Nazir müavini hazırda kitab-dərslik biznesinə və TN-nin digər gəlirli sahələrinə nəzarət edir
Azərbaycanın təhsil sistemindəki böhranlı durum hər kəsə məlumdur. Amma nədənsə hələ də bu istiqamətdə hansısa real tədbirə rast gəlinmir. Hətta antikorrupsiya tədbirlərinin ən şıdırğı vaxtında belə, təhsil nazirliyi yalnız Orxan Kərimov kimi günahsızı qurban verməklə prosesdən bulanıq sudan durru çıxan kimi təmizə çıxmağı bacardı. Doğrudur, buna «təmizə çıxmaq» deyilməz. Amma fakt faktlığında qalır və fakt odur ki, hələ də Misir Mərdanovun adının qarşısında «Azərbaycanın təhsil naziri» təqdimatı yer almaqdadır. Bununla bağlı ötən saylarımızda dərc etdiyimiz yazılarda bildirmişdik ki, artıq üzərinə konkret olaraq Prekzident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin gəlməsinin fərqinə varan Misir Mərdanov yenidən istefa ərizəsi yazaraq PA-ya göndərib. Xatırladaq ki, əslində Misir Mərdanov buna qədər 4 dəfə istefa verib. Hətta yaş senzi ilə bağlı məsələ qaldırılarkən mətbuat qarşısında bu barədə şəxsən etiraf edən nazir bildirmişdi ki, istefaya hər an hazırdır. Amma nədənsə kimlərsə hər an istefaya hazır olan Misir Mərdanovu arzuladığı ünvana göndərmirlər. Amma fakt odur ki, Misir Mərdanov hər an Azərbaycan təhsilinə xidmətə yox, istefaya hazırdır və belə birisinin vəzifə başında saxlanılmasının özü belə Azərbaycanın təhsilinə, deməli, həm də bütün istiqamətlərə, gələcəyinə vurulan ən böyük zərbədir. Bununla bağlı apardığımız araşdırmalarımız nəticəsində müəyyən edə bildik ki, əslində Misir Mərdanov konkret olaraq «təhsil mafiyası» hesab olunan konkret bir qruplaşmanın əlində girov kimi saxlanılır. Artıq Misir Mərdanovun təhsil nazirliyinin özünün belə şərti xarakter daşıdığını bildirən mötəbər mənbə xəbər verdi ki, onun üzərinə yeriməklə mətbuat böyük yanlışlığa yol verir:«Hə, Misir Mərdanov nə edibsə, dünənə qədər edib və bunların cəzasını çəkməlidir. Amma bu gün o, təhsil nazirliyində dişsiz fiqurdur və onun sözünün kəsəri yoxdur. Bütün sistem başqa şəxslər tərəfindən idarə olunur. Onların kimlikləri hamıya məlumdur. ABU-nun keçmiş rektoru Elşad Abdullayev həmin şəxslərdən birinin kimliyini açıqlamışdı. Söhbət İlham Pirməmmədovdan gedir. Ramiz Mehdiyevin adından olan borcu qaytaran şəxs kimi diqqətə gələn Pirməmmədov əslində təhsil mafiyasının əsas fiqurlarından biridir». Mənbəmizin sözlərinə görə, İlham Pirməmmədov hazırda kitab-dərslik biznesinə və TN-nin digər gəlirli sahələrinə nəzarət edir: «Onun nazir olmaq arzusu da yoxdur. Çünki nazirdən də artıq səlahiyyəti və gəlirləri var. Amma hədəfə alınan Misir Mərdanovdur. Bu gün birinci sinif dərsliyinə «anam sürücüdür» kimi biabırçı şeiri saldıran da odur, Yunus Oğuzun zəif üslubda qələmə aldığı ibtidai tarixi bilgilərini dərsliyə çevirən də». Mənbəmiz onu da əlavə etdi ki, əslində Misir Mərdanovla yanaşı, bütün nazirliyin istefasının tələbi daha doğru olardı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?