GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Binə” məhbuslarının müdafiə komitəsi hərəkətə keçdi

“Binə” məhbuslarının müdafiə komitəsi hərəkətə keçdi

Tarix: 23-01-2013, 10:14 Bölmə :Ölkə Baxış: 641
“Binə” məhbuslarının müdafiə komitəsi hərəkətə keçdi

Həbs olunan sahibkarların işi ilə bağlı addımlar atılacaq

“Binə üsyanında tutulanların işi ilə bağlı addımlar atılacaq, bütün ölkə ictimaiyyəti hərəkətə keçəcək. Çünki tutulanlar artıq siyasi məhbus sayılır və onları müdafiə etməliyik”. Ötən gün “Binə” hadisələri ilə bağlı həbs olunan sahibkarların müdafiə komitəsinin toplantısında bu fikirlər tədbirin əsas mövzusu idi.
Müdafiə Komitəsi tutulanların müdafiəsi ilə bağlı görüləcək işləri müzakirə edərək təkliflər irəli sürdü. Vəkil Xalid Bağırov bildirdi ki, hadisə günü vəkillərdən üç nəfər Qaradağ rayon Polis İdarəsinə gedib. Onun sözlərinə görə, artıq etiraz edən yeni bir sosial qrup üzə çıxıb: “Düzdür buna qədər də “Binə” və “Sədərək” bazarlarında lokal aksiyalar olub. Amma bu səviyyədə etirazlar heç vaxt həmin sahibkarlardan görməmişdik”. Vəkil söylədi ki, hadisələrin kökündə təkcə icarə haqları dayanmır: “19 yanvarda baş qaldıran etirazlar sahibkarların 10 ildən artıq dövrdə başlarına gətirilən müsibətlərin kulminasiya nöqtəsi kimi qiymətləndirilməlidir. “Binə” bazarında 30 min adam çörək pulu qazanır. Üstəlik söhbət orada daimi işləyən 30 min insandan gedir. Bu o deməkdir ki, 30 min insan ailəsini dolandırır. Bu insanlar ilk gündən qanunsuz işləməyə məcbur ediliblər. İndi qanun tətbiq etməyə başlayanda, həm qanunla işləmək, həm də xərac vermək tələb olunur. Ticarətçilərin işi ağırlaşır. Sonra onlardan obyektlər təkrar almağa başlandı. Bütün bunlar “Binə” üsyanına gətirib çıxardı”.
Vəkil qeyd etdi ki, sözügedən bazarda təxminən 10 min obyekt fəaliyyət göstərir: “Orada baş verənlərə ikinci sort hadisə kimi baxmaq olmaz. Onların maraqları lokaldır. İcarə haqlarının artırılmamasını tələb edir. Düşünürlər ki, indi tutulanlar hər hansı yolla problemi həll edə bilərlər. Amma həbslərin olacağı gözlənilən idi. Problem təkcə vergidə deyil. Həm vergi alırlar, həm qeyri-qanuni pul yığılır, üstəlik də kassa aparatı quraşdırılırsa artıq ikiqat xərc çıxır. Kəbirə Məmmədova “Araz Avia” MMC firması açıb və onun adı ilə dükanları icarəyə verir. Bazarda yer haqları aylıq 1500-3000 manat arasında dəyişir. Bu dəfə azı 500 manat icarə haqqını qaldırmaq istəyiblər. Nəticədə hamı dükanlarını bağlayıb küçələrə çıxıb. Əraziyə çevik alayın cəlb olunması ondan xəbər verir ki, yuxarıdan sanksiyalaşdırılmış qərar olub”.
X.Bağırov bildirdi ki, müdafiə komitəsi geniş formatda yenidən toplanacaq, ölkə ictimaiyyəti, ziyalılar məsələ ilə bağlı təkliflərini irəli sürəcəklər: “Dinc aksiyaya, siyasi tələbi olmayan etirazlara görə niyə güllə atılmalıdır? Bu hadisələrdə polisin müdaxilə həddini aşması müzakirə olunmalıdır. Tutulan 10 nəfər bəraət almayacaq və çox güman ki, məhkəmə hökmü olacaq. Ümumiyyətlə, hüquqi baxımdan qaldırılası məsələlər var və addımlar atılacaq”.
Hüquq müdafiəçisi Vidadi İsgəndərli hazırda bazarlarda milyonlar oynayır və “Binə” də onlardan biri idi: “İndi kassa aparatı qoyub vergi istəyirlər. Bəs, 20 ildə əldə olunan pullar hara gedib? Dərnəgül bazarı, Bakı avtovağzalındakı yarmarka, “Vosmoy” bazarı və başqalarında milyonlar oynayır. Əmtəə dövriyyəsindən ildə 1 milyarda yaxın pul əldə edirlər. “Binə” üsyanı göstərdi ki, hər yerdə korrupsiya insanları boğaza yığıb. Niyə çevik polis alayı etirazlarının qarşısını almağa görə təşkil olunmuşdu? Buna ehtiyac yox idi. Qaradağ rayon polisi aksiyanın qarşısını almağa kifayət edirdi. Sadəcə çevik alayın xüsusi geyimləri, əllərindəki silahı böyük xof yaradır. Bunlar cəmiyyəti qorxutmağa, xof mühiti formalaşdırmağa çalışırlar. Müdafiə Komitəsi bir araya gəlib daha böyük şəkildə məsələni ictimailəşdirəcək, tutulanlara hüquqi yardım göstəriləcək”.
Müdafiə Komitəsində olan jurnalist İdrak Abbasov “Binə” bazarında yığılan xəraclar barədə maraqlı məlumatlar verdi: “Əvvəla tutulanların hüquqşünası deyir ki, polis aksiyada “istefa”, “azadlıq” şüarları səsləndirənləri axtarırmış. Elə biliblər ki, müxalifətçilər onların içərisindədir. O ki qaldı, etirazların baş qaldırmasına “Binə”də mərkəzləşdirilmiş kamera sistemi quraşdırılması, sayğac qoyulması üçün pul istənilib. Əvvəl sahibkarların kassa aparatları olub. Sonra gəlib aparatları yığışdırıblar. Aparatın təmiri üçün də hər ay 6 manatdan pul yığıblar. İşləməyən aparatların sonra pulunu tələb etməyə başlayıblar. Yer haqqı 40 kvadrata görə 1800 manat alınıb. Bütün bunlar ticarətçiləri bezdirib və ayağa qalxıblar”.
AXCP gənclər komitəsinin rəhbəri Əbülfəz Qurbanlı qeyd etdi ki, hakimiyyət bu münasibəti taksi sürücülərinə, evi sökülənlərə, Qarabağ qazilərinə, gənclərə də qarşı göstərib: “Müdafiə Komitəsi toplanıb fəaliyyəti istiqaməti qurulmalıdır. Tutulanlara dəstək verməliyik, ailələrinə kömək etməliyik, mətbuat onların həbsini diqqətdə saxlamalıdır. Çünki tutulanlar siyasi dustaqdır”. Qeyd edək ki, yanvarın 19-da “Binə” Ticarət Mərkəzində keçirilən aksiya zamanı 10 nəfər təqsirləndirilən şəxs qismində məhkəmə qarşına çıxarılıb. Bunlar Malik Məhərrəmov, Nicat Paşayev, Əbülfəz Əliyev, Samir Zeynalzadə, Səid Ədilov, Məhəmməd Mürsəliyev, Elnur Əliyev, Samid Hüseynov, Qüdrət Kişiyev və Vaqif İbrahimovdur. Onların barəsində 2 aylıq həbs-qətimkan tədbir seçilib.
Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Binə”də həbslər davam edir

    “Binə”də həbslər davam edir ...

    27-01-2013, 12:29

  • 
  • Binə üsyançılarının yeri gizli saxlanılır

    Binə üsyançılarının yeri gizli saxlanılır ...

    21-01-2013, 10:44

  • 
  • «Binə» üsyanının pərdəarxası

    «Binə» üsyanının pərdəarxası ...

    21-01-2013, 10:10

  • 
  • Prokurora görə “Binə məhbusları”na hökm oxunmadı

    Prokurora görə “Binə məhbusları”na hökm oxunmadı ...

    19-08-2013, 11:54

  • 
  • Binə üsyanına aparan yol

    Binə üsyanına aparan yol ...

    22-01-2013, 10:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu