GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İki məmurun bölüşdürdüyü rayon - Nərimanov

İki məmurun bölüşdürdüyü rayon - Nərimanov

Tarix: 3-05-2016, 19:05 Bölmə :Siyasət / GündəmXəbər / Manşet Baxış: 689
İki məmurun bölüşdürdüyü rayon - Nərimanov

Abidin Fərzəliyev-Şahmar İbadov tandeminin nəzarətindən kənarda nə bir sahibkar, nə kommersiya obyekti var; şimşəkləri üzərinə çəkən müavin başçını qorumaq missiyasını yerinə yetirir

Adı milyon manatlarla ölçülən daşınmaz əmlakların sənədləşdirilməsində keçən Şahmar İbadovdan prezidentə müraciətlər ünvanlanıb

Bakının mərkəzi rayonlarından biri iki məmur arasında bölüşdürülüb. Şəhərin tən ortasını sözün əsl mənasında dədə malı kimi pay-püş edən, qubernatorluq yaradan vəzifəli şəxslər bu imkanları bir-birinə yaradıb. Söhbət Nərimanov rayonundan gedir.

Fərzəliyevin priyomu

“Gündəm-xəbər”in həftə ərzində apardığı araşdırmalar və media üzərindən əldə edilən məlumatlardan belə qənaətə gəlinib ki, Nərimanov kimi mərkəzi rayon Abidin Fərzəliyev-Şahmar İbadov arasında bölünüb.

İcra başçısı və müavini paytaxtın ən strateji rayonlarından birini inhisara alıb. Onların nəzarətindən kənarda nə bir sahibkar, nə kommersiya obyekti var. Total şəkildə rayona nəzarət edən başçı-müavin tandeminin əsas praktiki Ş.İbadovdur.

A.Fərzəliyev Ş.İbadovu qabağa verərək məsuliyyəti onun üzərinə qoyub. Bu, həm ona olan etimaddan irəli gəlir, həm adının hallanmaması üçün bu priyomu istifadə edir. Məlumatlarda bildirilir ki, ciddi dayaqlara malik olan icra başçısı yüksək çinli məmurlardan bir çoxu ilə hesablaşmır.

Onun hesab verdiyi müəyyən dairələr var və bu baxımdan Nərimanov rayonunda arxayın şəkildə öz istəklərini həyata keçirir. Ş.İbadovun əl-qolunun geniş açılması, rayondakı tikinti və iaşə obyektlərinə açıq şəkildə əl qoyması da bu imkanlardan yaranıb.

İddialara görə, Nərimanov rayonundakı gəlirli sahələrin yarıbayarısı Ş.İbadovun nəzarətindədir. Bu imkanlara sahiblənməsi təbii ki, onun siyasi gücünü də artırıb. Fərzəliyev hətta rayonu ona həvalə edib istədiyi zaman istirahətə çıxa da bilər. İstər Nərimanov RİH-dəki idarəçilik, istər rayon ərazisində biznes məntəqlərinə nəzarət baxımından Şahmar İbadovdan etibarlısı yoxdur.

Əmlak sənədləşməsi “əməliyyatı”

Mənbə “Gündəm-xəbər”ə qeyd edib ki, son zamanlar icra başçısının fəndləri sayəsində adı bir çox qalmaqallı işlərdən kənarda qalıb. Əksinə, başçı müavini ön sırada olub. Bütün şimşəkləri üzərinə çəkən müavin bununla başçını qorumaq missiyasını yerinə yetirir. Ş.İbadov məmurdan çox, məhz biznes işində olduqca fərasətlidir. Bu rayonda elə bir sahibkar olmaz ki, onu tanımasın.

Nərimanov rayon icra başçısı Abidin Fərzəliyev 1-ci müavininə ən birinci imkanları yaradıb. Başçının kassiri və rayondakı kombinasiyalarının mahir ustası sayılan Şahmar İbadov Nərimanovun qubernatoru rütbəsinə yüksəlib desək yanılmarıq.

