Oktyabrın 28-də Bakı Apellyasiya Məhkəməsi AXCP üzvü, jurnalist Seymur Həzinin şikayətini təmin etməyib.
Seymur Həzinin həyat yoldaşı Nigar Həzinin Amerikanın Səsinə verdiyi məlumata görə, apellyasiya məhkəməsi Xətai Rayon Məhkəməsinin Seymur Həziyə inzibati həbs cəzasının verilməsi barədə qərarını qüvvədə saxlayıb.
Milli Şura oktyabrın 19-u Bakıda keçirdiyi sanksiyasız aksiyadan iki gün qabaq Bakıda tutulan Seymur Həzi 15 sutka inzibati həbs cəzası alıb. Xətai Rayon Məhkəməsi onu xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilib.
Seymur Həzi küçədə mobil telefonla yüksək səslə danışa-danışa ünvansız söyüş söyürmüş. Seymur Həzi və müdafiəçiləri bu ittihamın tamamilə qondarma olduğunu, həbsin siyasi xarakter daşıdığını bildirirlər.
"Azadlıq" qəzetinin şöbə müdiri, "Azərbaycan saatı" televiziya proqramının aparıcısı və redaktoru olmuş Seymur Həzi 2014-cü il avqustun 29-da həbs edilib. Avtobus dayanacağında Məhərrəm Həsənov adlı şəxsi su şüşəsi ilə vurmaqda suçlandırlan jurnalist Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşya vasitəsilə xuliqanlıq) maddəsiylə 5 il azadlıqdan məhrum edilib.2019-cu il avqustun 29-da cəza müddəti bitdikdən sonra azadlığa çıxıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?