Usoyanın ölümündən sonra kriminal pul axınına nəzarət uğrunda amansız mübarizə şiddətlənəcək
Yanvarın 16-da qətlə yetirilmiş Aslan Usoyanın ölümü ilə bağlı qanlı “razborkaların” davam edəcəyini yazan Rusiya mətbuatı bu işdə Azərbaycan mənşəli “qanuni oğruların” adlarını da hallandırıb. 1937-ci ildə Tbilisidə anadan olmuş Aslan Usoyan sabiq sovetlərin kriminal aləmində irəliləməyə başlamışdı və son illər ərzində Rusiyanın ən nüfuzlu “qanuni oğrusu” hesab olunurdu. Onun Yaponçik ləqəbli məşhur tərəfdaşı Vyaçeslav İvankov 2009-cu ildə qətlə yetirilib. KİV-lərdə deyilir ki, Ded Xasanın əsas rəqibi kimi tanınan Tarial Oniani bir o qədər də nüfuz qazana bilmədiyi üçün Rusiya kriminal aləmi Aslan Usoyan və ona qarşı olan “dağınıq və zəif” əleydarlar düşərgəsindən ibarət olub. Yalnız bu yaxınlarda Usoyana müxalif olan qüvvələr - azərbaycanlı Rövşən Lənkaranski (Rövşən Canıyev), Cemo Mikeladze və bir sıra digər fiqurların ətrafında birləşməyə nail olublar, Lenta.ru saytı yazır. Rusiya mətbuatı Usoyanın ölümündən sonra kriminal pul axınına nəzarət uğrunda amansız mübarizənin "şiddətlənə biləcyindən" bəhs edərək Rusiyaya Şakro Molodoy ləqəbli Zaxari Kalaşovun qayıdacağının mümkünlüyü haqda yazır. Şakro Molodoy çirkli pulların yuyulması ittihamilə İspaniya məhkəməsinin kəsdiyi cəzanı bu il başa vuraraq azadlığa çıxacaq. Kriminalnaya.ru saytına əsasən doğma Gürcüstanda 18 il müddətinə qiyabi həbsə məhkum edilmiş Şakro evə getməkdənsə, əvvəllər yaşadığı Rusiya Federasiyasına üz tuta bilər. Sayta istinadən Şakronun həbsdə olduğu müddət ərzində nəzarətsiz qalan aktivləri Ded Xasana “miras qalıb”. Onları qaytarmaq qərarı Usoyan klanına müharibə elanı demək olacaq, kriminalnaya.ru saytı bildirir. Sovet İttifaqının dağılmasından sonra nüfuz dairələrinin bölüşməsilə bağlı qanlı “razborkalar” qızışaraq bir çox avtoritetin qətlə yetirilməsilə müşayiət olunub. Həmin illərdə Aslan Usoyan kriminal aləmin ortaq “obşak” pullarına nəzarət etməyə başlayır. Ded Xasan bir neçə sui-qəsddən sağ çıxa bilib. İzvestiya qəzeti 1990-cı illərdə Usoyanla Rudolf Oqanov (Rudik Bakinski) arasındakı müharibədən yazır. O vaxtlar rəqib qrupun kirayələdiyi killer hədəfi vura bilməmişdi. "Bir qədər sonra Moskva yaxınlığındakı kafedə Oqanovun özünün güllələnməsilə Ded Xasan klanının üstünlüyü təsbit olunmuşdu", qəzet yazır. Usoyanın ölümü ilə bağlı rəqib qrupların liderlərinin adları arasında Rövşən Canıyevin adı da hallandırılır. Hərçənd ki, digər mənbədə bu versiyanın inandırıcı olmadığı deyilir. Lakin rospres.ru agentliyi tez-tez mübahisələrin həllinə dəvət olunan Ded Xasanın işin həllindən narazı qalan tərəfin “sifarişi” ilə aradan qötürülə biləcəyini iddia edir. Hazırda bunların hamısı təsdiq olunmamış versiyalardır və rəsmi istintaqın gedişatı barədə şərh verilməyib. Vesti televiziya kanalına əsasən son zamanlar özünü “adi təqaüdçü” adlandıran Aslan Usoyan Rusiya paytaxtı yaxınlığındakı bağ evində yaşayaraq ara-sıra çox saylı cangüdələnlərin müşaiyətilə Moskvada görüşlərə gedərmiş. Hazırladı: Şəhla
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?