Mayın 14-də daxili işlər naziri Ramil Usubovla görüşən gürcü nazirlə həmkarı arasında narkotiklərin qanunsuz dövriyyəsi haqda sənədlər də imzalanıb. Sitat: “Xüsusilə 2002-ci ilin aprelində Azərbaycan, Gürcüstan və Türkiyə respublikaları arasında terrorçuluq, mütəşəkkil cinayətkarlıq və ağır cinayətlərin digər növlərinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair imzalanmış müqavilə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar səviyyəsində əlaqələrin inkişafına təkan verib. Daxili işlər naziri mövcud problemlərdən də danışmış, transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulamışdır”.

Gürcü nazir mayın 15-də Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə, 16-da isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovla da görüşüb. Həmin görüşlər zamanı antinarkotik əməliyyatının detallarının müzakirə edilməsi şübhə doğurmur. Bu halda ortaya sual çıxır - bəs həmin əməliyyatı Azərbaycan hüquq-mühafizə orqanları keçirə bilməzdimi?

Narkotiklərə qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev AzadlıqRadiosuna deyib ki, Gürcüstanda tutulan 2 ton 790 kiloqramlıq əməliyyat böyük sensasiya doğuracaq bir hadisə deyil: “Bilirsiniz ki, belə əməliyyatlar məxfi və xüsusi agentura şəbəkəsinin qurulması ilə həyata keçirilir. Gürcüstan polisinin uğurla başa çatdırdığı bu əməliyyatda, şübhəsiz ki, Azərbaycan hüquq-mühafizə orqanlarının da rolu var. Fikir vermisinizsə, Gürcüstanın daxili işlər naziri deyib ki, Əfqanıstanda hazırlanan narkotik İrandan Azərbaycana keçib, ordan da Gürcüstana gətirilib, amma Azərbaycan tərəfi bundan məlumatlı olub. Fikrimcə, bir belə narkotik maddəni ələ keçirərkən, Azərbaycanla Gürcüstanın hüquq-mühafizə orqanları mükəmməl əməliyyat gerçəkləşdiriblər”.
Ofis rəhbəri “Azərbaycan hüquq-mühafizə orqanları bu məsələdən xəbərdar olubsa, niyə heroin keçirənlər elə Azərbaycandaca tutulmayıblar” sualını belə cavablandırıb: “Bəlkə də məsələnin siyasi tərəfləri var. Bilirsiniz ki, Gürcüstanda hökumət yenidir və istəyir ki, əhali arasında böyük rəğbət qazansın. Azərbaycan tərəfi həmişə regionda sülhün, əmin-amanlığın tərəfdarıdır. Bu baxımdan ola bilsin ki, qonşu ölkəyə belə bir jest edilib”.

- Belədirsə, bu, Azərbaycanın imicinə zərər vurmurmu ki, bir-iki qramlıq narkotik maddəni tutduğunu bəyan edən bir ölkə 3 tona yaxın narkotik maddəni niyə tutmayıb?

- Belə düşünmək tam yanlış olardı. Birincisi, Azərbaycanda hər il tonlarla narkotik maddə dövriyyədən çıxarılır. Gürcüstana nəzər yetirsəniz, görəcəksiniz ki, son 5 ildə bu ölkədə heç 300 kiloqramdan çox narkotik maddə aşkarlanmayıb. Amma Azərbaycan son 7 ildə qanunsuz dövriyyədən 10 tondan çox narkotik maddə çıxarıb. Bu baxımdan da mən məntiq və iş tərəfdarıyam. Bəli, Gürcüstanın həyata keçirdiyi bu əməliyyat çox böyük uğurdur və dünyada sensasiya doğuracaq hadisədir.

- Olmazdımı Azərbaycan bu uğuru öz aktivinə yazaydı?

- Olardı. Amma Azərbaycan hər il qanunsuz dövriyyədən tonlarla narkotik maddə çıxarır və bununla bağlı BMT-yə hesabat verir. BMT-də utanırlar ki, son 5 ildə Ermənistanla Gürcüstanın birgə üzə çıxardığı narkotik maddənin həcmi 1 tondan artıq olmayıb. Ancaq Azərbaycan son 6-7 ildə 10 tondan artıq qeyri-qanuni narkotik maddənin qarşısını alıb. Onu deyim ki, Əfqanıstandan Azərbaycan vasitəsilə Avropaya daşınan narkotik maddənin həcmi də çox böyükdür. Bu baxımdan, hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları çox ayıq-sayıq olmalıdırlar.

- Hüquq-mühafizə orqanları Gürcüstanda saxlanılan narkotik maddə barədə medianın suallarını cavabsız qoyurlar. Milli Təhlükəsizlik Nazirliyi jurnalistləri Dövlət Sərhəd Xidmətinə və Gömrük Komitəsinə yönəldir. Onlar da bu məlumatları mətbuatdan oxuduqlarını deyirlər. Beləcə, külli miqdarda heroinin hansısa bir qüvvə tərəfindən himayə olunmasına şübhələr yaranır...

