GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ağdam təhsilində misilsiz maxinasiyalar

Ağdam təhsilində misilsiz maxinasiyalar

Tarix: 17-01-2013, 10:51 Bölmə :Ölkə Baxış: 1 130
Ağdam təhsilində misilsiz maxinasiyalar

Elmira Şükürovanın rəhbərlik etdiyi
RTŞ-də 496 000 manat çatışmazlıq var


Qəzetimizin ötən saylarında biz Ağdam rayon Təhsil Şöbəsinin fəaliyyətində yer almış kobud qanun pozuntuları barədə redaksiyamıza daxil olmuş məlumatlar əsasında hazırlanmış bir neçə tənqidi material dərc etmişik. Həmin materiallarda göstərilmişdi ki, Maliyyə Nazirliyinin mütəxəssisləri tərəfindən bu qurumun maliyyə fəaliyyətinin tək bircə dəfə təftiş olunması nəticəsində Elmira Şükürovanın rəhbərlik etdiyi Ağdam RTŞ-də 496 000 (dörd yüz doxsan altı min) manatdan yuxarı məbləğdə çatışmazlıq, artıq ödəmə və təyinatından yayındırma hallarına yol verildiyi aşkarlanmışdır.
Daha sonra dərc olunmuş yazılarda isə biz E.Şükürovanın külli-miqdarda mənimsəmələrinə yol açmış konkret maxinasiyaları ifşa edən faktlardan bəziləri ilə sizləri də tanış etmişdik. Belə ki, sözügedən materialda 1993-cü ildən 2010-cu ilə qədər Bərdə rayonu Ərəblər kəndində fəaliyyət göstərmiş 19 saylı orta məktəbin, 2010-cu ilə qədər Şəki rayonu Qızılarx kəndində fəaliyyət göstərmiş 28 saylı orta məktəbin və Bakıda fəaliyyət göstərən 34 saylı orta məktəbin qəribə “yerdəyişmələrindən” söz açılmışdı. Sonda isə biz qeyd etmişdik ki, Ağdam RTŞ-nin tabeliyində guya ki, fəaliyyət göstərən, əslində isə 3-5 şagirdin təhsil aldığı, bəzi hallarda isə ümumiyyətlə mövcud olmayan məktəblərin siyahısı kifayət qədər böyükdür. Eləcə də biz söz vermişdik ki, növbəti saylarımızda həmin məktəblər barədə daha ətraflı məlumatları sizlərə təqdim edəcəyik. Buna görə də indi həmin vədimizə əməl etmək istəyirik.
Məcburi köçkün ailələrindən olan uşaqların təhsil aldığı 46 saylı orta məktəb 2009-cu ilə qədər Ağcabədi rayonu Pərioğlular kənd orta məktəbinin binasında fəaliyyət göstərib. 2009-cu ilin sentyabr ayından isə həmin məktəb öz fəaliyyətinə direktor Şümşad Hümbətovun evində davam etdirib.
Nərgiz Zeynalovanın direktoru olduğu 89 saylı orta məktəb isə 1993-2010-cu illərdə Bakının Badamdar qəsəbəsində yerləşən “uşaq yaradıcılıq mərkəzi”nin binasında fəaliyyət göstərib. 2010-cu tədris ilini isə qəfil olaraq Hökməli kəndində qarşılayıb. Bu arada isə köçkün ailələrinin bu məkana miqrasiyasi da müşahidə olunmayıb. Daha sonra daxil olan məlumatlarda Ağdam RTŞ-nin tabeliyində adı gedən, faktiki olaraq isə mövcud olmayan məktəblərin siyahısı təqdim olunur. Bunlardan Çimnaz xanımın direktoru olduğu 1 saylı, Allahverdi müəllimin rəhbərlik etdiyi 93 saylı, Zülfü müəllimin direktor olduğu 117 saylı, Əvəz Vəliyevin rəhbərlik etdiyi 138 saylı, Nizami Məmmədovun rəhbərlik etdiyi 145 saylı, Zoya xanımın rəhbərlik etdiyi 4 saylı və bu qayda ilə təqdim olunmuş daha on səkkiz orta təhsil müəssisəsini göstərmək olar. Əlbəttə, rəsmi sənədlərdə adları gedən bu məktəblər üçün ayrılan vəsaitlər Ağdam RTŞ-nin müdiri Elmira Şükürovanın əsas gəlir mənbəyidir. Amma başa düşmək olmur ki, həmin vəsaitlərə həqiqətən ehtiyacı olan Ağdamın təhsil sistemi və ən başlıcası da hələ də məcburi köçkün həyatı yaşamağa məcbur olan Ağdamlı şagirdlər bu məktəb xəyalətlərindən nə xeyir görürlər?
Biz demək olar ki, mövzu ilə bağlı bütün əvvəlki yazılarımızda da qeyd etmişdik ki, hələ də Ağdamın təhsil sahəsinə rəhbərlik edən Elmira Şükürovanın rüşvətxorluq və korrupsiya əməllərinə bağlılığı heç də yeni xəbər deyildir. Həmçinin bu xanımın müxtəlif vaxtlarda daha yüksək vəzifələrə, o cümlədən Ağdam RİH Başçısı postuna sahib ola bilmək üçün müxtəlif vəzifəli şəxslərə yüz min manatlarla ölçülən məbləğdə rüşvət təklif etməsi faktı da bu gün heç kəs üçün sirr deyil. Lakin bütün bunlar Ağdam ictimaiyyətini narahat edən ikinci dərəcəli məsələlərdir. Əsil narahatlıq isə E.Şükürovanın tutduğu vəzifədə qaldığı hər yeni günün Ağdamın təhsil sisteminə daha bir sarsıdıcı zərbə olması anlamından doğur.
Taleh Sarıyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elmira Şükürovanın daha bir korrupsiyası

    Elmira Şükürovanın daha bir korrupsiyası ...

    31-10-2013, 21:43

  • 
  • Ağdamda təhsil korrupsiyası

    Ağdamda təhsil korrupsiyası ...

    15-01-2013, 10:48

  • 
  • Ağdamda təhsil korrupsiyası

    Ağdamda təhsil korrupsiyası ...

    16-01-2013, 10:05

  • 
  • Ağdamda təhsil talanı

    Ağdamda təhsil talanı ...

    13-03-2013, 10:50

  • 
  • Ağdam təhsilinin anasını ağladan xanım

    Ağdam təhsilinin anasını ağladan xanım ...

    19-07-2014, 03:14


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (370)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu