GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ramiz Yediyarov asfaltı qarın üstündən vurdurur

Ramiz Yediyarov asfaltı qarın üstündən vurdurur

Tarix: 20-11-2014, 00:28 Bölmə :Ölkə Baxış: 0
Ramiz Yediyarov asfaltı qarın üstündən vurdurur

Gədəbəydə icra başçısının “düzəltdiyi” yol da “əriyib”


gundemxeber.az - Bu gün Azərbaycanın bütün rayonlarında abadlıq və quruculuq işlərinin aparılması ilə bağlı rəsmi dövlət nümayəndələrinin ardıcılıqla açıqlama verdikləri bir vaxtda, bəzi rayonlarda həmin inkişafın əksinə iş aparılması davam etməkdədir. Buna misal olaraq Gədəbəy rayonunda aparılan işləri göstərmək olar. Belə ki, rayonda icra başçısı Ramiz Yediyarov tərəfindən iş adamlarına qarşı dağıdıcılıq işləri hələ də dayanmaq bilmir. Bu yaxınlarda vaxtı ilə Rusiya Federasiyasına gedib və orada işləyərək əlinə pul toplamış Gədəbəy rayon sakini Oqtay Əliyev rayonda istirahət mərkəzi yaratmışdır. Bu cür iş adamlarının ölkəmizə nə dərəcədə xeyir verdiklərini bəzi rayon icra başçıları görmək belə istəmirlər. Adı tez-tez mətbuatda mənfi qəhrəman kimi hallanan Ramiz Yediyarov da belələrindəndir. Öz maraqları naminə dövlət tərəfindən ayrılan maliyyə vəsaitini mənimsəyən icra başçısı, rayon sakinlərini öz güclərinə yaşadığı ərazilərdə apardığı abadlaşdırma işlərini görmək belə istəmir. Bu günlərdə yuxarıda sadaladığımız fikirlərlə bağlı jurnalist araşdırması apararkən ortalığa əlavə faktlar da çıxdı.Həmin faktlarda cinayət əməllərinin olması göz qabağındadır. İndi oxuculara əldə etdiyimiz rəsmi sənədlərdən üzə çıxan qanundankənar və aldadıcı məqamları təqdim edirik. Belə ki, Gədəbəy şəhəri M.Şəhriyar küçəsi ev 13 ünvanında yaşayan Əliyeva Aybəniz Ramazan qızının Gədəbəy RİH-nın başçısı Ramiz Yediyarova ünvanladığı ərizədə ona məxsus olan 0,26 hektar təyinatlı torpaq sahəsinin olduğu, orda inşa edilmiş avtomobillərin yuyulmasl üçün nəzərdə tutulmuş tikintinin qeyri-qanuni uçurulması əvəzində isə heç bir kompensasiya verilməməsi, əlavə torpaq sahəsinin ayrılmaması barədə ünvanladığı şikayətə görün RİH-nin memarlıq və tikinti şöbəsinin müdiri Elxan Vəliyev necə cavab verib. “Sizin şikayət ərizənizə cavab olaraq bildiririk ki, həqiqətən Gədəbəy rayon İcra Hakimiyyətinin başçısının 1998-ci il 16 iyun tarixli 143 saylı sərəncamı ilə əriniz Vaqif Səfərova bazar tikmək məqsədi ilə 2564 kv.m torpaq sahəsi ayrılmışdır. Sərəncam verilərkən həmin ərazinin 35 kilovoltluq elektrik xəttinin bilavasitə altında olduğu, bazarda alqı-satqı zamanı vətəndaşların təhlükəsizliyinin təmin olunması, şəhərin mərkəzində avtomobillərin intensiv hərəkətinə maneçilik yaratdığı nəzərə alınmamışdır. Ona görə də Gədəbəy rayon İcra Hakimiyyəti başçısının 29 aprel 2002-ci il tarixli 94 saylı sərəncamı ilə torpaq ayrılması barəsində əvvəlki sərəncam ləğv edilmişdır”. Rayonun baş memarının şikayətçiyə ünvanladığı cavab məktubunu araşdırdıq. Və belə qənaətə gəldik ki, əgər həqiqətən rayonun baş memarı Elxan Vəliyev dediyi kimidirsə, bəs onda necə oldu ki, Ramiz Yediyarov və Elxan Vəliyev həmin 35 kilovoltluq və üstəlik təzə çəkilmiş 110 kilovoltluq elektrik naqillərinin altında ticarət mərkəzi inşa etdirmişdir. Cavab məktubunda göstərilir ki, vətəndaşların təhlükəsizliyinin təmin olunması guya ki, həmin torpaq sahəsi ayrılanda nəzərə alınmayıb. Bəs siz nəzərə aldınızmı? Axı indi daha çox həmin ərazidən yüksək gərginlikli elektrik naqilləri keçir. Sizin sözünüzdən elə çıxır ki, indi həmin ticarət mərkəzinə köçürdüyünüz insanların təhlükəsizliyi sizin üçün o qədər də vacıb deyil. Niyə də vacib olsun. Onsuz da siz Ramiz Yediyarov başda olmaqla kifayət qədər qeyri-qanunu işlərlə öz maddi durumunuzu çox gözəl düzəltmisiniz. Əgər belə olmasaydı R.Yediyarov icra başçısı təyin ediləndən bəri beş-altı bahalı maşın alıb dəyişməzdi.Növbəti şikayət ərizəsinə cavab olaraq, siz şikayətçiyə bildirmisiniz ki, Gədəbəy Sukanal İdarəsinin balansında olan su hövzəsinin üzərində Gədəbəy RİH-nin başçısının şəhər İƏD üzrə nümayəndəsi Şahbaz Bayramova məxsus nə ev tikilib, nə də həyətyanı torpaq sahəsi yoxdur. ”Hörmətli” Elxan Vəliyev ola bilsin ki, həqiqətən də Şahbaz Bayramovun adına həmin ərazidə heç nə yoxdur. Siz axı rayonun baş memarısınız. Deyə bilərsinizmi bəs həmin ərazidə tikilən və yüksək hasarla bağlanmış ev kimə məxsusdur?! Hər kimə məxsus olursa olsun bəs nə yaxşı bir memar kimi həmin qeyri-qanunu evin tikilisinə göz yumursunuz. Axı siz hətta 6 ədəd dam örtüyünü dəyişmək istəyən vətəndaşa “başçı icazə vermir”, deyirsiniz. Bəs nə yaxşı bu böyüklukdə içməli su hövzəsinin üstündə, həmin evin tikilməsinə icazə vermisiniz. Deməli sizin göndərdiyiniz cavab məktubları da necə işləməyinizin bariz nümünəsidir. Siz özününzü elə göstərirsiniz ki, guya ki, Ramiz Yediyarov icra başçısı təyin ediləndən abadlıq, quruculuq işləri sürətlə gedir. Ancaq həqiqətdə bunların hamısı yalandır.Əgər yalan olmasaydı Gədəbəy şəhəri Mirzə Sadıqov küçəsində (Pir məhəlləsi) yaşayan insanlar dəfələrlə onların yolu olmadığı haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət etməzdilər. Siz də baxılması üçün Prezident Administrasiyasından sizə göndərilən məktuba laqeydcəsinə cavab verməzdiniz. Siz həmin cavab məktubunda göstərirsiniz ki, guya ki, Mirzə Sadıqov kücəsinə 2013-cü ilin noyabr ayında 80 ton (iki maşın) asfalt tökmüsünüz. “Hörmətli” Elxan Vəliyev birincisi 2013-ci ilin noyabr ayında Gədəbəyə güclü qar yağmışdı. Asfaltı qarın üstündənmi tökmüşdünüz? İkincisi əgər həqiqətən asfalt tökmüşdünüzsə gəlib o asfaltdan bircə parça göstərə bilərsinizmi? Deməli sizin danışdıqlarınızın hamısının cəfəngiyyat olduğu burdan üzə çıxır.Yadınızdan çıxarmayın ki, sizin bu yazıq rayonu talan etməyinizin ömrü Ramiz Yediyarovun işdən azad ediləcəyi günə qədərdir. Həmin gün də çox uzaqda deyil. Yəqin ki, aidiyyatı qurumlar gədəbəylilərin səsinə səs verəcəkdir. Və sizlər Ramiz Yediyarov başda olmaqla tezliklə müttəhimlər kürsüsündə əyləşəcəksiniz. Onda bilirik ki, bir ağızdan hər biriniz deyəcəksiniz ki, biz nə edəydik, Ramiz Yediyarovun buyurduqlarını yerinə yetirmişik. Gədəbəylilərin üzünə siz bir gədəbəyli olaraq necə dik baxacaqsınız, bircə onu bilmirik.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTININ BAŞÇISI RAMIZ YEDIYAROVDAN SAHIBKARA QARŞI NÖVBƏTI ÖZBAŞINALIQ - FOTO

    GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTININ BAŞÇISI RAMIZ ...

    15-03-2016, 01:49

  • 
  • Gədəbəyin sabiq icra başçısı Ramiz Yediyarov ''yaxalandı''-VIDEO

    Gədəbəyin sabiq icra başçısı Ramiz Yediyarov ...

    20-05-2019, 18:00

  • 
  • Gədəbəydə böyük korrupsiya araşdırması başladı – CİNAYƏT DOSYESİ TOPLANIR!

    Gədəbəydə böyük korrupsiya araşdırması başladı – ...

    20-09-2018, 12:35

  • 
  • Gədəbəyin keçmiş başçısının ölkədən çıxışına qadağa qoyulub?

    Gədəbəyin keçmiş başçısının ölkədən çıxışına ...

    13-09-2018, 12:33

  • 
  • Ramiz Yediyarovun heykəl dəyişmə “maxinasiyası”

    Ramiz Yediyarovun heykəl dəyişmə “maxinasiyası” ...

    2-12-2014, 23:49


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu