SDİ xüsusilə kobud qanun və hüquq pozuntuları ilə fərqlənən hakimləri “zolaqlı mantiyalarla təltif edib”
2004-cü ildən etibarən Sülh və Demokratiya İnstitutu Azərbaycanda məhkəmə sisteminin monitorinqini həyata keçirir, müxtəlif məhkəmə proseslərinin təhlilini prosesin və çıxarılmış hökmün ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına, xüsusən İnsan Hüquqları üzrə Avropa Konvensiyasına uyğunluğu haqqında ekspert şərhləri ilə birlikdə KİV-də dərc edir. “Çoxillik monitorinq məhkəmə hakimiyyətinin icra hakimiyyətindən ümumi, mütləq asılılığını göstərir. Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti yoxdur, bu mübahisəolunmaz fakt ölkədə bərqərar olmuş kriminal-korrupsioner rejimin əsasında durur”, deyə SDİ-nin press-relizində bildirilir. 2007-ci ildən etibarən SDİ xüsusilə kobud qanun və hüquq pozuntuları ilə fərqlənən hakimlərin “zolaqlı mantiyalarla təltif edilməsi” mərasimi keçirir. SDİ hər il “zolaqlı mantiyaya” 12-25 hakimi təqdim edir. Şübhəsiz, Azərbaycanda buna “layiq olanların” sayı xeyli çoxdur. 2012-ci ilin yekunlarına görə “zolaqlı mantiya” üçün təqdim edilmiş hakimlərin adlarını təqdim edirik. Yanvarın 25-də SDİ bununla bağlı təqdimat keçirəcək.
AR Ali Məhkəməsinin hakimləri
1. Cəfərov İlham (AM Cinayət Kollegiyası) 2. Quliyev Zakir (AM İnzibati-İqtisad Kollegiyası) 3. Əhmədova Mehparə (AM Mülki Kollegiyası) 4. Mirzəliyev Əsəd (AM Mülki Kollegiyası)
AR Apellyasiya Məhkəməsinin hakimləri
5. Qasımov Faiq (Bakı AM Cinayət Kollegiyası) 6. Məmmədov Qail (Bakı AM Cinayət Kollegiyası) 7. Səfərov Rizvan (Bakı AM Cinayət Kollegiyası) 8. Tağızadə Mirzə (Bakı AM İnzibati-İqtisad Kollegiyası) 9. Zeynalov Zeynal (Şirvan AM Cinayət Kollegiyası)
AR Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməsi
10. Hakim Allahverdiyeva Ramella
Səbail rayon məhkəməsi
11. Hakim Əhmədov Rauf
Abşeron rayon məhkəməsi
12. hakim Kərimli İlham
Nərimanov rayon məhkəməsi
13. Hüseynov Turqay
Balakən rayon məhkəməsi
14. Kazımov Rafiq
“Yaxşıların yaxşısının” seçilməsi prosesi davam edir. Yanvarın 25-də proses yekunlaşacaq və ictimaiyyətə kimin qalib gəldiyi və SDİ-nin “zolaqlı mantiyanı” kimə göndərdiyi haqqında məlumat veriləcək. “Xəbər xidməti”
Sorğu
Yeni dizaynımız necədir?