GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Pul müqabilində iki dəfə telefonda sekslə məşğul olduq” – ŞOK TƏFƏRRÜAT

“Pul müqabilində iki dəfə telefonda sekslə məşğul olduq” – ŞOK TƏFƏRRÜAT

Tarix: 16-10-2014, 16:01 Bölmə :Ölkə Baxış: 1 426
“Pul müqabilində iki dəfə telefonda sekslə məşğul olduq” – ŞOK TƏFƏRRÜAT

Göyçay rayon sakinləri İldırım Rəhimov, Elbrus Rəhimov , Elbrus Zeynalov, Fərqanə Zeynalova və Fədayə Əzizova hədə-qorxu yolu ilə tələbetmə, quldurluq və narkotik vasitələrdən istifadəetmə cinayətlərində ittiham olunublar. Teleqraf.com xəbər verir ki, İldırım Rəhimov 2011-ci il fevralın 26-da Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Ondan 6,41 qram qurudulmuş marixuana və 0,33 qram həşiş qətranı aşkar olunub. Bundan əlavə, İldırım Rəhimov qardaşı Elbrus Rəhimov, tanışları Fərqanə Zeynalova, Fədayə Əzizova və Elbrus Zeynalov iş adamı Ağabala Heydərovun əmlakını ələ keçirmək üçün plan qurublar. Plan Fədayə Əzizovanın Göyçay rayonu Ləkçılpraq kəndindəki evində hazırlanıb.
Planlaşdırılan tələ...

Həmin plana əsasən, 23 fevral 2011-ci ildə Fədayə Əzizova və Elbrus Zeynalov Fərqanə Zeynalovanı Ağabala Heydərova təklif etməyi qərara alıblar. Fərqanə iş adamı ilə görüşmək üçün onu evinə çağırıb. Ağabala da Fərqanə Zeynalovanın Göyçay şəhəri Natavan küçəsindəki mənzilinə gəlib. Ağabala mənzilə girəndən sonra İldırım və Elbrus Rəhimov qardaşlarının maneəsiz mənzilə daxil olmalarından ötrü Fərqanə giriş qapısını bilərəkdən bağlamayıb. Fərqanə daha sonra soyunaraq Ağabala Heydərova cinsi əlaqədə olmağı təklif edib. Bu zaman İldırım və Elbrus Rəhimovlar içəri daxil olublar. Mənzildə İldırım Rəhimov Ağabala Heydərova hücum edərək onu sillə ilə vurub. O, Elbrus Zeynalovdan aldığı bıçağı iş adamının boynuna dirəyərək, onun soyunmasını tələb edib. İş adamı yataqda necə şantaj olundu? Elbrus Rəhimov onun şalvarının cibindən 22 manatını götürüb. Bundan sonra Fədayə Əzizova, Elbrus Zeynalov və Fərqanə Zeynalova planın digər hissəsini icra ediblər. Onlar iş adamını Fərqanə ilə yatağa salıblar. Elbrus Rəhimov mobil telefon vasitəsilə Fərqanə Zeynalovanın və Ağabala Heydərovun yarımçılpaq vəziyyətdə fotoşəkillərini çəkiblər. Onlar Ağabala Heydərova Fərqanə Zeynalovanın telefonunun yaddaşında saxladığı əvvəlki intim danışıqlarına qulaq asdırıblar. 30.000 manatı verməyib, polisə şikayət etdi Mütəşəkkil dəstənin üzvləri həmin fotoları və səs yazılarını yaymaqıa Ağabala Heydərovu rüsvay edəcəkləri ilə hədələyiblər. Onlar Ağabalaya Fərqanə Zeynalova ilə yarımçılpaq vəziyyətdə bir yerdə olduqlarını göstərmək üçün ailəsini həmin mənzilə çağıracaqları ilə hədə-qorxu gəliblər. Dəstə üzvləri Ağabala Heydərovdan 50000 manat tələb ediblər. Ağabala Heydərov 30000 manat verməyə razılaşıb. Pulu fevralın 24-ə qədər gətirməsi üçün onu mənzildən buraxıblar. İş adamının polisə məlumat verməsinin qarşısını almaq məqsədilə Elbrus Rəhimov Ağabala Heydərovu Göyçay rayon avtovağzalına qədər müşayiət edib və oradan taksi ilə Mingəçevir şəhərinə yola salıb.
Fevralın 24-də İldırım Rəhimov dəfələrlə Ağabala Heydərova zəng edərək 30000 manatı tələb edib, əks halda ailə üzvlərinə qarşı zor tətbiq edəcəyi ilə hədələyib. Lakin Ağabalanın polisə şikayətindən sonra mütəşəkkil dəstənin üzvləri ifşa edilib. Məhkəmələrdə sürünən cinayət işi Bu cinayət işinə əvvəlcə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb və təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarıb. Lakin Şəki Apelyasiya Məhkəməsi cinayət işinə baxılması zamanı birinci instansiyası məhkəməsi tərəfindən kobud qanun pozuntusuna yol verildiyini aşkar edib və buna görə də hökm ləğv edilib. İş yenidən Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxslər həmin məhkəmənin hakimlərinə etiraz veriblər. Onların etirazı qəbul edilib və bu səbəbdən cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mübariz Məmmədovun sədrliyi ilə araşdırılıb. “Həmin şəxsi başa salmaq lazımdır ki, qadını narahat etməsin” İldırım Rəhimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, təqsirləndirilən şəxslərdən Elburus Rəhimov qardaşı, Elbrus Zeynalov isə tanışıdır: "Fərqanə və Fədayəni isə Elburus Zeynalovun bacıları kimi tanımışam. Elburus Zeynalov bir gün mənə dedi ki, onun bir nəfər ailəli tanış qadını var və həmin qadını Mingəçevirdən olan bir nəfər tez-tez zəng edərək narahat edir. Dedi ki, həmin şəxsi başa salmaq lazımdır ki, qadını narahat etməsin. Belə olanda Elbrus Zeynalova dedim ki, "narahat olma, həmin şəxsin ağzına bir-iki sillə vuraraq başa salacam"”. “Gördüm ki, evdə bir kişi və bir qadın var” Təqsirləndirilən şəxsin sözlərinə görə, Elbrus Zeynalovun anasıgilə gedib: “Yolda Elbrusun evinə yaxnılaşdım. Gördüm ki, evdə bir kişi və bir qadın var. Başa düşdüm ki, Elbrus Zeynalovun dediyi qadın və kişi həmin şəxslərdir. Buna görə də həmin şəxslərə, adlarını sonradan bildiyim Ağabalaya və Fərqanəyə yaxınlaşdım. Onların hərəsinə bir neçə sillə vurdum. Fərqanəni də ona görə vurdum ki, nəyə görə Ağabala kimi əclafla münasibət saxlayır. Daha sonra isə Ağabalanın üstünə qışqıraraq dedim ki, burdan getsin və bir də bu qadını narahat etməsin.

Ağabala da evdə stolun üstündə olan telefonunu və 14 manat pulunu götürərək getdi”. Onun ifadəsinə görə, Ağabala gedəndən sonra onun açarının evdə qaldığını görüb: “Taksi çağırmaqla həmin açarı verdim ki, Ağabalaya çatdırsın. Bundan sonra isə Ağabala ilə hər hansı bir işim olmayıb”. İldırım Rəhimov həmçinin bildirib ki, heç vaxt narkotik vasitə qəbul etməyib və polis tərəfindən üstündə aşkar olunan narkotik vasitə də ona məxsus deyil: “Həmin narkotik vasitəni polis əməkdaşları özləri cibimə qoyublar”. “Onların arasında olan söhbətdə olmamışam” Elbrus Zeynalov bildirib ki, bacısı Fədayə Fərqanəni Mingəçevir şəhərindən olan Ağabala adlı şəxsin narahat etdiyini bildirib: “Mən də bu barədə İldırıma dedim. Lakin bu zaman bacım Fərqanənin adını deyil, başqa tanış qadının adını dedim. İldırım Ağabalaya bir-iki sillə vurub başa salacağını dedi. Özüm də bununla əlaqədar iki dəfə Ağabalaya zəng etdim. Lakin Ağabala yenə də Fərqanədən əl çəkməyib. Bir müddət sonra bacım Fədayə İldırıma zəng vurdu və Ağabalanın Fərqanəgilə gəldiyini dedi. İldırım da bundan sonra Fərqanəgilə gedərək orada Ağabalanı gördü. Onların aralarında olan söhbətdən məlumatlı olmamışam. Fevralın 24-də polis əməkdaşları tərəfindən həbs edilmişəm”. “Ağabala mənimlə cinsi əlaqəda olmaq istəyib” Fərqanə Zeynalovanın sözlərinə görə, Ağabala Heydərovla Mingəçevir şəhərində sonuncunun işlətdiyi aptekdə tanış olub: “Məndə qadın xəstəliyi olduğu üçün həmin aptekə getdim. Dərman alanda Ağabala ilə tanış oldum. Ağabala tanışı olduğunu və həmin xəstəliklə əlaqədar məni aparata saldıracağını bildirdi. Tanışlıqdan sonra Ağabala mənə tez-tez poçtla pul göndərdi. Ağabala dəfələrlə evimə gəlib-gedib. Bu gəlişlərdə Ağabala mənimlə cinsi əlaqəda olmaq istəyib. Həkim mənə cinsi əlaqədə olmağı qadağan etdiyi üçün Ağabala ilə cinsi əlaqədə olmamışam. Bu zaman Ağabala təklif edib ki, pulun müqabilində telefon vasitəsilə cinsi əlaqədə olaq. Mən də telefonda Ağabalanın dediklərini edirdim. Ağabala bununla telefonda ləzzət alırdı. Daha sonra Ağabalanın bu hərəkətlərindən bezdiyim üçün onunla münasibəti kəsmək istədim. Lakin Ağabala məndən əl çəkmədi. Bu səbəbdən də məlum məsələlərlə bağlı bacım Fədayəyə dedim. Fədayə də öz növbəsində Ağabalaya zəng vurdu və məndən əl çəkməsini tələb etdi. Bundan sonra isə bir dəfə Ağabala bizə gəldi. Həmin vaxt əvvəllər tanmıdağım İldırım adlı şəxs də bizə gəldi.

O, Ağabalanı şillə ilə vuraraq evdən qovdu və bir daha ondan məni narahat etməməsini tələb etdi”. Hakimlər digər təqsirləndirilən və şahidlərin ifadəsini dinlədikdən sonra hökm elan ediblər. Məhkəmənin hökmü ilə İldırım Rəhimov 12 il 20 gün, Elbrus Rəhimov 11 il, Elbrus Zeynalov 10 il, Fərqanə Zeynalova 10 il, Fədayə Əzizova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Onların şikayətləri araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Fərqanə Zeynalovanın apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 6 ilə endirilib. Digər təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fədayə Laçın: "Bir aya 20 toya gedirdimsə, indi..."

    Fədayə Laçın: "Bir aya 20 toya gedirdimsə, ...

    21-03-2016, 18:58

  • 
  • Fədayə Laçın: "Rəfiqəm yoxdur. Kişilərlə dostluq edirəm"

    Fədayə Laçın: "Rəfiqəm yoxdur. Kişilərlə ...

    13-11-2015, 17:45

  • 
  • Bakıda iki qız oğlan üstündə bıçaq davasına çıxdı

    Bakıda iki qız oğlan üstündə bıçaq davasına çıxdı ...

    26-11-2015, 14:43

  • 
  • Eldar Əzizova 1 milyon manatlıq ittiham

    Eldar Əzizova 1 milyon manatlıq ittiham ...

    10-06-2013, 17:47

  • 
  • Narkotiklərlə bağlı xüsusi əməliyyat

    Narkotiklərlə bağlı xüsusi əməliyyat ...

    7-02-2015, 00:22


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu