GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Masallı Mamed”in hökmü, yaxud keçmiş üskük oynadanın qətli necə açıldı

“Masallı Mamed”in hökmü, yaxud keçmiş üskük oynadanın qətli necə açıldı

Tarix: 13-11-2014, 12:30 Bölmə :Ölkə Baxış: 0
“Masallı Mamed”in hökmü, yaxud keçmiş üskük oynadanın qətli necə açıldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1963-cü il təvəllüdlü Səmədov Varis Məcid oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org xəbər verir ki, prosesə hakim Əlövsət Abbasov sədrlik edir. Söhbət açacağımız cinayət hadisəsi 23 avqust 1997-ci ildə baş verib. Həmin gün səhər saatlarında odlu silahla qətlə yetirilən Zülfüqar Ağalarovun meyiti Nəsimi rayon hərbi komissarlığının arxasında aşkar edilib.

İstintaqla müəyyən edilib ki, Varis Səmədov tanışı Eldar Əliyevin (2004-cü ildə Rusiyada yaşadığı evin qarşısnda güllələnib-red) idarə etdiyi VAZ 2106 markalı avtomaşınında olarkən metronun “20 Yanvar” stansiyası istiqamətindən Soltan Nəcəfovun idarə etdiyi avtomaşında əyləşən digər tanışı Zülfüqar Ağalarovun gəldiyini görüb. Zülfüqar Ağalarovdan borcunu geri istəmək məqsədilə maşını saxlatdırıb və söhbət etmək üçün onu öz əyləşdiyi avtomobilə dəvət edib. Pul məsələsi ilə bağlı aralarında mübahisə yaranıb.

Mübahisə zamanı “Makarov” tipli tapançadan Zülfüqara üç dəfə dalbadal atəş açıb. Daha sonra onun meyiti avtomaşınla gətirərək Nəsimi rayon Hərbi Komissarlığının arxasına ataraq hadisə yerindən qaçıb.

Qətl hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 95-ci (köhnə red.) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb. Varis Səmədovun cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilib, barəsində axtarış elan olunub.

Lakin Varis Səmədov (Rəşitov Həmid Məcidoviç) ad-soyadını dəyişdirdiyinə görə onun yaşadığı yeri müəyyən etmək mümkün olmayıb. 2002-ci ildə Varis Səmədovun əməlləri Cinayət Məcəlləsinin 95-ci maddəsindən Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddəsinə tövsif edilib. Ona Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz odlu silah əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Varis Səmədov 2002-ci ilin oktyabr ayında istintaqa gəlib və 1 saylı istintaq təcridxanasına yerləşdirilib. 2003-cü ilin fevral ayında Nəsimi rayon məhkəməsinin tərəfindən Varis Səmədovun barəsindəki həbs-qətimkan tədbiri ləğv olunub, qohumlarının nəzarəti altına verilməsi haqqında qərar qəbul edilib.

Ancaq sonradan təkrar məhkəmə-psixatrik ekspertizası təyin edilib və Bakı şəhər prokurorunun təqdimatına əsasən Səbael rayon Məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin tibb müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul olunub. V.Səmədov istintaqdan gizləndiyi üçün ekspertiza keçirilməsi mümkün olmadığından onun barəsində axtarış elan edilib.

Bu ilin avqust ayında V.Səmədov istintaqa könüllü gəldiyindən cinayət işi üzrə icraat təzələnib və o, Səbael rayon məhkəməsinin 09.10.2009-cu il tarixli qərarına əsasən Bakı İstintaq təcridxanasına yerləşdirilib.

Təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadəsində Varis Səmədov ona elan olunmuş itthamla özünü təqsirli bilməyib.

Təqsirləndirilən şəxs ifadəsində uzun illər Rusiyada yaşadığını, orada ailə həyatı qurduğunu göstərib. Bildirib ki, hərbi xidməti başa vurduqdan sonra Nijnivartovsk şəhərinə qayıdıb. Orada Raviyya Samedova ilə ailə həyatı qurub. 1985-ci ildə adam bıçaqladığıma görə 3 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan amnistiya aktına əsasən cəzadan azad olunub.

“1996-cı ilin əvvəllərində ailəmlə birlikdə Azərbaycana gəldim və Zülfüqar Ağalarovun qətlindən sonra yenidən Rusiyaya qayıtdım. O vaxtdan Eldar Əliyevi görməmişəm. Bir müddət sonra Eldarın Rusiyada (kriminal aləmə meylli olan, dəfələrlə məhkumluq həyatı yaşayan Eldar Əliyev 2004-cü ildə Rusiyada yaşadığı evin qarşısında qətlə yetirilib-red.) öldürüldüyünü eşitdim” Varis bildirib.

Təqsirləndirilən şəxs əslən Zəngilan rayonundan olan Zülfüqarla 8-ci km qəsəbəsindəki bazarda təsadüfən tanış olduqlarını, Zülfüqarın da onu kimi xırda alverlə məşğul olduğunu, hərdən Almaniyadan maşın gətirib satdığını deyib. Bildirib ki, alverə görə Zülfüqarla münasibətləri bir qədər soyumuşdu: “Hadisə baş verən gün Zülfüqarı təsadüfən dostu Soltanın maşında keçdiyini gördüm. Maşını saxladıb söhbət etmək istədiyimi dedim. Zülfüqar borcla bağlı məsələ ilə danışarkən sərxoş olduğunu gördüm. Mübahisə zamanı qəflətən söyüş söydü, belindən tapança çıxarıb üstümə tutdu. Sonradan baş verənləri xatırlamıram. Hadisədən sonra metronun “Əzizbəyov” stansiyasının yaxınlığındakı səkidə özümə gələndə səhər açılırdı. Təxminən 3-4 gündən sonra Zülfüqarı öldürdüyümə görə polis tərəfindən axtarıldığımı eşidib inanmadım. Hadisə zamanı Zülfüqar üstümə silah çəkmişdi, ola bilsin həmin silahı alıb onu vurmuşam. Qorxumdan polislərdən gizlənirdim. Bir neçə gündən sonra qardaşımla əlaqə saxladıqda cinayət törətdiyimi dedi. Bundan sonra Rusiyanın Nijnevartovsk şəhərinə gedərək orada yaşadım. 2002-ci ildə qohumlarımın xahişi ilə Bakıya qayıdıb istintaqa hadisəni baş verdiyi kimi danışdım. Barəmdə olan cinayət işi xitam olunduqdan sonra xəstəliyimlə bağlı 2003-cü ildə Rusiyaya getdim. Amma 4-5 aydan sonra yenidən axtarışa verildiyimi eşitdim”.

Təqsirləndirilən şəxs ifadəsində ad-soyadını dəyişmək məcburiyyətdə qaldığını deyib: “2011-ci ilin fevral ayında yaşadığım ərazi üzrə müraciət edərək adımı və soyadımı dəyişib həyat yoldaşımın familyasını, adımı dəyişib babamın adını götürdüm. Rusiyada yaşadığıma görə isə oğlu sözünü çıxararaq “oviç”, yəni Rəşitov Həmid Məcidoviç adını qəbul etdim. 2012-cü ilin iyun ayının 18-də Azərbaycana da həmin sənədlə gəldim”.

Zərərçəkmiş şəxs qismində dindirilən Raziyə İmanova ifadəsində həyat yoldaşı Zülfüqar Ağalarovla 1992-ci ilədək Rusiya Federasiyasının Tomsk şəhərində yaşadıqlarını göstərib. Onun dediyinə görə, Zülfüqar həmin vaxtlar üskük oynatmaqla və xırda alverlə məşğul olurdu. Bakıya köçəndən sonra isə bir müddət ayaqqabı sexi işlədib, hərdən maşın alveri ilə də məşğul olub. Onların birgə nikahdan iki övladları dünyaya gəlib.

“Münasibətlərimiz normal olsa da Zülfüqardan nə soruşanda “sən qadınsan, öz işinlə məşğul ol, sənə nə lazımdır, çörəyin, suyun var, başqa nə ilə maraqlanırsan?” deyirdi. Ölümündən əvvəl axırıncı dəfə Zülfüqarı Soltanla evdən çıxanda gördüm. Son bir neçə gündə Zülfüqar maşınını satışa çıxardığından onu Soltan aparıb-gətirirdi. Hadisə baş verən gün gecə saatlarında Zülfüqar zəng vurdu, yolda olduğunu, indi gələcəyini dedi. Danışanda əlaqə kəsildi. Gecə saat 1-ə qədər gözləsəm də, gəlmədiyini görüb yatdım” zərərçəkən bildirib.

Raziyə İmanova ifadəsində deyib ki, ertəsi gün Zülfüqarın hazırda Rusiyada yaşayan qardaşı onun öldürüldüyü barədə məlumat verib. Sitat: “Bundan sonra köçkünlərin məskunlaşdığı yataqxanaya getdik. Həmin vaxt həyətə çoxsaylı adamlar yığışmışdı. Qaynatam həmişə Zülfüqarın arxasınca gileylənir, onun ətrafında olanların əksəriyyətinin cinayət aləmi ilə əlaqəli şəxslər olduğunu və bunun nəticəsinin yaxşı olmayacağını deyirdi. Yoldaşımı Varisin öldürdüyünü desələr də, səbəbini bilmirdim. Varisi əvvəllər həyətdə Zülfüqarla bir yerdə, bir də oğlunun ad günündə restoranda görmüşdüm. Deyib-gülən, danışan adam olduğundan Zülfüqarı onun öldürməsinə əvvəlcə inanmırdım. Amma Soltan orada olduğundan və məhz Varisin yoldaşımı öldürdüyünü deyəndə inandım. Varislə Zülfüqarın arasında söz-söhbət olmasını sonradan eşitmişdim. Nə Zülfüqarda, nə onun avtomobilində, nə də evimizdə silah, tapança olduğunu görməmişəm”.

Cinayət işi üzrə dindirilən şahidlər mərhum Zülfüqar Ağalarovun cinayət aləminə yaxın olan şəxs kimi tanındıqlarını göstəriblər. Şahid Cürət Quliyevin istintaqa verdiyi ifadəsindən: “Zülfüqar əsasən pul mübahisələrinin həlli ilə məşğul olurdu. Onun öldürülməsini televizordan eşitmişəm. Tanışlarımın dediyinə görə, Zülfüqarı Varis öldürüb”.

Şahidin bildirdiyinə görə, 2002-ci ildə 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkərkən cinayət aləmində “Masallı Mamed” kimi tanınan məşhur “vor zakon” Varisə xəbər göndərmişdi ki, ona görə camaatı incidirlər, gedib cavab verməlidir. Məhz bundan sonra Varis istintaqa təslim olub. “O, uzun müddət Maştağada xəstəxanada yatmışdı və xəstə olduğuna görə buraxılmışdı. Zülfüqarın Varisin pulunu götürüb qaytarmadığını 1997-ci ilin ortalarında “Masallı Mamed”lə Varisin arasında olan söhbətdən eşidib bilmişdim. Həmin söhbətdən bir-iki ay sonra isə Zülfüqarın öldürüldüyünü eşitmişdim” şahid bildirib.

Məhkəmənin hazırlıq iclasında zərərçəkmiş tərəfin nümayəndəsi çıxış edərək iş materialları ilə tanış olmadığını deyib. Bu səbəbdən məhkəmə noyabrın 20-nə təxirə salınıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Cinayətkar hansı halda məsuliyyətə cəlb edilə bilməz?

    Cinayətkar hansı halda məsuliyyətə cəlb edilə ...

    2-06-2016, 00:38

  • 
  • "Dəmirçi Plaza"da qətl törədən şəxslə bağlı sənədlər Baş Prokurorluğa göndəriləcək

    "Dəmirçi Plaza"da qətl törədən şəxslə ...

    26-10-2017, 13:22

  • 
  • "Avtobus cibgirləri"nə höhm oxundu

    "Avtobus cibgirləri"nə höhm oxundu ...

    29-06-2016, 19:12

  • 
  • Polisin ölümünə səbəb olan sürücüyə dövlət ittihamçısı cəza istəyib

    Polisin ölümünə səbəb olan sürücüyə dövlət ...

    9-06-2016, 00:17

  • 
  • Toydan qayıdan avtomobil yük maşını ilə toqquşdu: 2 ölü, 3 yaralı

    Toydan qayıdan avtomobil yük maşını ilə toqquşdu: ...

    7-10-2013, 12:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (266)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu