GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Sabunçuda «Rus bazarı»

Sabunçuda «Rus bazarı»

Tarix: 19-11-2014, 23:46 Bölmə :Ölkə Baxış: 0
«Nə itirsən, bu bazardan tapa bilərsən», elə-belə deməyiblər ki! Sovetlərdən bəri bu bazarı müxtəlif adlarda çağırdılar. Kimi «Kolxoz bazarı», kimi «İkinci əl bazarı» dedi. Bu bazar illərdir ki, kasıb-kusubun əlindən tutur. Oradan-buradan əldə etdiyini satmağa gələnlərin sığınacaq yeridir. Sabunçu qəsəbəsində, Vağzalın yaxınlığında yerləşən və «rus bazarı» adlanan ərazidən Famil Mahmudbəylinin çəkdikləri.

Sabunçuda «Rus bazarı»

1 Bazarın başqa adları da olub: "Kalxoz bazarı", "Kasıb-kusubun dərdinə əlac", "Cındır bazarı".

Sabunçuda «Rus bazarı»

2 Gününü-güzəranını bu bazarda keçirmiş satıcılar deyir ki, "rus bazarı" hələ sovet dönəmindən - 1941-45-ci illərdən var.

Sabunçuda «Rus bazarı»

3 Bu bazarı fərqli edən odur ki, burada kimi ucuz qiymətə nəsə satır, kimi də 2-3-cü əl deyilən geyimləri satışa çıxarır.

Sabunçuda «Rus bazarı»

4 Sakinlərin, satıcıların sözlərinə inansaq, bazarın adı ona görə belə qoyulub ki, bazarı ruslar yaradıb və özləri də ticarətlə məşğul olub.

Sabunçuda «Rus bazarı»

5 Bu bazarda hər nə desən tapmaq olar: entik əşyalar, köhnə paltarlar, metal, elektrik əşyalar, nimdaş paltarlar və daha nələr nələr. Məsələn, sobanızın sinisi sınıbsa, itibsə, oradan rahatlıqla tapa bilərsiniz.

Sabunçuda «Rus bazarı»

6 Bu bazarda utanaraq çalışanlar da az deyil. Satıcılar özləri etiraf edir ki, çoxu burada alış-veriş etməkdən utanır, "Birdən qonşum görər deyə".

Sabunçuda «Rus bazarı»

7 Bazarda yer tutmaq da asan iş deyil. Satıcılar deyir ki, yerpulu 1-3 manat arasında dəyişir.

Sabunçuda «Rus bazarı»

8 "Mən yorğan-döşək sırıyıb satıram", danışa-danışa nənə iynə saplayır. "Elə də olur ki müştəri səhər gəlib sifarişini verir. Məsələn, balaca döşəkcələr, gəlib o biri bazar aparır. Amma ay bala, artıq yaşlanmışam, gözlərim yaxşı görmür ki, iynəni saplayım".

Sabunçuda «Rus bazarı»

9 Burada elə satıcılar var ki, onların yeri hamıya əvvəldən məlumdur. Elə adamlar da var ki, yerə nəsə sərib, bazar müdirliyinə də 2 manat verib alverini edir.

Sabunçuda «Rus bazarı»

10 "Nə itirsən, bu bazardan tapa bilərsən", elə-belə deməyiblər ki!

Sabunçuda «Rus bazarı»

11 "Evdə çörəkarası bir şey hazırlayıb özümlə gətirirəm. Burada, elə iş başında yeməyimi yeyirəm. Düşünürəm ki, "stalovaya" gedincə, elə o pulu yerpuluna verərəm. Özümə 2-3 manat qazanc qalar".

Sabunçuda «Rus bazarı»

12

Sabunçuda «Rus bazarı»

13

Sabunçuda «Rus bazarı»

14 Özəlliklə də şənbə-bazar günü bazarda adam çox olur. Elə bunu bilən satıcılar toyuq-cücə, mer-meyvə də satırlar.

Sabunçuda «Rus bazarı»

15 "Almaları Qubadan gətirirəm. Adətən deyirlər ki, aşpaz çox vaxt öz bişirdiyini doyunca yeyə bilmir. Çünki yeməyin yanında axşama kimi iy vurur. Mən isə bax bu qırmızı növü çox sevirəm və hərdən də yeyirəm. Baxmayaraq ki, alma çeşidlərim cürbəcürdür, bu almaya "almaların şahı" adını vermişəm".

Sabunçuda «Rus bazarı»

16 "2-3 ildir bu bazardayam, tərəvəz satıram. Hərdən də ucuz qiymətə pal-paltar gətirən olur. Seçirəm, satmaq üçün tərəvəzlərimin yanına qoyuram. Burada alma satanla, radioelektirik malları satanı birlikdə görəndə, təəccüblənməyin. Biz satıcılar bu bazara həftəbecər də deyirik (gülür)".

Sabunçuda «Rus bazarı»

17

Sabunçuda «Rus bazarı»

18 Bir vaxtlar "Tarqovı" kimi tanınan yerin əvvəlki tacirləri də satış nöqtələri bağlandıqdan sonra, bu bazara üz tutublar.

Sabunçuda «Rus bazarı»

19

Sabunçuda «Rus bazarı»

20 "Sovet vaxtından 1994-cu ilə kimi Böyük Şor deyilən ərazinin yaxınlığındakı ayaqqabı fabrikində işləmişəm. O fabrik nəinki Bakının, Azərbaycanın bir çox bölgələrini ayaqqabı ilə təmin edirdi. Fabrik dayandırıldı, Türkiyəyə, xarici mallara üz tutduq. Son ünvanım isə bu bazar oldu - həm ayaqqabı, həm də 1001 xırdavat satıb dolanıram".

Sabunçuda «Rus bazarı»

21

Sabunçuda «Rus bazarı»

22 Sabunchu, bazaar, bazar, market, november, 2014, Baku, Russian bazaar, people, second hand

Sabunçuda «Rus bazarı»

23

Sabunçuda «Rus bazarı»

24 "12 il "Tarqovı"da passajın yanında köhnə fotoaparat, saat, qədim dəmir qəpiklər satmışam. Oranı dağıtdılar, gəldim düşdüm bura. Orada olanda bir neçə xarici dostlarım, turistlər gəlirdilər, məndən alver edirdiler, hətta dostlaşmışdım da. Amma indiyə kimi bu bazarda müştərilərin arasında gözüm onları axtarır".

Sabunçuda «Rus bazarı»

25 "Alver vaxtı bu çöllükdə həmdəmim elə isti çaydır. Satış olanda hərəkətdə olursan, qızışırsan. Nə etmək olar bu yaşımda? Başqaları ilə müqayisədə yerpulu burada ucuzdur deyə, alış-verişlə çörəkpulu qazanıram. Hələki alver zəifdir, soyuq olmasın deyə, gətirdiyim "termos" çayımı içə-içə müştərimi gözləyirəm".

Sabunçuda «Rus bazarı»

26 "Uzun illərdir toyuq-cücə alverini edirəm. Bərəkət elə toyuq cücədədir - yumurtası, tükü, əti...(gülür) diri-diri də satıram..."

Sabunçuda «Rus bazarı»

27

Sabunçuda «Rus bazarı»

28

Sabunçuda «Rus bazarı»

29 Bura bazarın zibillik olan yeridir. Yerlərin qiyməti 1 manat - olsa da, amma alver yaxşı getmir. Çünki natəmizlik, pis qoxu olduğundan müştərilər çox vaxt bu tərəfə gəlmirlər.

Sabunçuda «Rus bazarı»

30 Bazarın sonucu zibillik olduğundan bu hissəsinə çox adam gəlmir. Odur ki, ticarətçilər bazarın gur yerində yer tuturlar. Adam çox gəlmədiyindən zibilliyin yanında yerpulu 1 manatdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Dərnəgül bazarı" köçürülür?

    "Dərnəgül bazarı" köçürülür? ...

    29-10-2014, 11:44

  • 
  • Qazağın Mərkəzi Bazarı bərbad haldadır

    Qazağın Mərkəzi Bazarı bərbad haldadır ...

    20-11-2015, 18:38

  • 
  • “Sədərək”də 400 dükan bağlandı, sahibkarlar bazarı tərk edir

    “Sədərək”də 400 dükan bağlandı, sahibkarlar ...

    17-08-2015, 22:13

  • 
  • Kərəm Həsənov amansız savaşı uduzdu

    Kərəm Həsənov amansız savaşı uduzdu ...

    4-02-2013, 10:03

  • 
  • 20 qəpiyə köynək, 50 qəpiyə şalvar

    20 qəpiyə köynək, 50 qəpiyə şalvar ...

    24-07-2014, 14:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu