Bu gün səhər saat 10:00-da Bakının Nəsimi rayonu ərazisində bank işçiləri ilə sürücü arasında insident olub.
Nəsimi Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Süleyman Rüstəm küçəsilə Rəşid Behbudov küçəsinin kəsişməsində baş verib.
Belə ki, həmin ərazidən keçən avtomobilin sürücüsü siqnal verib. Bu zaman həmin ərazidə yerləşən banklardan birinin işçisi sürücüyə iradını bildirib. Nəticədə dava düşüb. Davaya bankın digər işçiləri də qarışıb. Bir neçə işçi sürücünü döyüblər.
Nəticədə 31 yaşlı Afiq Camalov ağır yaralanıb. Hadisə yerinə gələn həkimlər Afiq Camalova ilkin yardım göstəriblər və onu xəstəxanaya yerləşdiriblər. Afiq Camalova döş qəfəsinin əzilməsi diaqnozu qoyulub
Döyülən şəxsin “Azəriqaz” İB-nin əməkdaşı olduğu deyilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?