SOCAR-ın mühafizə xidmətinin rəis müavini, “Laba” ləqəbli Mübariz Pənahov İspaniyanın Malaqa şəhərində keçirilən cüdo üzrə veteranlar arasında Dünya Çempionatında uğursuz çıxış edib. “AzerFax”a verilən məlumata görə, M.Pənahov keçirdiyi görüşlərdən yalnız birində qələbə qazanmağa müvəffəq olub. Digər qarşılaşmalarda isə onun kürəyini yerə vurublar və nəticədə SOCAR-ın mühafizə xidmətinin rəis müavini Dünya Çempionatını əliboş tərk etməli olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?