Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan Elşən Bəşirovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesə hakim Fikrət Qəribov sədrlik edib.
Prosesdə zərərçəkmişin nümayəndəsi məhkəməyə sənəd təqdim edib. O, bildirib ki, ötən məhkəmə iclasında E.Bəşirov zərərçəkmişin hüquqi varisi – Xalid Ağayevi təhqir edib. Bu səbəbdən də X.Ağayev səhhətində problem yaranıb və xəstəxanaya aparılıb.
Hakim bununla bağlı sənədlərin Baş Prokurorluğa göndəriləcəyini deyib.
Məhkəmə prosesi noyabrın 2-də davam edəcək.
İttihama görə, qətl hadisəsi bu ilin yanvar ayının 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə baş verib.
Həmin şirkətdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalı qətlə yetirib. İstintaq yolu ilə müəyyən edilib ki, E.Bəşirov idarə etdiyi "Toyota" markalı avtomobillə hava limanına gedib. Avtomobildə Əli Ağalı da olub. Yolda aralarında mübahisə yaranıb. E.Bəşirov ertəsi gün ov rüfəngini götürüb ofisə gəlib və Əli Ağalını qətlə yetirib./virtualaz.org
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?