Əməkdar artist Aybəniz Haşımova başsız qalmaq istəyənlərə səslənib. Müğənni sosial şəbəkədə paylaşdığı statusunda məktəb illərindəki bir hadisəni xatırlayaraq kimlərə isə mesaj ünvanlayıb:
"Bəzi, insanlarda son gördüyüm acınacaqlı mənzərə; birini özü-özündə sevir, onunla bağlı xülyalar, nağıllar qurur, sonra da ətrafında olan insanları buna inandırmağa, çalışır. Bu xəstəlikdir! Bunun sonu o insan üçün yaxşı nəticə vermir, verməyəcək də.
Uşaq idim, Gəncədə 39 saylı məktəbdə oxuyurdum. Xanquliyeva Rəna adlı bir qız mənə dedi ki, xəbərin var məktəbimizdə Elçin adlı bir oğlan bütün məktəbə yayır ki, səni sevir və guya sən də onu sevirsən.
Dedim onu mənə göstər. İdman dərsində idim. Birdən qiz gəldi ki, o gədə gəlib, qapının ağzında oturub səni gözləyir. İdman zalından çıxdım... Bir də onda ayılıb gördüm ki, oğlan sərilib yerə, ayağı da qırılıb. Məni direktorun yanına çağırdılar. Niyə belə etdiyimi soruşduqda, cavabım belə oldu: "Payını vermişəm. Yaxşı etmişəm, hələ az olub ona".
Mən elə bilirdim artıq belə hallar keçmişdə, o dövrün bəzi xülyalarla yaşayan insanlarında qaldı. Sən demə bu dövrdə də özü-özünə aşiq olanlar, ətrafında yalandan başqaları haqda fikir yaradanlar var imiş. Amma bunlar unudurlar ki, onlar varsa, yalandan başqası haqda söz yayanların ayaqlarını qıran mənim kimiləri də var. Bax, bunu heç unutmasınlar! O vaxt balaca qız idim, boyum yalnız ayaq qırmağa çatdı, indi isə başını qıracam. Sözlərim başsız qalmaq istəyənlərin ünvanına..."
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?