GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəlilabad təhsilində talan

Cəlilabad təhsilində talan

Tarix: 6-12-2012, 14:44 Bölmə :Ölkə Baxış: 1 060
Cəlilabad təhsilində talan

Heydər Əsədovun işçiləri Ədalət Əsgərovu “tavana otuzdurub”

gundemxeber.az Cəlilabadda təhsilin bərbad gündə olduğuna çox az adam şübhə edər. Hər hansı statistik rəqəm də deyilənləri təsdiq edir. O da sirr deyil ki, 20 il təhsil şöbə müdirliyindəki kreslosunu qoruyan Ədalət Əsgərov burada təhsilin bütün savablarına da, günahlarına da cavabdehdir. Lakin buradakı kütləvi saxtakarlıqlar, cinayət həddinə çatan əməllər yüksələn xəttlə davam etsə də, nə rayon rəhbərliyi, nə də Təhsil Nazirliyi Ədalət müəllimə güldən ağır söz demir. Bundan ruhlanan Ədalət müəllim Cəlilabad təhsilində əndrabadi əməliyyatlar aparmaqda davam edir. Onun növbəti addımı rayondakı Təzəkənd kənd orta məktəbini əsas məktəbə, qısası, 11 illik məktəbi 9 illik məktəbə çevirmək olub. Səbəb də o göstərilib ki, bu orta məktəbin uğurlu nəticələri yoxdur.
Ə.Əsgərovun məntiqilə davam etsək, bu gün 9 illik olan məktəblərimiz 2 ildən sonar, yəqin ki, yerli-dibli bağlanacaq. Təzəkənd kəndində biri 9, digəri 11 illik olmaqla, iki məktəb vardı. Buradakı tam orta (11 illik) məktəbi təhsil başkanı bağlatdırıb. Qeyd edək ki, Ə.Əsgərovun Təzəkənd məktəbilə bağlı qərarı onun bu silsilədən ilk “islahatı” deyil. Cəlilabaddan aldığımız digər xəbərdə deyilir ki, RTŞ müdiri əhalisinin sayı az olan dağ kəndlərindəki ibtidai məktəbləri də sentyabrın 15-dən möhürləyərək, onlarda dərs keçilməsinə icazə vermir. Həmin məktəblərin direktorlarının qarşısına qoyulan tələb isə belədir: “5 min manat gətirin, məktəbi açım”.
Xəbərə görə, bağlanan məktəblərdən bir neçəsinin direktoru bu tələbi icra etməyə məcbur olub. RTŞ müdirinin Təzəkənd məktəbi qarşısında da eyni 5 min manat tələbi qoyduğu bildirilir. Əldə etdiyimiz məlumata görə, bu məsələ direktorlar tərəfindən Ə.Əsgərova irad tutulanda o, bu zaman təhsil naziri M.Mərdanovun bir fikrini sitat gətirərək deyib ki, cənab nazir şagird sayı az olan məktəblərin birləşdirilməsi ideyasını irəli sürüb, mən də bu fikrə əsaslanıram.
Bu ildən Təzəkənd kənd tam orta məktəbi 9 illik məktəbə çevriləcək. Məktəbin 10-11-ci sinif şagirdləri bu dərs ilindən kənddən 7-8 kilometr aralıda yerləşən Üçtəpə və Alar kəndlərinə getməli olacaqlar. Bu barədə verilən məlumatda deyilir: “Valideynlərin bir çoxu uşaqlarının adını indidən qonşu kəndlərin məktəblərinə yazdırsa da, onları “aylığa” çıxarıblar. Çünki bu gün həmin kəndlər arasında avtobus işləmir. Əhalisinin sayı 3000, şagirdlərinin sayı isə 550 nəfərdən çox olan bir kəndin məktəbinin 9 illik edilməsi qərarı burada birbaşa təhsilin məhvinə yönəlib.
TQDK-nın ötənilki qəbulun nəticələrini təhlil edən statistik hesabatı da maraqlı məqamlardan xəbər verir. TQDK, ötən ilin nəticələrinə görə, ən yüksək və ən zəif göstəriciləri olan 10 rayonu müəyyənləşdirib. Cəlilabad ən zəif rayonlar arasında birincidir.
Bütün bu fəaliyyətin nəticəsidir ki, Cəlilabad rayon Təhsil Şöbəsində külli miqdarda dövlət əmlakının mənimsənilməsilə bağlı faktlar aşkarlanıb. Büdcə vəsaitlərinin xərclənməsi üzrə Hesablama Palatasının əməkdaşlarının apardıqları yoxlamalar nəticəsində məlum olub ki, rayonun təhsil şöbəsinin müdiri Ədalət Əsgərov saxta sənədlər hazırlamaqla 300 min manat dövlət vəsaitini mənimsəyib. Yoxlamalar dövründə Ədalət Əsgərov yeyinti üzrə mənimsənilmiş 300 min manatın 30 min manatını və 80 min manatını geri qaytarsa da, hələlik 190 min manat dövlət vəsaiti büdcəyə qaytarılmayıb. Məlumatlara əsasən, əgər yoxlamalar başa çatana qədər təhsil şöbəsinin müdiri həmin vəsaitləri geri qaytarmasa, onun barəsində cinayət işi də açılacaq.
Rayondan daxil olan məlumatda vurğulanır ki, Cəlilabad rayon Təhsil Şöbəsinin müdiri Ədalət Əsgərov düşdüyü vəziyyətdən çıxmaq üçün Palatanın nümayəndələrilə anlaşmaq məcburiyyətində qalıb. Həmin anlaşmaya əsasən, Əsgərov Bakıdan gələnlərə 30 min manat pul verməlidir ki, əyri işləri ört-basdır olunsun. Məlumatda vurğulanır ki, təhsil şöbəsinin müdiri həmin pulu müəllimlərin üzərinə qoyub. Qeyd olunur ki, bu məqsədlə artıq bütün orta məktəb direktorlarına göstəriş verilib ki, hər bir məktəbin üzərinə 1000-2000 manat öhdəlik qoyulub. Həmçinin, Ədalət Əsgərovun bu göstərişinin Göytəpə Şəhər 1 saylı Orta Məktəbində ciddi narazılıqla qarşılanması da xüsusi olaraq vurğulanır. Qəzetimizə çatan bilgilərə görə, müəllimlər artıq şöbə müdirinə etiraz edərək, tələb olunan pulu verməkdən imtina etdiklərini çatdırıblar. Bəzi iddialara görə, Əsgərov da onlara bu hərəkətlərinin qarşılığında başının hələlik qarışıq olduğu və Hesablama Palatasının işçiləri rayondan getdikdən sonra onlarla hesablaşacağını vurğulayıb.
Cəlilabad təhsilində baş verən digər qanunsuzluqlar haqda növbəti sayımızda.

Faiq
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəlilabad təhsilində şok rüşvət yığımı

    Cəlilabad təhsilində şok rüşvət yığımı ...

    26-12-2012, 12:45

  • 
  • Tovuz təhsilində «zorlama»

    Tovuz təhsilində «zorlama» ...

    20-02-2014, 23:43

  • 
  • Zərdab təhsilində geriləmə davam edir

    Zərdab təhsilində geriləmə davam edir ...

    1-01-2013, 14:51

  • 
  • Ədalət Şükürov da “oliqarx”lar siyahısında

    Ədalət Şükürov da “oliqarx”lar siyahısında ...

    4-12-2013, 12:20

  • 
  • Orta məktəblərdə yay tətili azaldılacaq

    Orta məktəblərdə yay tətili azaldılacaq ...

    13-12-2013, 19:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu