GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İcra başçısı şikayətə gələn vətəndaşı döyüb həbs etdirdi

İcra başçısı şikayətə gələn vətəndaşı döyüb həbs etdirdi

Tarix: 22-09-2014, 11:16 Bölmə :Ölkə Baxış: 980
Saatlı rayonunun Mollavəzli kənd sakini Amaliya Əliyeva mətuata müraciət edərək özü və həyat yoldaşı Vahid Əliyevin Saatlı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Siraqəddin Cabbarov tərəfindən təzyiqlərə mənəvi və fiziki məruz qalmasından və döyülməsindən şikayətlənib.

A.Əliyevanın sözlərinə görə, icra başçısının qəzəbinə tuş gəlmələrinə səbəb onların prezidentə ünvanladıqları teleqram olub: “Qonşumla çəpər üstündə mübahisəmiz düşmüşdü. Qonşum şikayət elədi, icra hakimiyyətindən nümayəndələr gəlib çəpəri sökdülər, bir az aralı çəkdilər. Onlar getməmiş çəpər uçub yerə töküldü. Kəndin heyvanları həyətimizə doluşdu, 400-500 ədəd ot bağlamamızı heyvanlar dağıtdı, bizə nə qədər ziyan dəydi. Həyat yoldaşım rayon icra hakimiyyətinə neçə dəfə qəbula getdi, amma bizi qəbul eləmədilər. İcra başçısının müavininə zəng vurub dedik ki, gəlin bunu necə uçurmusunuzsa, eləcə də düzəldin. O da sahə müvəkkilini göndərəcəyinə söz verdi.

Beş gündən sonra sahə müvəkkili və özünü icra məmuru kimi təqdim edən Qorxmaz adlı şəxs gəldilər. Dedilər ki, çəpəri özünüz çəkməlisiniz, sizə çəpər çəkən deyilik, gedin hara istəyirsiniz şikayət edin, onsuz da heç kim işinizə baxmayacaq.

Sentyabrın 13-də Prezident Administrasiyasına teleqram vurdum. Teleqramda göstərdim ki, beş nəfər ailə üzvümüzlə birlikdə Azərbaycan vətəndaşlığından imtina edirik. Buna səbəb icra hakimiyyətinə dəfələrlə etdiyimiz şikayətlərə baxılmamasıdır. Yarım saat yox idi teleqram vurub evə gəlmişdim ki, kənd sovetindən və icra hakimiyyətindən bizə adamlar gəldilər. Teleqram vurduğumu haradan xəbər tutublar, ya nədir - bilmirəm. Qorxmaz dedi ki, bəs, siz teleqram vurmusunuz, gedin onu geri götürün, nə desəniz onu da edəcəyik. Biz də gedib götürdük. Lakin onlar dedikləri sözə əməl etmədilər”.
İcra başçısı şikayətə gələn vətəndaşı döyüb həbs etdirdi

A.Əliyeva deyir ki, ona görə də məcbur qalaraq bu dəfə qonşu Sabirabad rayonuna gedib, Bakıya oradan teleqram vurub: “Beş gündən sonra aləm dəydi bir-birinə. İcra hakimiyyətindən, polisdən töküldülər bizə. Əsl həngamə bundan sonra başladı. Sentyabrın 17-də sahə müvəkkili ilə birlikdə Aydın adlı polis əməkdaşı da gəldi. Bizə dedilər ki, icra başçısı sizi çağırır. Məni və həyat yoldaşım Vahidi öz maşınlarına minməyə dəvət etdilər. Razılaşmayıb öz maşınımızla getdik. Kənd sovetinin nümayəndəsi Əhməd Dədəkişiyev də yolda bunları gözləyirdi. O da öz maşını ilə bizi müşayiət etdi, bizimlə birgə icra hakimiyyətinə getdi”.

Amaliya Əliyevanın sözlərinə görə, kabinetinə girən kimi icra başçısı S.Cabbarov onları nalayiq söyüşlərlə söyməyə başlayıb: “Otaqda 10 nəfərdən yuxarı adam var idi. Saatlı Rayon Polis Şöbəsinin rəis müavini Hacı Əhmədov da orada idi. Elə bil qabaqcadan danışılmışdı. Dörd nəfər içəridə, 5-6 nəfər isə kabinetin qarşısında dayanmışdı.

Biz içəri girdik. İcra başçısı ağzımızı açmağa qoymadı. Əsəbi halda dedi ki, məndən əvvəlki icra başçısından 6 ildə gedən şikayət məndən bir ildə gedib. Ona şikayətimizə baxmadığına görə şikayət etdiyimizi dedim. İcra başçısı cavabında bizi nalayiq sözlərlə təhqir elədi, ağzına gələni dedi. Otaqda olan polis rəisinin müavini və digərləri üstümə qışqırdılar ki, sən danışma. Yerbəyerdən təzyiqlər edir, bizi danışmağa qoymurdular. Bunu görən yoldaşım dedi ki, dur çıxaq gedək.

Biz qapıdan çıxmaq istədikdə icra başçısı arxadan “onu saxlayın, polislər də buradadır, aktlaşdırın, basın içəri” deyə qışqırdı. Polislər tökülüşüb yoldaşımı tutdular. Mən çıxmaq istəyəndə icra başçısı arxadan gəlib başıma qapaz vurdu. Hərə bir söz deyirdi. İcra hakimiyyətinin işçilərindən biri - Vasif adlı şəxs dedi ki, gərək bunu 12 min manat cərimə edəydik, evini satlığa qoyaydı, ağlı başına gələydi, yuxarı şikayət etməyəydi.

İcra başçısı məni rəisə göstərib dedi ki, bunu da basın maşına aparın. Rəis isə mənə “gedək, sənin başını qırxdıracam” dedi.

Həyat yoldaşım icra başçısının kabinetində qaldı, məni isə çölə çıxardılar. Sonra yoldaşımla məni ayrı-ayrı maşınlarda polis şöbəsinə apardılar. Şöbədə də bizi ayrı-ayrı otağa salmışdılar. Məni 6-7 saat orada saxladılar. Polislərə dedim ki, evdə xəstə uşağım, yaşlı qayınanam var, məni niyə burda saxlayırsınız, oğru deyiləm, quldur deyiləm. Qapıçı rəisin yanına gedib dediklərimi ona çatdırıb. Rəis də deyib ki, buraxın getsin”.

Rəisin icazəsi ilə evə buraxılan qadın həyat yoldaşını nə zaman buraxacaqları ilə maraqlanır. Ona Vahid Əliyevin bu gecə polis şöbəsində qalacağını bildiriblər: “Qapıçıya dedim heç olmasa icazə verin, iki-üç dəqiqəliyə yoldaşımı görüm. O da qapını aralayıb ərimi mənə göstərdi. Vahidi o vəziyyətdə görəndə qorxdum. Yıxılıb yerdə qalmışdı. Gözü göyərmiş, üzü partlamışdı. “Başımı divara o qədər çırpıblar ki, ağrıdan dayana bilmirəm. Kürəyimə, qarnıma təpiklə vurublar, ayağa qalxmağa taqətim yoxdur” - dedi.

İcra başçısı şikayətə gələn vətəndaşı döyüb həbs etdirdi

Vahid ekspertiza tələb etsə də, həkim çağırsa da onun dediklərinə məhəl qoymur, “başçı icazə vermir” deyirdilər. Vahiddən onu kimin bu hala saldığını soruşduqda “gözümün altını icra başçısı özü bu günə qoyub” dedi. Yoldaşımı icra başçısı döyüb, zərbənin təsirindən gözü tutulub, görmür, yanına həkim buraxmırlar.

Yoldaşım adam öldürməyib, qatil deyil. Srağagün (sentyabrın 18-də-red.) Vahidə 15 sutka həbs veriblər. Guya ictimai yerdə icra başçısını təhqir eləyib. İnanın ki, yoldaşım orada ağzını açıb danışmadı, mən danışdım. O boyda adamın içində icra başçısına nəsə deməkmi olardı?”
İcra başçısı şikayətə gələn vətəndaşı döyüb həbs etdirdi

Şikayətçi deyir ki, hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə üç dəfə zəng vuraraq xəbər verib: “Demişəm ki, həyat yoldaşımı nahaqdan həbs ediblər, polisdə saxlayırlar. Şikayətimə məhəl qoyan yoxdur. İmkansızam, yiyəsizəm, ona görə belə eləyirlər. Demək belə çıxır ki, icra başçısı poçta, polisə, prokurorluğa da başçılıq edir?! Kimə nə deyirsənsə, deyirlər get başçı ilə danış. Dedim məni həbsxanaya da salsanız, şikayət edəcəyəm”.

Şikayətçi A.Əliyevanın sözlərinə görə, bu, rayonda ilk belə hadisə deyil. Rayon icra hakimiyyəti şikayət edən şəxsləri özünəməxsus şəkildə bu cür cəzalandırır: “Artıq intihar etmək məcburiyyətindəyəm. Ölkə başçısına müraciət etdim, özümü döyüb, ərimi ölümcül hala saldılar, sonra da həbs etdilər”.

Qeyd edək ki, A.Əliyeva sentyabrın 18-də baş prokuror Zakir Qaralova və ölkə başçısına müraciət edib.

Səslənən bu ittihamlarla bağlı Saatlı Rayon İcra Hakimiyyətinə (RİH) müraciət edib qarşı tərəfin də mövqeyini öyrənməyə çalışdıq.

Saatlı RİH-dən virtualaz.org saytına bildirdilər ki, belə bir hadisə həqiqətən də baş verib, amma şikayətçinin dediyi kimi, icra başçısının kabinetində deyil, RİH-in qəbul otağında:
İcra başçısı şikayətə gələn vətəndaşı döyüb həbs etdirdi

“Bu ailə rayon icra hakimiyyətinə, polisə dəfələrlə şikayət edib. Həmin gün də Vahid Əliyev orada polis əməkdaşı və icra nümayəndəsi ilə mübahisə edib. Vahid Əliyevin və yaxud həyat yoldaşının orada döyüldüyünü görməmişik. Onlara heç kim təzyiq göstərməyib, belə bir şey olmayıb. İcra başçısı adam döyəndirmi? Sadəcə olaraq Vahid Əliyev qəbulda olanda əl-qol atmağa, müqavimət göstərməyə başladı. Polis də onu sakitləşdirib zərərsizləşdirdi. Əslində bu ailəyə icra hakimiyyəti tərəfindən dəfələrlə yardım göstərilib. Amma qədirbilən deyillər. Sadəcə şikayət etməyə vərdiş ediblər. Onların dedikləri şər-böhtandır. Bu ailə öz yaxın qohumları ilə torpaq üstə dava edib. Nəticəni özünüz çıxarın, görün bunlar kimdir, necə ailədir”.

RİH-dən V.Əliyevin hazırda Saatlı Rayon Polis Şöbəsində saxlandığını təsdiq edib əlavə məlumatı polis şöbəsindən almağı tövsiyə etdilər.

Saatlı RPŞ-nin rəis müavini Hacı Əhmədov isə bu barədə açıqlama vermək istəmədi.

İnarə Rafiqqızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra başçısı qadını həbs etdirdi

    İcra başçısı qadını həbs etdirdi ...

    7-12-2012, 15:31

  • 
  • İcra başçısı qəzetin satışına qadağa qoydu

    İcra başçısı qəzetin satışına qadağa qoydu ...

    27-11-2015, 18:07

  • 
  • Binəqədi rayon İcra başçısının həbsinə start verildi

    Binəqədi rayon İcra başçısının həbsinə start ...

    10-02-2016, 14:59

  • 
  • Eks-icra başçısından prezidentə müraciət: “Bu başçı barədə tədbir görün”

    Eks-icra başçısından prezidentə müraciət: “Bu ...

    7-05-2013, 11:17

  • 
  • Sakinlər İcra Hakimiyyətinə yürüş etdi - Şamaxıda etiraz aksiyası

    Sakinlər İcra Hakimiyyətinə yürüş etdi - Şamaxıda ...

    4-03-2015, 23:14


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu