GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Əminəm ki, İlham Əliyevi sındıra bilməyəcəklər…” - Vəfa Quluzadə

“Əminəm ki, İlham Əliyevi sındıra bilməyəcəklər…” - Vəfa Quluzadə

Tarix: 8-08-2014, 03:01 Bölmə :Ölkə Baxış: 0
“Əminəm ki, İlham Əliyevi sındıra bilməyəcəklər…” - Vəfa Quluzadə


Azərbaycan və Ermənistan prezidentlərinin avqustun 8-də və 9-da Soçidə görüşü gözlənilir. Rusiya prezidenti Vladimir Putin-in vasitəçiliyi ilə planlaşdırılan, sərhəd və qoşunların təmas xətti boyunca hər iki tərəfin itkiləri ilə nəticələnən bu – atəşkəssonrası görüşdən nə gözləmək olar? AzadlıqRadiosu bu və digər suallarla xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadəyə üz tutub.

- Soçidə keçiriləcək bu görüşdən nə gözləyirsiniz?

- Mənim ən böyük arzum odur ki, bu görüşdə heç bir şey baş verməsin. Axı Soçidəki görüş Azərbaycanı Gömrük İttifaqına sürükləməyə yönələn bir görüşdür…

- Niyə belə qənaətə gəlmisiniz?

- Birincisi, bu yaxınlarda Ermənistanda da bəyan etmişdilər ki, Azərbaycan qoşulmadan Ermənistanın Gömrük İttifaqında olması mənasızdır. İkincisi, Ukraynada istədiyinə nail olmayan Putin bu istəklərini Cənubi Qafqazda gerçəkləşdirməyə can atır. Azərbaycana ən böyük təzyiq rıçaqı da Qarabağ münaqişəsi və orada atəşkəsin pozulmasıdır. Son atəşkəs pozuntusunda 100 faiz Rusiyanın əli var. Buna mənim heç bir şübhəm yoxdur. Rusiya çalışırdı ki, Azərbaycan böyük itkilər versin və beləcə, Soçidə Azərbaycanı ələ almaq daha da asanlaşsın. Rusiya istəyirdi ki, iki ölkə arasında irimiqyaslı müharibə başlasın və regionda böyük bir ölkənin rəhbəri kimi, Putin sülhün təminatçısı rolunda çıxış etsin. Bəziləri bəyan edir ki, Azərbaycan və Ermənistan Gömrük İttifaqına qoşulsa, Rusiya Ermənistanın, Qazaxıstan da Azərbaycanın qarantı olacaq və bir daha atəşkəs pozulmayacaq. Hər şey göz qabağındadır: Rusiya öz geosiyasi maraqları uğrunda döyüşə başlayıb. Krımın işğalı, Ukraynanın şərqindəki hadisələr də bu qəbildəndir.

- Sizcə, Putin Ukraynada əldə edə bilmədiyini indi Cənubi Qafqazda gerçəkləşdirəcək?

- Bir adam bütün dünyanın əleyhinə gedərək, stalinsayağı sovet metodlarından yararlanırsa, ondan hər şey gözləmək olar. Putin Qarabağ məsələsini həll etmək istəmir. Onun istəyi Azərbaycanın Gömrük İttifaqına daxil olmasıdır. Bununla da Putin Qərbin bütün maraqlarını, regionda indi və gələcəkdə həyata keçiriləcək bütün layihələri öz nəzarətinə keçirmək istəyir. Yəni Azərbaycanı ələ almaqla Putin çox böyük strateji maraqları gerçəkləşdirə bilir.

- Belə çıxır ki, Soçidə Azərbaycanı «tovlayacaqlar»?

- İnanmıram ki, İlham Əliyevin arzusu olmadan onu nəyəsə məcbur etmək mümkündür. Əminəm ki, İlham Əliyev müqavimət göstərəcək, onu sındıra bilməyəcəklər. Mən buna əminəm. Azərbaycanın Gömrük İttifaqına qoşulması, ilk növbədə, elə İlham Əliyevin öz maraqlarının əleyhinədir. Çünki bu məsələni Azərbaycan ictimaiyyəti dəstəkləməyəcək.

- Sizcə, 3 prezidentdən hansı daha uduşlu vəziyyətdədir?

- Bu görüşə qalib kimi gedən Putin-dir. Çünki burda Ermənistanın heç bir üstünlüyü yoxdur. Son atəşkəs pozuntusunda onlar da xeyli itki veriblər və başa düşüblər ki, qarşılarında duran Azərbaycan ordusu güclü ordudur və müharibə olsa, böyük itkiyə uğrayacaqlar. Biz də istəmirik ki, Gömrük İttifaqına sürüklənək. Bu baxımdan, Soçi görüşündə qazanc əldə etmək istəyən tərəf Putin-dir.

- Siz deyirsiniz ki, atəşkəs pozuntusu Azərbaycan ordusunun güclü olduğunu göstərdi. Onda belə çıxır ki, bu görüşə İlham Əliyev də üstün mövqedə gedir…

- Fikrimcə, İlham Əliyevin Ağdama getməsi, orda əsgərlərlə görüşməsi olduqca müsbət haldır və bunu yüksək qiymətləndirirəm. Bu onu göstərdi ki, lazım olsa, döyüşə də gedəcək və istiqlaliyyətimizi əldən verməyəcəyik.

