Elxan Süleymanov Avropa Şurasının Nazirlər Komitəsində məsələ qaldırdı
“PRNewswire”nin yaydığı xəbərdə deyilir ki, Azərbaycan İraqda və Suriyada qanlı hadisələr törədən “İraq və Şam İslam Dövləti”nə qarşı təcili cavab tədbirləri görülməsinə çağırıb. Bu barədə musavat.com-un Avropa müxbiri yazır.
Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olan Elxan Süleymanov belə bir tələblə çıxış edib. Hazırda Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edir və Elxan Süleymanov məhz bu qurumun təcili toplanmasını istəyib.
O, bildirib ki, fəaliyyətsiz qalmaq üstəlik, bu vəhşətə qarşı strateji planın olmaması yolverilməzdir: “Dünya ictimaiyyəti təcili siyasi, diplomatik, hərbi və digər müstəvilərdə İŞİD-ə üstün gəlmək üçün tədbirlər görməlidir. İraq və Suriyanın günahsız insanlarına qarşı qeyri-insani hərəkətlərin qarşısı alınmalıdır”, Elxan Süleymanov deyib.
O, həmçinin vurğulayıb ki, təəssüf ki, biz bunu görmürük. Elxan Süleymanov İŞİD-ə qarşı bu susqun mövqeyi Qərbin ikili standartlar siyasəti ilə izah edib və deyib ki, onun fikrinə görə elə bu səbəbdən də dünya ictimaiyyəti bu məsələ ilə bağlı təcili tədbirlər görməyə maraq göstərmir.
Elxan Süleymanov Qarabağ məsələsində də ikili standartların aydın göründüyünü vurğulayıb və bildirib ki, Azərbaycan terrordan əziyyət çəkən ölkələrdən biridir və beynəlxalq anti-terror alyansına daxildir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?