Suriyada vətəndaş müharibəsinin geniş vüsət alması, həmin bölgəyə bir çox ölkələrdən “mücahid” axınına rəvac verdi. Təəssüflər olsun ki, silahlı münaqişəyə cihad adı ilə qatılanların arasında azərbaycanlılar da az olmayıb. Təbiidir ki, belə vəziyyətin yaranması Azərbaycan mediasının da, diqqətini vətəndaşlarımızla bağlı həmin coğrafiyada yaşananlara foksladı. Bu informasiyalara olan marağın fonunda Azərbaycan mətbuatında Furqan Azəri adlı bir isim dolaşmağa başladı. Özünü Suriyada döyüşən azərbaycanlıların sözçüsü kimi təqdim edən həmin adam mətbuatımıza Yaxın Şərqdə baş verənlər, əsasən də, soydaşlarımızın həmin ərazilərdə başlarına gələnlərlə bağlı açıqlamalar verirdi.
Ancaq bizim mətbuat bir məsələnin fərqinə varmırdı. Mahiyyət bundan ibarətdir ki, Azərbaycan qanunlarına görə, vətəndaşlarımızın xariçi dövətlərdə gedən silahlı münaqişələrdə iştirakı qanunvericiliklə təqib olunur və xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. İttiham bir az ağır səslənsə də, Furkan Azəriyə verilən informasiya dəstəyi Azərbaycan qanunları ilə ziddiyyət təşkil edib və istənilən vaxt bizim hüquq-mühafizə orqanları bu istiqamətdə araşdırmalara başlasa, tam haqlı sayıla bilərlər. Bunu aidiyyəti qurumların öhdəsinə buraxaq…
İndisə, Furqan Azərinin həqiqətən kim və hansı fəaliyyətlə məşğul olmasını aydınlaşdıraq.
Özünün dediyinə görə, Azərbaycanda doğulub, lakin uzun müddətdir ki, Türkiyədə yaşayır. Özü tərəfdən Furqan adının təxəllüs və ya həmin adamın əsl adı olması ilə bağlı heç bir məlumat verilmir. İndiyə qədər Furqandan müsahibə götürən və ya ona müsahibə verən həmvətənlilərimizdən heç kim onun sifətini belə görməyib. Ancaq bir əlahəzrət fakt ondan ibarətdir ki, sözügedən persona Türkiyədə fəaliyyət göstərən timeturk.com adlı saytda yazılarla çıxış edir. Belə demək mümkündürsə, jurnalist adı ilə pərdələnir.
Təqdirəlayiq haldır ki, bizim bir sıra çağırılarımızdan sonra, Azərbaycanın əsas media quruluşları onunla əməkdaşlığa, məlumat mübadiləsinə son qoyub (kiçik istisnalar olmaq şərtilə — M.Q) . Aydındır ki, bizim bu fəaliyyətimiz heç də Furqanın ürəyincə deyil. Bir müddət əvvəl onunla bağlı yazdığımız yazılara ətrafındakıların saxta profillərlə verdikləri reaksiyalar, hədələr və ünvanımıza yağdırılan təhqirlər bunu deməyə əsas verir. Ancaq bilsinlər ki, belə üsullarla heç kim bizi yolumuzdan və apardığımız araşdırmalardan çəkindirə bilməz.
İndisə, verdiyimiz sözə əməl edirik. Ortaya qoyacağımız faktlardan qoy oxucuların özləri nəticə çıxarsın. Görək, özünü Furkan Azəri kimi təqdim edən naməlum personanın məşğul olduğu fəaliyyətə hansı adı vermək olar?
Apardığımız araşdırmadan məlum olub ki, Furqan Azəri Suriyada fəaliyyət göstərən “Əhraruş Şam ” adlı radikal vəhabi qruplaşması ilə əlaqəli adamdı. Qeyd edək ki, sözügedən təşkilat dünyanın bir çox ölkələri tərəfindən terrorçu qrup kimi tanınır. Furqanın terror təşkilatına olan münasibətini sübut edən dəlillə aşağıdakı linkdən tanış ola bilərsiniz:
Furqanın “Əhraruş Şama” olan münasibətinin jurnalist fəaliyyətinə heç bir aidiyyətinin olmadığı üzə çıxır. Məlum olur ki, o, sosial şəbəkələrdə də terrorçulara açıq dəstək ifadə edir. Baxın:
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?