[img=left][img=left]http://elchi.az/wp-content/uploads/2014/09/tefekkur.jpg[/img][/img] Azərbaycanda özəl təhsil sektorunun ciddi problemlərinin olması kimsəyə sirr deyil. Bu özünü bir vaxtlar müşahidə edilən özəl ali məktəblərə axının dayanmasında da göstərir. Bir neçə özəl ali məktəb istisna olmaqla mövcud özəl universitetlərə qəbul “yoxdansa, buna şükür” prinsipiylə aparılır. Başqa sözlə, əli hər yerdən üzülən abuturiyent sonda çarəsizlikdən özəl sektora müraciət edir ki, bu da mövcud durumun nə qədər acınacaqlı olmasının göstəricisi sayılmalıdır.
Bu baxımdan ən acınacaqlı durumda olan özəl ali məktəblərdən biri də “Təfəkkür” Universitetidir. Biz bu yazımızda nə adıçəkilən universitetdəki dözülməz təhsil səviyyəsindən, nə də mövcud rüşvətxorluqdan yazacağıq. Zatən, bu mövzuda ölkə mətbuatında yüzlərlə məqalə dərc olunub. Yazıda bəhs edəcəyimiz mətləblər isə daha çox universitet rəhbərliyi, daha doğrusu rektor Müşfiq Atakişiyev haqqındadır.
gundemxeber.az "Savash.org"-a istinadən bildirilir ki, rektor Müşfiq Atakişiyevin xarici ölkələrin birində müdafiə etdiyi iddia olunan dissertasiya işi tamamilə saxtadır. O, nəinki həmin Avropa ölkəsində elmi iş müdafiə edib, heç ayağını da o torpaqlarına basmayıb.
Daha sonra isə saytımıza gündəmə “bomba” kimi düşəcək digər informasiyalar daxil olub ki, hazırda həmin məlumatların araşdırılması üzərində çalışırıq. Yaxın günlərdə araşdırmalarımızın yekunu olacaq daha geniş yazıda isə aşağıdakı suallara da cavab tapmağa çalışacağıq:
- Müşfiq Atakişiyev onun rektor kimi fəaliyyət göstərməsinə imkan verməyəcək hansı problemini hər kəsdən gizlədir?
- “Təfəkkür” Universitetinə qeyri-qanunu qəbul adı olub, özü olmayan hansı filialı vasitəsilə reallaşır?
- “Təfəkkür” Universitetinin “problemli tələbələr” seriyasından şok faktlar…
Bu və digər mövzularla bağlı bütün təfərrüatlarla yaxın günlərdə tanış olacaqsınız!
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?