GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Şakro” “Ded Xasan”ın məzarı üstə and içdi

“Şakro” “Ded Xasan”ın məzarı üstə and içdi

Tarix: 1-11-2014, 13:55 Bölmə :Ölkə Baxış: 2 044
“Şakro” “Ded Xasan”ın məzarı üstə and içdiRusiya saytları yazır ki, “qara sıyahı”da “Taro” ilə yanaşı “Rövşən Lənkəranski”nin də adı var

Xəbər verdiyimiz kimi, Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri olan “Şakro Molodoy” ləqəbli 61 yaşlı Zaxari Kalaşov oktyabrın 29-da İspaniya həbsxanasından azadlığa buraxılıb. Rusiya kriminal aləminin “xaç atası” sayılan Aslan Usoyanın (“Ded Xasan”) 2013-cü ilin yanvar ayının 16-da öldürülməsindən sonra xüsusilə onun yaxın qohumları olan yezidi kürdlər klanın əvvəlki nüfuzunu qorumağa çalışsalar da, buna nail ola bilmədilər. Üstəlik, klan liderinin qətlindən ötən müddətdə onun qanı da yerdə qaldı.
Ehtimallara görə, milliyyətcə yezidi kürd olan “Şakro Molodoy”un həbsdən azad edilməsi ilə kriminal aləmdə yeni qanlı hesablaşmalar başlayacaq və onun ilk işi “Ded Xasan”ın qatillərini cəzalandırmaq olacaq. Bu ehtimallar artıq doğrulmağa başlayıb.
Məlum olub ki, “Şakro” Moskvaya qayıdan kimi, “Ded Xasan”ın və Vyaçeslav İvankovun (“Yaponçiki”) məzarlarını ziyarət edib. Onu “Ded Xasan” klanının liderlərindən olan Piçuqa, Voskres, Radjika və Maçi müşayiət edib. “Şakro” məzarlıqda and içib ki, onların qatillərini bağışlamayacaq.
“Şakro” “Ded Xasan”ın məzarı üstə and içdi

Rusiya saytları yazır ki, “Ded Xasan”ın qətlinin günahkarı kimi konkret ad çəkilməsə də, klan hazırda həbsdə olan “Taro” ləqəbli Tariel Onianidən və “Merab Suximski” kimi tanınan Merab Canqveladzedən şübhələnir. Primecrime.ru saytı yazır ki, “Ded Xasan” klanının “qara siyahı” sında “oğru dünyası”nın əsas simalarından olan Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) adı da var. Sayt onu da qeyd edir ki, “Rövşən Lənkəranski” “qara sıyahı” da olanlar sırasında azadlıqda olan yeganə şəxsdir.
“Taro”nun slavyan qruplaşması ilə ilk qarşıdurması İrkutsk türməsində baş verən bir olayla başlayıb. Onianinin dəstəklədiyi “Maxo” ləqəbli avtoritet İlya Simoniya ilə “Yaponçik” arasında problem yaranır. “Sxodka” ların birində “Yaponçik” “Ded Xasan”ın dəstəyi ilə “Maxo”nu oğru adından məhrum edir. Oniani bunu özünə yönəlmiş addım hesab edir və klanlar arasında qarşıdurma başlayır.
“Şakro” “Ded Xasan”ın məzarı üstə and içdi
2005-ci ildə İspaniya polisinin Avropada kriminal qruplaşmalara qarşı keçirdiyi irimiqyaslı əməliyyat zamanı bir neçə gürcü “vor zakon” həbs edilsə də, “Taro” polisdən gizlənə bilir. Amma bu əməliyyatda “Şakro Molodoy” həbs edilir. Bundan sonra “Taro”nun lideri olduğu qruplaşmaya qarşı həm Avropada, həm də Rusiyada əsl müharibə başlayır. Bu məsələni yoluna qoymaq üçün “sxodka” çağırılır. Gəmidə çağırılmış “sxodka”ya “Yaponçik” və “Ded” gəlmir və bunun ardınca milis orada xüsusi əməliyyat keçirir. Bundan sonra “Taro”nun “Yaponçik”lə bərabər “Ded Xasan” la münasibətləri düşmənçilik hədinədək kəskinləşir.
2009-cu ildə Oniani Rusiyada(o vaxta kimi artıq Rusiya vətəndaşı olan) hüquq-mühafizə orqanlarının əlinə keçir. “Matrosskaya tişina”da saxlanılan Oniani barədə 36 “qanuni oğru”nun (“Yaponçik”,»Ded Xasan», “Şakro Molodoy” və sair) imzası ilə məktub hazırlanır və “onu vurun” fitvası verilir. Bu məktubdan sonra “Yaponçik” güllələnir. “Yaponçik”dən sonra isə “Ded Xasan” öldürülür.
Oniani məhkəmənin qərarı ilə 10 il azadlıqdan məhrum edilib və hələ bir neçə il həbsdə yatmalıdır.
“Taro” nun Rövşən Lənkəranski»ilə münasibətlərinin necə yarandığı barədə məlumatlar demək olar ki, yox səviyyəsindədir. Yalnız o məlumdur ki, bu “qanuni oğrular”ın bir-birinə münasibəti normaldır. Əgər “Ded”ə sui-qəsdə də onların adı da birgə hallanırsa, deməli, bu, təsadüfi deyil.

Merab Canqveladzeyə gəlincə, o da “Rövşən Lənkəranski” yə yaxın adam kimi tanınıb. Onun qardaşı Levan Suxumi klanının “beyni” hesab olunur. Amma son məlumatlara görə, indi Canqveladzelər “Lənkəranski” ilə yaxınlıq etmirlər. Merab bir müddət əvvəl Avropada həbs edilib. Rusiya saytları yazır ki, Levan azadlığa çıxan “Şakro Molodoy”la görüşmək istəsə də rədd cavabı alıb.»Rövşən Lənkəranski» nin konkret harada yaşadığı isə bilinmir.
“Ded Xasan”ın qətlindən sonra “Lənkəranski” nin kriminal aləmdə şəriksiz lider olacağı deyilirdi. Onun slavyan qruplaşmaları və gürcü “oğru” larla münasibətlərinin yaxşı olması buna imkan verirdi. Amma xüsusilə yezidi kürdlər və onunla münasibətləri pis olan azərbaycanlı kriminallar “Lənkəranski”yə ciddi maneə oldular.
Rusiya KİV-ləri yazır ki, “Şakro Molodoy”un azadlığa çıxması ilə Rusiya kriminalında ciddi mövqe dəyişikliyi olacağı barədə xəbərlər şişirdilib. Çünki “Şakro Molodoy” Rusiyaya şərtlə qayıdıb və hüquq-mühafizə orqanları ilə anlaşıb. “O Moskvanın sakit həyatını pozmamağa söz verib” deyə, xəbərdə bildirilir. “Şakro Molodoy” un Rusiya hüquq-mühafizə orqanları ilə anlaşa biləcəyi xəbərləri səbəbsiz deyil. 2000-ci il, iyunun 18-də Tiflisdəki erməni kökənli ABŞ vətəndaşı Aleksandr Kraynan oğurlanır. Bir neçə gün sonra “Şakro” biznesmenin xanımına zəng edərək ərinin oğurlandığını deyib. O, Kipr banklarının birindəki bank hesabını verərək ora 1,2 milyon dollar köçürülməsini istəyib. Pul deyilən hesaba köçürülsə də biznesmenin hələ də öldü-qaldısı bilinmir.
2010-cu ildə bu cinayət işi ilə bağlı Gürcüstan hökuməti İspaniya Ədliyyə Nazirliyinə “Şakro” nun ekstradisiyası üçün sorğu verib. Ona bu cinayət işi ilə bağlı 18 il qiyabi hökm də çıxarılıb. Rusiya isə göründüyü kimi, onu Gürcüstana təhvil verməyib…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Atəşkəs" bitdi: "Lənkəranski" və "Ded Xasan"ın adamları “Şakro”ya qarşı

    "Atəşkəs" bitdi: ...

    12-11-2015, 17:35

  • 
  • “Kriminal generallar” son 15 ilin ən böyük toplantısını keçirəcəklər – “Şakro”

    “Kriminal generallar” son 15 ilin ən böyük ...

    20-11-2014, 01:23

  • 
  • Rus mediası Ded Xasanın ölümü haqda

    Rus mediası Ded Xasanın ölümü haqda ...

    21-01-2013, 10:13

  • 
  • Bakılı məşhur "qanuni oğru" İspaniyadan Moskvaya deportasiya olundu

    Bakılı məşhur "qanuni oğru" İspaniyadan ...

    5-12-2014, 13:09

  • 
  • Azərbaycanlı “qanuni oğru”nun titulunu almaq istəyirlər

    Azərbaycanlı “qanuni oğru”nun titulunu almaq ...

    5-07-2013, 23:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu