İddia “İnformasiya əldə etmək azadlığı” qanunun 24.1-ci maddəsinə uyğun olaraq, şəhər meri Hacıbala Abutalıbovun paytaxtda yeni köşklərin qoyulması ilə bağlı məlumat verməkdən imtina etməsi ilə əlaqədar verilib
Yanvarın 23-də saat 15.40-da 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində Vüsalə Baxşəliyevanın sədrliyi ilə Turan İnformasiya Agentliyinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiası üzrə üçüncü məhkəmə prosesi keçiriləcək. İddia “İnformasiya əldə etmək azadlığı” qanunun 24.1-ci maddəsinə uyğun olaraq, şəhər meri Hacıbala Abutalıbovun paytaxtda yeni köşklərin qoyulması ilə bağlı məlumat verməkdən imtina etməsi ilə əlaqədar verilib. Abutalıbovun adına 28 avqust tarixli məktubda yeni köşklərin quraşdırılmasının qanunvericilik-normativ əsasları, onların hüquqi sahibi, köşklərdən təyinatı üzrə istifadə edilməməsinin səbəbləri və bunun nəticəsində çap nəşrlərinə ziyan dəyməsi haqqında suallara cavab vermək xahişi yer alırdı. Cavabdeh dekabrın 14-də məhkəmə iclasına gəlməyib və bu barədə məhkəməyə məlumat verməyib. Oktyabrın 19-da keçirilən birinci iclasda BŞİH-in Ticarət və Xidmətlər Departamentinin nümayəndəsi məktubda qoyulmuş sualları cavablandıra bilməyib. Bundan əlavə, BŞİH-in məhkəməyə təqdim edilmiş 28 oktyabr 2011-ci il tarixli 521 saylı köşklərin quraşdırılması haqqında sərəncamı QASİD distributor firmasına məxsus qəzet köşklərinin dəyişdirilməsinin qanunsuz olduğunu göstərib. Məlum olduğu kimi, jurnalistlərin həyata keçirdiyi monitorinqlər yeni köşklərdə qəzet satışının, xüsusən müstəqil və müxalif qəzetlərin satışının süni şəkildə məhdudlaşdırıldığını üzə çıxarır. Bəzi köşklərdə ümumiyyətlə dövri mətbuat satılmır, əvəzində qida məhsulları, içki və siqaret satılır. Bütün bunlar qəzetlərin tirajının daha da azalmasına və naşirlərin və oxucuların hüquqlarının pozulmasına gətirib çıxarıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?