Məlumatlara görə, Ş.İbadovun səriştəsi və kassa işində peşəkarlığı Milli Məclisə qədər uzanır. Bu vəzifəsinə qədər Milli Məclisdə sektor müdiri olmuş Ş.İbadovun çox qısa zaman ərzində Nərimanov rayonu ərazisində də məharətini nümayiş etdirib.

Onun adı milyon manatlarla ölçülən daşınmaz əmlakların sənədləşdirilməsində hallanır. İddia olunur ki, başçı müavini Fərzəliyevin himayəsi və göstərişləri əsasında, bəzən isə onun xəbəri olmadan bir sıra əməliyyatlar həyata keçirməyə müvəffəq olub.

İbadovun misilsiz əməlləri

Daşınmaz əmlak qeydiyyatından əlavə, binaların sökülməsi, plana düşən tikililərə görə kompensasiyaların bölüşdürülməsi işlərinə də sahiblik edib. Bəzi qaynaqlardan gələn xəbərlərdə bildirilir ki, İbadov Nərimanov ərazisində poluiteran materialların binalara üzlənməsində belə baş məsləhətçi olub.

İddialara görə, bu keyfiyyətsiz üzlüklərin rayondakı binaların fasadına yamaq etməkdə müavinin mənfəəti olub. Mənbə qeyd edir ki, Fərzəliyev bu məsələdən heç də xəbərsiz olmayıb və onun istəkləri reallaşıb. Artıq həmin üzlüklər sökülüb. Ş.İbadov qısa müddət ərzində böyük qazanc əldə edib.

Bundan əlavə, Həsən Əliyev küçəsinin Azərbaycan Müəllimlər İnstitutu ilə bitişdiyi ərazidə 5 mərtəbəli binaların söküntü işləri aparılıb. Yerində isə yeni binaların tikintisi hələ də davam edir. Şahmar İbadov bu prosesdən çox böyük qazanc əldə edib.

İcra Hakimiyyətinin birbaşa nəzarəti altında tikilən ərazidəki yeni binaların 1-ci mərtəbələrinin obyekt kimi satılması və ya yaxınlarının adına rəsmiləşdirilməsi kimi işlər də İbadovun əli ilə gerçəkləşib. Bütün bu faktlar yetərli olmalıydı ki, İbadovun personası haqda təsəvvürlər yaransın.

Sahibkarları sıxışdırmaq

Amma başçı müavini barəsində məlumatlar bununla məhdudlaşmır. Təbii ki, Hesablama Palatası yoxlama aparsa, Maliyyə Nazirliyi araşdırmalara başlasa iki əməmurun Nərimanov rayonunda hansı işlərə qol qoyduğunu ifşa edə bilər.

Eyni zamanda dövlət başçısına ünvanlanan müraciətlər Şahmar İbadovun əməlləri haqda şikayətlər yer alıb. Sahibkarların da etdiyi müraciət və məktublarda başçı müavininə ciddi ittihamlar var. Onun sahibkarların fəaliyyətinə əngəl olduğu, sıxışdırma mexanizmini işə saldığı iddia edilir.

Yada salaq ki, prezident İlham Əliyev iş adamlarına şərait yaradılması haqda xüsusi tapşırıq verib, onlar 2 illik vergidən azad olunub, məmurlara ciddi xəbərdarlıq edilib. Ş.İbadov isə A.Fərzəliyevə arxayınlaşaraq öz fəaliyyətini davam etdirməkdədir. Yəni, rayonun qeyri-rəsmi hegemonu İbadov sayılır. Elə media siyasətində də rolu az deyil.

Məsələn, icra başçısı ilə müavini Qaradağ rayon rəhbərliyini də himayə edir. Süleyman Mikayılova qahmar çıxan bu iki qüvvə onun barəsində yazılanları ört-basdır etməyə çalışır. Bütün bunlar Nərimanov rəhbərliyinin siyasi və iqtisadi gücü haqda bilgilər idi.

“Moyka” biznesi

Rayondakı sosial problemlərə gəlincə, Nərimanov rayon icra başçısı avtoyuma biznesi açıb. Abdin Fərzəliyev rayondakı əksər məntəqələri yaxın adamlarına həvalə edib. Nərimanov rayonunda 50 kvadrat metrlik boş yerlərin hamısı nəzarətə alınıb və onlar avtoyuma məntəqələri açmaq istəyənlərə satılır. Məlumatlara görə, Nərimanov rayonunda avtoyuma məntəqələrinin çoxluğu kifayət qədər narazılığa da səbəb olur.

Çünki Fərzəliyevin pul qazanmaq üçün satdığı yerlərin bəziləri kiçik məhəllələrdə yerləşir. Bu isə avtomobillərin hərəkət etməsinə mane olmaqla yanaşı, həm də istifadə olunmuş suyun normal qaydada kanalizasiyaya axmasına əngəl olur.

Nəticədə, məhəllə içlərindəki avtoyuma məntəqələrinin istifadə etdikləri sular evlərin zirzəmilərinə dolmağa başlayır. Onu da bildirək ki, Nərimanov rayonunda 50 kvadratlıq avtoyuma yerlərinin qiyməti heç də ucuz deyil. Bunun üçün sahibkar ən azından 25 min manatından keçməlidir. Nərimanov rayon İcra Hakimiyyətinin xüsusi təyin olunmuş işçiləri isə Fərzəliyevə aid olmayan məntəqələrdən aylıq haqq yığır.

Bəs, Fərzəliyev kimdir?

Fərzəliyev Abdin Ələsgər oğlu 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. 1974-84-cü illərdə orta Ümumtəhsil məktəbində təhsil almışdır. Əmək fəaliyyətinə 1984-85-ci illərdə H.Z.Tağıyev adına Bakı Tikiş Toxuculuq Kombinatında fəhlə kimi başlayan A.Fərzəliyev 1985-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin «Kimya-biologiya» fakültəsinə daxil olmuş, 1985-87-ci illərdə Moskva vilayətində keçmiş Sovet Ordusunda hərbi xidmət keçmiş, 1992-ci ildə isə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ilin oktyabr ayından 1993-cü ilin fevral ayına qədər «Naxçıvan» qəzetinin müxbiri vəzifəsində çalışmışdır.

1993-cü ilin fevral ayından noyabr ayına qədər «Əlincə» Xeyriyyə Cəmiyyətinin təşkilat şöbəsinin müdiri vəzifəsində, 1993-cü ilin noyabr ayından 1994-cü ilin avqust ayına qədər isə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında məsul işçi, təşkilat şöbəsinin baş təlimatçısı vəzifəsində işləmişdir. 1994-cü ilin sentyabr ayından 1998-ci ilin fevral ayına qədər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Ərazi İdarəetmə orqanları ilə iş və kadr hazırlığı İdarəsinin rəis müavini, rəisi vəzifələrində işləmişdir. 1998-ci ilin fevral ayından 2003-cü ilin aprel ayına qədər Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Gənclər, İdman və Turizm Baş İdarəsinin rəisi vəzifəsində işləmişdir.

2001-2004-cü illərdə Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü olmuş, hal-hazırda da üzv kimi fəaliyyət göstərir. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının «Dövlət və Bələdiyyə İdarəetməsi» fakültəsini bitirmişdir.

2003-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir. 2005-ci ilin dekabr ayından isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışır.

Zöhrab Təmrazov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Nərimanov rayonu mənlikdi, Abidin gedəcək...” – Şahmar İbadovun böyük iddiası

    “Nərimanov rayonu mənlikdi, Abidin gedəcək...” – ...

    5-12-2014, 12:50

  • 
  • Başçı müavini vergilərin yolunu tutdu

    Başçı müavini vergilərin yolunu tutdu ...

    10-05-2016, 22:56

  • 
  • Şahmar İbadov hərəkətə keçdi

    Şahmar İbadov hərəkətə keçdi ...

    31-10-2017, 15:49

  • 
  • Nərimanov RİH-ə gələn şikayətçilərə ilginc təklif: “Seçkilərdə onları söyərsiniz...” – Şok video

    Nərimanov RİH-ə gələn şikayətçilərə ilginc ...

    21-01-2018, 23:40

  • 
  • Şahmar İbadov necə «oliqarx» oldu?

    Şahmar İbadov necə «oliqarx» oldu? ...

    15-09-2017, 14:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu