Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göyçaydan daxil olmuş şikayəti araşdırıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın Lent.az-a verdiyi məlumata görə, sentybarın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Göyçayın Qaraməryəm kəndində ağacların kəsilməsi ilə bağlı daxil olmuş şikayət Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən şikayətçinin iştirakı ilə yerində araşdırılıb.
Əraziyə keçirilən baxış zamanı Şamaxı-Xaldan avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Qaraməryəm qəsəbəsinin ərazisində “Azərinşaat MMC” tərəfindən Qaraməryəm-İsmayıllı avtomobil yolunun sol kənarında su ötürücülərinin çəkilməsi məqsədilə torpaq qazıntı işlərinin aparılıdığı məlum olub.
Nazirliyin əməkdaşlarının apardığı araşdırma zamanı sözügedən ərazidə heç bir ağac kəsintisi faktının olmadığı, lakin 6 ədəd tut ağacının kök hissəsinin qazıldığı aşkar edilib.
Fakt şikayətçinin iştirakı ilə yerində sənədləşdirilib və ağacların kök hissəsinin doldurularaq əvvəlki vəziyyətə qaytarılması təmin olunub. Ağaclara aqrotexniki qaydada qulluq göstərilməsi “Azərinşaat MMC”yə tapşırılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?