- Ola bilər. Dolğun məlumat verilməməsi müəyyən şübhələrə yer açır. Amma yenə deyirəm, Gürcüstan tərəfi bildirib ki, bu məsələdə Azərbaycan tərəfinin yardımı olub. Bu o deməkdir ki, Azərbaycan bu məsələdən xəbərdarmış.

- Sizcə, Azərbaycanda belə böyük miqdarda narkotik maddənin keçirilməsini himayə edəcək qurum və ya qrup var?

- Azərbaycanda hər hansı narkomafiyanın, narkoticarətlə məşğul radikal qruplaşmanın olduğuna inanmıram. Amma regional narkomafiyanın əlaltıları var. O əlaltıların toruna bəzi məmurlar da düşə bilər. Bilirsiniz ki, dünyada ikinci ən böyük gəlir narkotik alverindən götürülür. Bu baxımdan o böyük pullarla hansısa məmurun yoldan çıxarılmasına cəhdlər olur. Yəni belə hallar var. Amma Azərbaycanda hansısa narkomafiyanın mövcudluğuna gəlincə, mən buna inanmıram.

- Bəs Gürcüstanda tutulan 3 tona yaxın narkotik maddə məsələsində hansısa məmurun ələ alınmasından da söhbət gedə bilərmi?

- İndi istintaq gedir. Bir də deyirəm ki, bu əməliyyat Azərbaycanın razılığı ilə həyata keçirilib. Digər cinayət işlərinin araşdırılması zamanı bu yanaşmanı da ortalığa qoymaq olar.

Qeyd edək ki, deputat Zahid Oruc heroin qaçaqmalçılığı ilə bağlı “Yeni Müsavat”a müsahibəsində İranı Azərbaycana qarşı narkosavaş açmaqda ittiham edib. Deyib ki, il ərzində tonlarla narkotik maddənin İran sərhədlərindən Azərbaycan ərazisinə keçirilməsi cəhdləri olur və bu, İran xüsusi xidmət orqanlarının nəzarəti ilə baş tutur. Deputatın bu açıqlamasına istinadən söyləmək olar ki, gürcü polisinin keçirdiyi əməliyyatın Azərbaycanda deyil, məhz Gürcüstanda baş tutması rəsmi Bakının İranla toqquşmaq istəməməsindən irəli gəlib.

“Yeni Müsavat” iyulun 15-də məsələ ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyinə informasiya sorğusu ilə müraciət edib. Həmin sorğuda Gürcüstan DİN-dən aşağıdakı suallara aydınlıq gətirilməsi xahiş olunub:

- Gürcüstan Daxili İşlər Nazirliyi məsələ ilə bağlı Azərbaycan hökumətinə, hüquq-mühafizə orqanlarına müraciət edibmi?

- Narkotranziti həyata keçirənin vətəndaşlığı məlumdurmu?

- Yükün sahibi kimdir?

- Yük hansı adla rəsmiləşdirilib?

- Azərbaycan ərazisində yükün tranzitlə keçməsini kim təşkil edib?

- Narkotrafikin arxasında dayanan şəxs və ya şəxslər müəyyən olunubmu?

Gürcüstan DİN sorğumuzun alınmasını təsdiqləyib və müvafiq şöbənin sorğunu cavablandırılacağı qeyd olunub.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə, gömrük və sərhəd xidməti orqanları maye halında olan, 93 ədəd 30 litrlik çəlləyə doldurulmuş heroinin sərhəddən necə keçdiyinə hələ də aydınlıq gətirməyib. Gürcüstan daxili işlər nazirinin açıqlamasından məlum olur ki, “qara bazar”da dəyəri təxminən 170 milyon dollar olan əfqan mənşəli heroinin ələ keçirilməsi üçün qurulan əməliyyat planında Azərbaycan da iştirak edib və narkotik maddə sərhəddən məhz bu əməliyyat planı çərçivəsində, yəni məqsədli və planlı şəkildə buraxılıb.

Mövzunu diqqətdə saxlayacağıq.

E.MƏMMƏDƏLİYEV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • 170 milyonluq heroinlə bağlı növbəti sensasion məlumatlar

    170 milyonluq heroinlə bağlı növbəti sensasion ...

    18-07-2014, 12:09

  • 
  • 3 TON HEROİNƏ GÖRƏ Azərbaycanda istintaq və həbslər başladı

    3 TON HEROİNƏ GÖRƏ Azərbaycanda istintaq və ...

    19-08-2014, 15:45

  • 
  • İvanişvilinin mühafizəçisi Gürcüstanın daxili işlər naziri oldu

    İvanişvilinin mühafizəçisi Gürcüstanın daxili ...

    26-01-2015, 20:30

  • 
  • Əfqan Muxtarıya görə Gürcüstan DİN-də İSTEFA –AÇIQLAMA

    Əfqan Muxtarıya görə Gürcüstan DİN-də İSTEFA ...

    20-07-2017, 20:50

  • 
  • YÜZ MİLYONLUQ HEROİN AZƏRBAYCANDAN NECƏ KEÇİB?

    YÜZ MİLYONLUQ HEROİN AZƏRBAYCANDAN NECƏ KEÇİB? ...

    15-07-2014, 02:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu