GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İstefa verən nazir Ərdoğanı ifşa etdi - (Yenilənib 2)

İstefa verən nazir Ərdoğanı ifşa etdi - (Yenilənib 2)

Tarix: 25-12-2013, 16:08 Bölmə :Dünya Baxış: 799
İstefa verən nazir Ərdoğanı ifşa etdi - (Yenilənib 2)
“Korrupsiya və rüşvət dosyesində yer alan layihələr onun razılığı ilə həyata keçirilib…”

Ətraf mühit və şəhərsalma naziri vəzifəsindən istefa verən Ərdoğan Bayraktar millət vəkilliyindən də istefa verib. Bayraktar NTV-yə açıqlamasında baş nazir Rəcəb Tayyib Ərdoğanı da istefa verməyə çağırıb.

Bayraktarın açıqlaması belədir: “İcazənizlə mətbuat üçün qısa açıqlama vermək istəyirəm. Dekabrın 17-də həyata keçirilən əməliyyat dosyesində şəxsimi məyus edəcək və ya izahını verə bilməyəcəyim heç bir məqam yoxdur. Lakin hörmətli baş nazirin istədiyi nazirlə çalışmaq və istədiyini vəzifədən almaq kimi təbii haqqı, səlahiyyəti var.

Bununla belə rüşvət və korrupsiya ifadələrinin yer aldığı əməliyyat səbəbiylə istefa verin və ya məni rahatladacaq bəyanatla çıxış edin şəklində şəxsimə təzyiq göstərilməsini qəbul etmirəm. Qəbul etmirəm ona görə ki, araşdırma dosyesində yer alan və təsdiqlənən inşaat layihələrinin böyük bir qismi baş nazirin razılığı ilə həyata keçirilib.

Bu milləti və vətəni rahatlatmaq üçün hörmətli baş nazirin də istefa verməsinə inandığımı ifadə edir, uca millətimə hörmətlərimi bildirirəm”.

* * *15:34

Türkiyənin İnşaat və ekologiya naziri Ərdoğan Bayraktar vəzifəsindən istefa verib.

Virtualaz.org xəbər verir ki, oğlu rüşvət və korrupsiya faktına görə həbs olunan nazir bu dəqiqələrdə millət vəkilliyindən və nazirlikdən istefa verib.

* * * 13:15

Türkiyə hökumətinin adı rüşvət qalmaqalında keçən daha iki nazirinin gün ərzində istefa verməsi gözlənilir.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, daxili işlər naziri Muammer Gülər və iqtisadiyyat naziri Zəfər Çağlayanın istefasından sonar nəzərlər ətraf mühit və şəhərsalma naziri Ərdoğan Baytarktara və Avropa işləri üzrə nazir Egemen Bağışa yönəlib.

Ətraf mühit və şəhərsalma nazirinə yaxın qaynaqlar Ərdoğan Bayraktarın da istefaya çox yaxın olduğunu, onun qərarını yaxın bir saatda açıqlamasının gözlənildiyini deyiblər. Ərdoğan Bayraktarın oğlu dekabrın 17-də həbs olunanların arasında olub, ancaq iki gün sonra məhkəmə onu istintaqın davam etməsi şərti ilə azadlığa buraxıb. Nazir isə oğlunun təmiz olduğunu və rüşvət almadığını açıqlayıb.

Egemen Bağışın adı isə rüşvət qalmaqalında İran əsilli azərbaycanlı iş adamı Rza Zərrabdan milyonlarla dollar rüşvət almaqda keçir. İstanbul polisinin həyata keçirdiyi izləmə zamanı Rza Zərrabın adamlarının Egemen Bağışa rüşvət verdiyinə dair dəlillər əldə edilib.

Nazirin rüşvət aldığına dair telefon danışıqlarının və görüntülərin olduğu bildirilir. Gözlənilir ki, Egemen Bağış da istefa verəcək.

İstefalar baş nazir Ərdoğanın Pakistana səfərdən qayıdandan sonar dekabrın - 24-də axşam nazirlərlə keçirdiyi qapalı görüşün nəticəsi olaraq başlayıb.

Bununla belə Ərdoğan toplantıdan əvvəl adı rüşvət qalmaqalında keçən nazirlərini yanına alaraq onlarla əl-ələ vermişdi və şəkil çəkdirmişdi. Siyasi kuluarlarda dolaşan məlumatlara görə, Ərdoğan nazirlərin istefa verməsinə əvvəlcə qarşı olub. Adı rüşvətdə keçən nazirləri kabinetdə dəyişikliklər çərçivəsində işdən uzaqlaşdırmağı planlaşdırıb.

Lakin prezident Abdulla Gül Ərdoğanla uzun-uzadı söhbətində onu nazirlərin öz ərizələri ilə istefaya getməsinin ictimai rəydə AKP-yə dəyən zərbəni azaltmaq baxımından ən doğru yol olduğuna inandıra bilib.

Bu arada Ərdoğan Pakistandan dönərkən jurnalistlərə açıqlamasında 17 dekabr həbslərinə sanksiya verən, vaxtilə “Ergenekon” adı altında yüzlərlə generalı, ziyalını, jurnalisti həbsə atdıran, Fətullah Gülənə bağlı prokuror Zəkəriyyə Özü nəzərdə tutaraq deyib: “Bu adamın bizdən tələbləri oldu. “Ergenekon”la mübarizədəki səylərinə görə iki dəfə vəzifəsini yüksəltdik. Lakin məmnun qalmadı. Bölgəyi istədi, vermədik. O zaman “görərsiniz” deyir”.

Türkiyə baş nazirinin bu açıqlaması ölkənin hüquq sisteminin hansı vəziyyətdə olduğunu, prokurorların qanun əsasında deyil, təriqət liderlərinin və ya hökumət başçısının verdiyi göstərişlərlə hərəkət etdiyini, habelə Ərdoğanın özünün “mafiyalara və terrorçulara qarşı mübarizə” kimi təqdim etdiyi “Ergenekon” həbslərinin siyasi xarakterli olmaqla Silahlı Qüvvələri sıradan çıxarmağa yönəldiyini bir daha təsdiqləyir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyədən üçüncü dalğa: Ərdoğan Bayraqdar da istefa verdi

    Türkiyədən üçüncü dalğa: Ərdoğan Bayraqdar da ...

    25-12-2013, 15:36

  • 
  • Obamaya yaxın mətbuat Ərdoğanı vurdu

    Obamaya yaxın mətbuat Ərdoğanı vurdu ...

    27-12-2013, 01:06

  • 
  • Türkiyədə istefaların iki səbəbi: rüşvət və qadın

    Türkiyədə istefaların iki səbəbi: rüşvət və qadın ...

    25-12-2013, 12:52

  • 
  • Rza Zərrabın rüşvət verdiyi nazirlər sorğu-sual ediləcək

    Rza Zərrabın rüşvət verdiyi nazirlər sorğu-sual ...

    8-10-2014, 13:42

  • 
  • Ərdoğanın köməkçisi istefa verib

    Ərdoğanın köməkçisi istefa verib ...

    20-06-2013, 15:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu