GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Antikorrupsiya siyasətinin Ağdam fiaskosu

Antikorrupsiya siyasətinin Ağdam fiaskosu

Tarix: 24-01-2013, 10:26 Bölmə :Ölkə Baxış: 4 249
Antikorrupsiya siyasətinin Ağdam fiaskosu

Prokurorluq və MTN-nin Ağdam Təhsil Şöbəsi qarşısında
aciz qalıb, Elmira Şükürovadan prezidentə şikayət olundu


Ötən ilin ilin yekunları ilə bağlı müşavirədə dövlət başçıs səviyyəsində yenidən antikorrupsiya məsələsinə toxundu. Nazirlər dinlədi, hətta özlərini işgüzar göstərmək üçün qələmini götürüb qeydlər aparanlar da oldu. Amma bunlar yalnız görüntü xarakteri daşıyır. Reallıqda isə hökumətin korrupsiya şkalasının yüksəkliyi hər kəsə bəllidir. Bu sırada xüsusi “uğurlar” əldə etmiş sahələrdən biri də təhsil sektorudur.
Azərbaycan təhsil sisteminin korrupsiya bataqlığı bir müddət öncə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən də dilə gətirilmişdi. O zaman Təhsil naziri Misir Mərdanov da cavabı çox ləngitmədi, dedi ki, cənab Mehdiyevlə 100 faiz razıdır, bu sahədə problemlər var və yavaş-yavaş həll edilir. Deməli, təhsildəki korrupsiya, rüşvət faktoru gözəgirən həddədir.

Hər müəllimdən 50 manat tutulur

Rüşvət hallarından söz düşmüşkən, bu məsələ rayon məktəblərində xüsusilə acınacaqlı formadadır. Məcburi köçkün məktəblərində isə özbaşınalıq vəziyyət kritik həddədir. Redaksiyalara ən çox şikayətlərsə Ağdam rayon Təhsil Şöbəsindən gəlir. Adının açıqlanmasını istəməyən müəllimlər təhsil şöbəsinin müdiri Elmira Şükürovadan gileylənməkdən yorulmurlar. Şikayətçi müəllimlərin dediklərindən belə məlum olur ki, hər ay müəllimlərin məvacibləri kəsilir: “Demək olar ki, hər ay müxtəlif adlar altında bizdən pul yığılır. Elmira xanımdan bir soruşan yoxdur ki, bu qədər pulu niyə yığırsan? Əvvəllər bir neçə dəfə ardıcıl olaraq yoxlamalar gedirdi, bəhanə edirdilər ki, komissiyaya rüşvət verilir, ona görə yığılır. Bəs indi niyə kəsirlər pulumuzu?” Maraqlıdır ki, eyni şikayəti edən müəllimlər çoxluq təşkil etsə də, heç biri adının açıqlanmasını istəmir. Səbəb də eynidir; fakt araşdırılsa da, nəticəsi olmayacaq, əvəzində şikayətçi işini itirəcək.

Məktəblər direktorun adı ilə çağırılır

Müəllimələrin sözlərinə görə, məktəblər nömrələri ilə deyil, direktorlarının adı ilə tanınır. Məsələn, Çimnaz müəllimənin məktəbi, Dilguşə müəllimənin məktəbi və s. Bütün məktəblərdə də problem eynidir. Adının açıqlanmasını istəməyən ingilis dili müəlliməsinin sözlərinə görə, Ağdam rayon məktəblərinin hamısında ştatlar dolu olsa da, faktiki həmin sahə üzrə çalışan yoxdur: “Məktəblərin əksərində nə psixoloq, nə laborant, nə də kitabxanaçı var. Amma hamısının adı ştat cədvəlindədir. Məvaciblərini direktorlar alır, onların adlarına da staj yazılır. Təkcə bizim məktəbdə ştatda 8 ingilis dili müəllimi var, amma faktiki işləyən 4 nəfərdir. Elə ay olmur ki, maaşımızdan 40-50 manat kəsilməsin. Öz aramızda rayon təhsil şöbəsinə “Elmira xanımın ticarət mərkəzi” deyirik. Kim də şikayət edirsə, salırlar gözümçıxdıya. Başlayırlar dərslərinə yoxlamalar göndərməyə, problemlər yaratmağa. Ona görə də heç kim ağzını açıb danışa bilmir”.

Təhsil Nazirliyi anonim şikayətlərə baxmır

Mənbə daha sonra deyir ki, Ağdamda 30-dan çox məktəb yalnız kağız üzərində mövcuddur. Əslində isə reallıqda yoxdurlar. Buna baxmayaraq adı olub, özü mövcud olmayan məktəblərə büdcədən hər il yüz minlərlə manat pul ayrılır. Təhsil Nazirliyinin “Qaynar xətt”inə dəfələrlə bu özbaşınalıqlar haqqında məlumatlar daxil olmasına baxmayaraq, şikayətə baxılmır. Hətta bu barədə mətbuata da şikayət edilib.
Təbii ki, məsələyə qarşı tərəfin də münasibətini öyrənməyə çalışdıq. Təhsil Nazirliyindən ənənələrinə sadiq qalaraq, anonim şikayətlərə münasibət bildirmək istəmədiklərini söylədilər: “Kimin şikayəti varsa, açıq şəkildə nazirliyə müraciət etsin. Biz də məsələni araşdırıb ölçü götürək”. Nazirlikdən hətta E.Şükürovanın telefon nömrəsini də aldıq. Lakin dəfələrlə aramamıza baxmayaraq, RTŞ-nin müdiri dəstəyi qaldırmadı. Ümid edirik ki, heç olmasa yazı çap olunduqdan sonra Elmira xanım baş verənlərlə bağlı mətbuata açıqlama verəcək.

Prezidentə şok şikayət

Redaksiyamıza üz tutan şikayətçilər Ağdam təhsil sistemində baş verən qanunsuzluqlardan ölkə rəhbərinə şikayət məktubu hazırladıqlarını bildirdilər. Şikayətin yaxın zamanlarda tam şəkildə ictimaiyyətə açıqlanacağını bildirən Ağdam pedaqoqları məktubunda rayon təhsil sistemindəki böyük korrupsiya və maxinasiyalardan bəhs olunur və dövlət orqanlarının baş verənlərə susqunluğundan danışılır:
“Çox hörmətli cənab Prezident!
Ağdam təhsil sistemi bərbad haldadır. Korrupsiya və rüşvət rayon təhsilini məhvə sürükləyir. Dövlət büdcəsinin talanması, təhsilin gəlir mənbəyinə çevrilməsi adi hala çevrilib. Maliyyə Nazirliyi dəfələrlə bu sahədə yoxlamalar aparmış və ortaya ciddi maliyyə pozuntuları çıxmışdır. Lakin buna baxmayaraq günahkarlar cəzalandırılmamışdır. Əksinə aparılan yoxlamalar rüşvətə bir qədər də vüsət vermişdir. Biz təhsil işçiləri artıq yoxlamanın əlindən bezmişik. İndiyədək üç dəfədir ki, Ağdam Təhsil Şöbəsinin müdiri Elmira Şükürovanın təkidi ilə hər məktəbdən 1000 manat pul yığılır. Bu nə vaxtadək davam edəcək? Yoxlama səhvləri düzəltmək və nöqsanları başa salmaq məqsədi ilə edilirsə, buna nə ad vermək olar? Onsuz da az məvacib alan köçkün müəllimlər bir tərəfdən də yoxlama adı ilə yığılan pulların hesabına müflis vəziyyətə salınır…
Cənab Prezident!
Siz çıxışlarınızda rüşvət və korrupsiyaya qarşı mübarizədən danışır və məmurlara bu barədə göstərişlər verirsiniz. İnanırıq ki, Ağdam təhsil sistemində baş verənlər haqda da məlumat alıb lazımi tədbir görəcəksiniz. Prokurorluq və MTN-nin ərazi şöbəsinin rəhbərliyi də baş verənləri susqunluqla seyr edir. Sizin birbaşa müdaxiləniz olmasa Ağdamda təhsil tamamilə məhv olacaq, hökumətin korrupsiyaya qarşı mübarizə aparmasına inam itəcək.”
Tahir Sarıyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Korrupsiya yuvasına çevrilən Təhsil Şöbəsi

    Korrupsiya yuvasına çevrilən Təhsil Şöbəsi ...

    6-04-2016, 21:27

  • 
  • Korrupsiya yuvasına çevrilən təhsil şöbəsi

    Korrupsiya yuvasına çevrilən təhsil şöbəsi ...

    27-04-2016, 17:16

  • 
  • Misir Mərdanov valideynlərə müraciət etdi

    Misir Mərdanov valideynlərə müraciət etdi ...

    18-12-2012, 13:42

  • 
  • Təhsil mafiyasında İlham Pirməmmədov sindromu

    Təhsil mafiyasında İlham Pirməmmədov sindromu ...

    5-02-2013, 10:54

  • 
  • Misir Mərdanovdan ““Olimpik Hotel”-AÇIQLAMASI

    Misir Mərdanovdan ““Olimpik Hotel”-AÇIQLAMASI ...

    24-07-2013, 13:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu