Bu barədə virtualaz.org saytına vəkil Kamandar Nəsibov məlumat verib.
Vəkilin sözlərinə görə, R.Mirələmovun sözügedən cinayət işində təqsiri soyuq silah gəzdirməkdən ibarət olub: “Qətllə bağlı ittiham ona qanunsuz verilib. Bu, istintaqda da, məhkəmədə də öz təsdiqini tapıb. Ömürlük həbs qərarının müddətli cəza ilə əvəzlənməsini istəyirik”.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirələmov ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Rəşad Mirələmov 17 iyul, 2012-ci ildə Səbayel rayonu, Salyan şossesi, 32 ünvanda “1001 gecə” istirahət mərkəzində odlu silahdan açdığı atəşlə Ramal Bayramovu qətlə yetirməkdə, Səməd Mənsimovu isə yaralamaqda ittiham olunub. O, Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.10, 120.2.11, 29, 120.2.7 (qəsdən adam öldürmə), 182.2.3, 182.2.4, 182.3.2, 182.3.3 (hədə-qorxu ilə tələb etmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilib.
R.Mirələmov deputat Hüseynbala Mirələmovun qardaşı oğludur.
Sorğu
Yeni dizaynımız necədir?