GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Kremlin yeni imperiya planları

Kremlin yeni imperiya planları

Tarix: 20-12-2012, 13:25 Bölmə :Dünya Baxış: 751
Kremlin yeni imperiya planları

MDB-ni formal bir qurum olmaqdan qurtarıb, BMT-nin və yaxud da NATO-nun səviyyəsinə qaldırmaq cyolları aranır

gundemxeber.az İlk Avropa Olimpiadasının Bakıda keçiriləcəyi haqda xəbər və bir də Rusiyanın Qəbələ RLS-lə bağlı notası başqa bir hadisəni tamamilə kölgədə qoydu – hətta media əhli də maraqlanmadı ki, Ukrayna prezidenti Viktor Yanukoviçin Bakıya qısa səfərinin məğzi nə idi. Adətən belə səfərləri xarici işlər nazirləri və yaxud da hökumətin başqa üzvləri edirlər, amma indi MDB liderlərinin sayəsində hətta prezidentlərin protokoldan kənar səfərləri adi hal alıb. Çox maraqlıdır ki, media əhli də sadəcə faktı konstatasiya etməklə kifayətlənir və onun necə deyərlər, kökünə getmir.

Rusiya, Qazaxıstan və Belarus yeni müttəfiq axtarışında


Ən maraqlısı isə budur ki, V. Yanukoviçin Moskvaya səfəri nəzərdə tutulub. Elə bu səfərin də qısa müddətli olacağı gözlənir, onun günün hansı vaxtı və necə baş tutacağı mübahisəli olaraq qalır. Amma rusiyalı təhlilçilər bu səfərə geniş şərhlər həsr edirlər, sanki MDB formal bir qurum olmaqdan qurtularaq, BMT-nin və yaxud da NATO-nun səviyyəsinə qalxıb. Bu səpkidəki fikirlərlə qısa bir tanışlıq belə bir nəticəyə gəlməyə əsas verdi ki, Ukrayna bu günlərdə Rusiyanın özü üçün böyük layihə hesab etdiyi məsələyə – gömrük ittifaqına münasibətini açıqlamalıdır. Həmişə olduğu kimi ruslar Ukraynadan tam inteqrasiya umur, amma ukraynalılar özləri isə bu məsələdə yalnız qismən inteqrasiyadan söhbət gedə biləcəyini deyirlər. Əgər Ukrayna Rusiyanın təklifinə «hə» desə, onda onun nəql etdiyi qazın qiyməti təxminən üç dəfə azalacaq. Elə Ukraynanı da həm şirnikləndirən, həm bu təklifə diqqət ayırmağa sövq edən də qaz sövdələşməsidir, çünki qış gələndə Avropa ölkələrinin birinci problemi məhz qaz məsələsi olur. Xatırladaq ki, indi gömrük ittifaqına üç dövlət – Rusiya, Qazaxıstan və Belarus qoşulub və onlar öz sıralarını yaxın dövrlərdə genişləndirmək əzmindədirlər…

Kiyev MDB-yə cavabını Bakida axtarir?

Ukraynanın bu ittifaqa münasibətini Azərbaycanla çək – çevir etməsi bir o qədər də qeyri-adi və təəccüblü görünmür, ən azı o səbəbdən ki, indi MDB-də sanballı dövlətlərdən biri də Azərbaycandır. O, enerji və kredit resurslarına malik ölkə hesab edilir, həm də birlik çərçivəsində özünün fərqli, bir az da orijinal siyasəti ilə seçilir. Artıq bir dəfə yazmışdıq ki, prezident İ. Əliyev Aşqabad sammitinə yollanmadı, ölkəni bu tədbirdə baş nazir A. Rasi-zadə təmsil etdi. Hiss olunur ki, Azərbaycan Rusiyadan bir qədər siyasi məsafə saxlamağa cəhd edir və bununla da Rusiyanın gömrük ittifaqı təklifindən yayınmağa çalışır. İndi Rusiya ilə qonşu Gürcüstan arasında Cenevrədə danışıqlar aparılır. Gürcüstan lideri isə özünün ilk xarici səfərlərindən birini Azərbaycana etməyi planlaşdırır. Azərbaycan tamam olmasa da, qismən Gürcüstanla eyni statusdadır, çünki artıq o, da Rusiyanın hərbi çətirindən tamam kənardadır. Hətta belə bir halı ölkə üçün təhlükəli hesab edənlər də var. Amma bir məsələ aydındır ki, təzyiq eyni vaxtda bir neçə ölkəyə qarşı yönələndə onu neytrallaşdırmaq da asan olur. Gürcüstanın MDB-dən tamam çıxması müəyyən mənada Ukraynanın və Azərbaycanın birlik daxilində mövqelərini zəiflətdi. Amma eyni zamanda birliyin təzyiq imkanlarını da azaltdı, çünki bu məqamda tez-tez belə bir sual yaranır ki, birliyin digər üzvlərinə qarşı təzyiq etmək bu ölkələri də Gürcüstanın yolu ilə getməyə təhrik etməzmi? Hətta ən optimist təhlilçilər belə hesab edir ki, Cenevrə danışıqları uzun çəkəcək. Deməli, qonşu Gürcüstanın MDB-yə qayıdışı yaxın dövrün predmeti deyil. Bu hal GUAM-ın nüvəsini təşkil edən ölkələr üçün MDB-də bir qədər zəif siyasi fon yaratsa da, başqa çıxış yolu yoxdur – onlar özlərini bütün ehtiyat resurslarını gömrük ittifaqına inteqrasiyanı yubatmaq üçün səfərbər etməlidirlər.

Ümumdünya ticarət təşkilatı, yoxsa gömrük ittifaqi?

Rusiya hələ onu da nəzərə almır ki, gömrük məsələsi ən azı Azərbaycan üçün xüsusi önəm kəsb edir və bu məsələyə münasibət təkcə sırf milli maraqlarla şərtlənmir. Gürcüstan, Ermənistan və hətta Rusiyanın özü də Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvüdür. Amma Azərbaycan bu təşkilata üzv olmağı hələ də yubadır. Bunun səbəblərindən biri həm də budur ki, ölkə və yaxud da onun siyasi isteblişmenti gömrük sistemində şəffaflığı öz maraqları üçün hələ məqbul hesab etmir, hər halda ÜTT-yə üzvlüyün bu qədər yubanmasını başqa cür izah etmək çətindir. Adi insanlar milli müstəqilliyə və maraqlara daha çox idealist prizmadan yanaşırlar və onlar heç güman da etmirlər ki, hakimiyyət üçün bu məsələnin həm də bir sərvət və gəlir ifadəsi var və idealistlərdən fərqli olaraq onların milli mücadilə aparmasının əsas siyasi – psixoloji motivlərindən biri də budur ki, onlar bu sərvəti və gəlirləri başqaları ilə bölüşmək istəmirlər. Bunu qeyri – adi qəbul etmək də lazım deyil, çünki siyasi müstəqillik özünün maddi ifadəsini ya cəmiyyətin timsalında (əgər o, güclüdürsə və hər şeyə nəzarət edə bilirsə!) tapır, ya da hakim siyasi elitanın timsalında – xarici aspektdən yanaşanda fərq o qədər böyük olmur…

Hüseynbala Səlimov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qəbələ RLS-in dalğasında Rusiya çöküşü

    Qəbələ RLS-in dalğasında Rusiya çöküşü ...

    15-12-2012, 14:47

  • 
  • Prezidentin Kiyevə səfəri və Viktor Yanukoviçin xəlvəti Moskva səfəri

    Prezidentin Kiyevə səfəri və Viktor Yanukoviçin ...

    17-11-2013, 12:09

  • 
  • Şimaldan əsən imperiya küləkləri

    Şimaldan əsən imperiya küləkləri ...

    12-12-2012, 13:24

  • 
  • Deputat: “Azərbaycan “Gömrük İttifaqı”na qoşulmayacaq”

    Deputat: “Azərbaycan “Gömrük İttifaqı”na ...

    25-11-2013, 15:05

  • 
  • Kremlin Azərbaycanda “ 2013 planları“

    Kremlin Azərbaycanda “ 2013 planları“ ...

    29-12-2012, 11:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu