Sentyabrın 3-də Moskvada baş tutacaq görüş barədə RF dövlət başçısının köməkçisi məlumat yayıb
Sentyabrın 3-də Moskvada baş tutacaq Rusiya prezidenti Vladimir Putinlə, Ermənistan dövlət başçısı Serj Sarkisyanın görüşündə Ermənistanın Gömrük İttifaqına daxil olması məsələsi müzakirə olunacaq. Xəbəri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov verib.
Görüşdə Serj Sarkisyanın Ermənistan iqtisadiyyatının yenə də Rusiyadan asılılığını davam etdirəcəyi, yaxud da Avropa yoluna üz tutacağı ilə bağlı qərarını şəxsən Vladimir Putinə açıqlayacağı da gözlənilir. Ən azından bəzi ekspertlər bunun baş verəcəyini etiraf edirlər.
Görüşdə həmçinin Cənubi Qafqazda təhlükəsizlik məsələlərinin müzakirə olunacağı və Dağlıq Qarabağ münaqişəsindən də danışılacağı gözlənilir. Tərəflər Azərbaycanda payızda keçiriləcək prezident seçkiləri konteksində münaqişədən çıxış yolunu arayacaqlar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?