Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs intihar edib. Lent.az-ın virtualaz.org-a istinadən verdiyi xəbərə görə, məhkum Məmmədov Seymur Həmzə oğlu hökm oxunduqdan sonra məhkəmə zalında özünü doğrayıb.
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə S.Məmmədova 14 il 6 ay iş verilib. Məhkəmə salonundan çıxarılan zaman S.Məmmədov özünü doğrayıb.
S.Məmmədovun vəkili Nüşabə Ağayeva bildirib ki, təcili yardım maşını çağırmaq istəyiblər. Lakin ona S.Məmmədovun vəziyyətinin yaxşı olduğunu və təcili yardıma ehtiyac olmadığını söyləyiblər.
Sorğu
Yeni dizaynımız necədir?