- Son atəşkəs pozuntusunda Azərbaycanla Ermənistan bir-birini suçlayır. Sizcə, onlar günahkardır, yoxsa üçüncü tərəf?

- Atəşkəs pozuntusunun günahı 100 faiz Rusiyanın üzərindədir. Mənim yadımdadır, İstanbul sammitində Heydər Əliyev Kocharian-la razılığa gəlmişdi və bu razılığı Vazgen Sarkisian-la Karen Demirchian da dəstəkləmişdi. Sülh müqaviləsinin imzalanması gözlənilirdi. Tərəflər atəşkəsi pozmamaq razılığına da gəlmişdilər. Bir müddət belə də oldu. Ermənistan parlamentinin gülləbaranından sonra bu məsələ pozuldu. Hər iki tərəfi itkilərə uğradan atəşkəs pozuntusu indiyədək davam edir.

- Soçi görüşündən hər hansı sənəd imzalana bilər?

- Ümumi bəyannamə qəbul edilə bilər. Başqa bir şey gözləmirəm.

- Rusiya bu görüşü təşkil etməklə dünyaya hansı mesajı verir?

- Rusiya bununla Qərbə demək istəyir ki, təşəbbüsü sizə verməyəcəyəm. Axı son vaxtlar Qərb Parisə, Nyu-Yorka və ya Vaşinqtona çağırır, sülh danışıqlarını canlandırmaq istəyirdi. Putin bu təşəbbüslərin üstündən xətt çəkmək üçün tələsik Soçi görüşünə qərar verib.

- Demək, o məşhur deyimdəki kimi, «Qarabağın açarı Rusiyadadır»?

- Qarabağ məsələsinin açarı yox, tormozu, əyləci Moskvadadır. Rusiya heç vaxt bu münaqişənin həllində maraqlı deyil. Rusiya münaqişənin çözümünü tormozlamağa çalışır və bununla da tərəfləri özündən asılı saxlayır. O baxımdan «açar Rusiyadadır və biz gedib ona yalvarıb münaqişəni həll etməliyik» yanaşması tamamilə səhvdir.

- Sizcə, bu münaqişənin həllində «xalq diplomatiyası»ndan yararlanmaq uğur vəd edə bilər?

- Xalq diplomatiyasına heç inanmıram. Hesab edirəm ki, xalq diplomatiyası heç bir nəticə verə bilməz. Çünki bu milli və ya dini zəmində olan münaqişə deyil. Bu münaqişə Rusiyanın qurduğu tələdir. Burda xalqlar nə edə bilər? Yenə xatırladım, prezidentlər razılığa gəlirlər, ondan sonra Ermənistan parlamentində deputatlar güllələnir və bununla da Qarabağ məsələsi yenə gündəmdən çıxır. Xalq burda neyləsin? Xalqlar çoxdan istəyirlər ki, sülh olsun, amma onların fəaliyyətindən heç bir şey asılı deyil.

- Azərbaycanın Ermənistanla birgə Gömrük İttifaqına qoşulması bu münaqişəni aradan qaldıra bilər?

- Bu da real məsələ deyil. Rusiya istəyir ki, Azərbaycan Gömrük İttifaqına girsin və bununla Azərbaycanın bütün açarları onun əlində olsun.

- Dediyinizdən belə çıxır ki, hələ çox «Soçi görüşləri» olacaq?

- Gərək olmasın. Bu baxımdan da hesab edirəm ki, Qərb Qarabağ məsələsi ilə bağlı Rusiya və Ermənistana təzyiq göstərməklə ortaya ciddi mövqe qoymalıdır.

- Amma Azərbaycanda tez-tez səslənən fikir odur ki, Qərb Ukraynaya göstərdiyi dəstəyi bizə göstərmir.

- Fikrimcə, Rusiya Azərbaycana da (Ukraynadakı kimi ) hücum etsə, Qərbin sanksiyaları 1-ə 100 artacaq. Bunu Rusiya çox yaxşı bilir. Ona görə Putin elə vəziyyət yaratmaq istəyir ki, Azərbaycan Gömrük İttifaqına könüllü qoşulsun və bununla da bütün dünyaya göstərsin ki, Azərbaycanın özü bizimlə bir yerdə olmaq istəyib. Amma əminəm ki, İlham Əliyev buna getməyəcək…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Vəfa Quluzadədən həyəcanlı şərh: “Azərbaycan böyük təhlükə qarşısındadır”

    Vəfa Quluzadədən həyəcanlı şərh: “Azərbaycan ...

    14-08-2014, 12:16

  • 
  • Görüş təsdiqləndi

    Görüş təsdiqləndi ...

    4-08-2014, 19:16

  • 
  • Putindən gözlənilməz addım: İlham Əliyevi qəflətən Soçiyə çağırdı - Qarabağla bağlı nələr yaşanır?

    Putindən gözlənilməz addım: İlham Əliyevi ...

    21-07-2017, 13:18

  • 
  • Soçidə Putin-Əliyev görüşü

    Soçidə Putin-Əliyev görüşü ...

    3-10-2019, 15:57

  • 
  • Sarkisyanla Putin Azərbaycanda keçiriləcək prezident seçkilərindən danışacaqlar

    Sarkisyanla Putin Azərbaycanda keçiriləcək ...

    3-09-2013, 00:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu