Avropa İnsan Hüquqları məhkəməsi dekabrın 6-da Azadlıq" qəzetinin siyasi şərhçisi Seymur Həzi ilə bağlı qərarını elan edib.
Bu qərar jurnalistin 29 avqust 2014-də həbs edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verdiyi şikayət üzrə idi.
Məhkəmə ərizəçinin Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq) maddəsinin pozuntusunu tanıyıb.
Qərara əsasən Azərbaycan hökuməti S.Həziyə mənəvi zərərə görə 13 min avro, digər xərclərə görə isə 1500 avro ödəməlidir.
Jurnalistin Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci (Hüquqlarla bağlı məhduduiyyətlərdən istifadənin hədləri)maddəsinin pozuntusunun tanınmasına gəldikdə isə məhkəmə araşdırmağa əsas görməyib.
Seymur Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb. Jurnalist bu ittihamı rədd edərək “Azadlıq” qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və “Azərbaycan saatı” proqramında aparıcı olduğuna görə həbs olunduğunu bildirib.
“Amnesty International” təşkilatı Seymur Həzini vicdan məhbusu kimi tanıyıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?