Suriyada öldürüldüyü xəbəri gələn Azərbaycan əsilli türkiyəli jurnalist Furkan Azəridən xəbər var.
F. Azəriyə yaxınlığı ilə seçilən İsmail Azəri Publika.az-a özəl açıqlamasında bildirib ki, onlara da F. Azərinin öldürülməsi xəbərini veriblər: “Biz də belə xəbərlər eşitdik. Onlar çəkiliş heyəti ilə dünən Suriyaya getmişdilər. Suriyalı uşaqların həyatı ilə bağlı sənədli film çəkəcəkdilər. Həmin heyətdə olan bir tanıdığım mühasirəyə düşdüklərini dedi. Amma ondan sonra onlardan heç bir xəbər yoxdur. Türkiyədə də bununla bağlı iddialar səslənir, amma hələ ki dəqiq deyil”.
16:23 Suriyada döyüşən azərbaycanlıların sözçüsü kimi tanınan yazar Furkan Azərinin Suriyada öldürüldüyü xəbəri yayılıb.
Türkiyədəki mənbələrdən Publika.az-a verilən özəl xəbərə görə, F. Azəri bu gün səhər Suriyada mühasirəyə düşüb və şiddətli atışmalarda öldürülüb.
F. Azərinin “Twitter” səhifəsindəki son “tviti” də diqqət çəkir.
O, “Bu gün ölüm hər zamankından daha yaxındır sanki” deyə son “tvitində” yazıb.
Mənbə onun bu “tviti” mühasirədə olan zaman yazdığını bildirib.
F. Azəri “facebbok”da son statusunu 10 saat öncə “Uşaqlarınızı dilini tutmağı öyrədin, necə də olsa, danışmağı öyrənəcəklər” deyə yazıb.
Publika.az alternativ mənbələrdən məlumatı dəqiqləşdirə bilməyib. Qeyd edək ki, Furkan Azəri əslən azərbaycanlıdır. Uşaq vaxtı Türkiyəyə köçüb. O, Türkiyədə jurnalist kimi çalışırdı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?