Türkiyənin "Timeturk" saytının müxbiri, İŞİD təbliğatçısı olan Furkan Azerinin bu saatlarda Türkiyədə həbs edildiyi xəbəri yayılıb.
Onun həbsi haqqında facebook sosial şəbəkəsində məlumat yayılıb.
Qeyd edək ki, İŞİD və ən-Nusra kimi terror təşkilatlarını dəstəkləyən bu vəhabbi jurnalist Türkiyədə yaşayırdı.
Bu terror təşkilatlarını Azərbaycan mətbuatında azadlıq ordusu, xilaskar kimi qələmə verən onlarla sayt və qəzet var ki, onların da məhz Furkan Azeri ilə əlaqələrinin olduğu deyilir.
Lakin Türkiyədə son aylar İŞİD terrorçularının ard-arda törətdikləri partlayışlar artıq qonşu dövlətdə Fürkan kimilərin kimliyi haqqında araşdırmaların başlamasına səbəb olub.
Qeyd edək ki, İŞİD və ən-Nusra kimi terror təşkilatlarını tənqid edən Azərbaycan jurnalıistlərini ölümlə hədələyən Furkan Azərinin həbsi barədə hələki rəsmi məlumat yoxdur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?