İstirahət mərkəzinin Hacı adlı sahibi "fövqəlnazir"in adamlarını döydürüb?
Bakıda 7-ci mikrorayon ərazisində fəaliyyət göstərən "Oazis" İstirahət və Əyləncə Mərkəzi yaxın vaxtlarda sökülə bilər. Bu barədə "AzeriNews.org"a daxil olan məlumatlarda bildirilir. Belə ki, məlumata görə, istirahət mərkəzi 8-saylı Beton zavodunun ərazisini zəbt etdiyi səbəbindən söküləcək. Budan əlavə, "AzeriNews.org"a daxil olan məlumatlarda qeyd edilir ki, əslində, "Oaizis"in sökülməsinin səbəbi bu deyil. Məlumatlı mənbənin bildirdiyinə görə, İstirahət və Əyləncə Mərkəzini fövqəladə hallar naziri Kəmaləddin Heydərov sökmək istəyir. "Fövqəlnazir" buna əsas da tapıb: "Obyekt yüngül konstruksiya ilə tikilib və bu, insanların həyatı üçün təhlükəlidir. Mənbə bildirib ki, ötən ilin sonlarında Fövqəladə Hallar Nazirliyi (FHN) "Oaizis"in rəhbərliyinə obeyktin fəaliyyətini dayandırmaq barədə xəbərdarlıq edib. Buna baxmayaraq, mərkəzin rəhbərliyi müəyyən kanallardan istifadə edərək, təhlükəni sovuşdura bilib. Amma bu müvəqqəti imiş. Çünki Kəmaləddin Heydərov obeykti sökdürməkdə israrlıdır. İstirahət mərkəzinin Hacı adlı sahibi isə qeri çəkilmək niyyətində deyil. Elə bu səbəbdən "Oazis" rəhbərliyi FHN-ə qarşı açıq savaşa başlayıb. Məlumatlara görə, "fövqəlnazir" "Oazis"in hələ də fəaliyyət göstərdiyini eşidəndə, bərk qəzəblənib və bu barədə tabeliyindəkilərə qəti tapşırıq verib. Bundan sonra istirahət mərkəzinə təşrif buyuran FHN əməkdaşları "Oazis" rəhbərliyinin saxladığı "qoçu" dəstələrilə üz-üzə gəlməli olublar. Hətta bu "razborka"da FHN əməkdaşları ilə "Oazis"in təhlükəsizlik əməkdaşlarının arasında əlbəyaxa dava düşüb. Məsələnin kritik həddə çatdığı barədə FHN şefinə məruzə olunub. Mənbə artıq Kəmaləddin Heydərovun bu olaydan sonra daha da gəzəbləndiyini və istirahət mərkəzinin yaxın vaxtlarda söküntü işlərinə start verilə biləcəyini xəbər verir. Yeri gəlmişkən qeys edək ki, bir neçə il əvvəl Rusiyanın Moskva şəhərində "Transval Park" İstirahət və Əyləncə Mərkəzi və "Baumann" bazarında yüngül konstruksiya ilə inşa edilən obyektlərin dam örtükləri çökdüyündən, yüzlərlə insan dünyasını dəyişmişdi. Kəmaləddin Heydərov hesab edir ki, belə bir hadisə "Oazis"də də baş verə bilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?