Baş vermiş hadisə təşkil olunsa belə ortada günahkar var: Kəbirə Məmmədova
Həftəsonu gün «Binə» ticarət mərkəzində çalışan sahibkarlar etiraz aksiyası keçirdilər. Mərkəzin sahibəsi Kəbirə Məmmədova tərəfindən əlavə önədişlərin tətbiq edilməsi «Binə»dəki iş adamları çilədən çıxartdığından onlar bu yolla narazılıqlarını ifadə etdilər. Amma nə yazıq ki, haqqlarını tələb edənlərə qarşı qeyri-adekvat güc tətbiq olundu və onları etirazları polisin gücü ilə yatırıldı və kimsə - cavabdeh olanlardan bir kimsə sahibkarların qarşısına çıxmadı, onların tələblərini dinləmədi. Əksinə, hüquq-mühafizə orqanları etirazçı sahibkarları həbslə təhdid etməyə başlayıb ki, bu da narazılıq alovunun miqyasının indidən genişlənəcəyi anlamına gəlməkdədir. Sahibkarların aksiyası ilə bağlı redaksiyamıza ilginc faktlar daxil olub. Məsələn, bəzi mənbələr iddia edir ki, «Binə»də baş verənlər əslində qabaqcadan planlaşdırılıb və burada kənar güclər maraqlı olublar. Onu da xatırladaq ki, neçə gün idi ki, həm «Binə»də və həm də «Sədərək» Ticarət mərkəzində sahibkarların etiraz edəcəyi haqda xəbərlər yayılmaqda idi. Bu barədə danışan mənbənin söylədikləri: «Hər iki ticarət mərkəzinin arxasında konkret bir məmur dayanır. «Sədərək»in rəsmi sahibi Yusif Qədimov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin himayəsi altındadır. Odur ki, aksiyanın «Sədərək»dən «Binə»yə «perevod» alması da çox şübhəlidir». Onu da bildirək ki, bir başqa qaynaqlar isə bu işdə İranın xüsusi xidmət orqanlarının iştirakını istisna etmirlər. Həmin mənbələrin ötürdüyü xəbərlərdə deyilir: «İrana yaxın olan, bu ölkənin xüsusi xidmət orqanları ilə əlaqədə olan onlarla sahibkar bu günkü aksiyada olub. Onlar hətta üzərində «ya hüseyn» yazımış bayraqları da çıxarmaq istəyiblər, lakin sonradan bundan vaz keçilib». Amma istənilən halda, baş vermiş aksiyada kimin təşkilatçı olmasından daha çox diqqətləri cəlb edən odur ki, ortada həqiqətən də narazılıq var. Hətta burada kənar güclər maraqlı olsalar belə, əsas narazılığı yaradan şəxs Kəbirə Məmmədovadır. Buna görə isə haqqını tələb edən sahibkarların yox, elə günahkarın, əsl günahkarın cəzalandırılması daha doğrudur. Zaur
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?