Ürəyi zəif olanların videoya baxmamasını xahiş edirik.
Moskvada müşahidə kameraları paytaxtın şimal-şərqində, “Losinoostrovski” polis şöbəsinin 200 metrliyində 42 yaşlı kişinin vəhşicəsinə döyüdüyünü qeydə alıblar.
gundemxeber.az Lifenews-a istinadən xəbər verir ki, amansız cinayətə görə nasistlərin metroda qeyri-slavyan görünüşlü sərnişinlərə hücum etdikləri “Ağ vaqon” millətçi aksiyalarının təşkilini etiraf etmiş yeniyetmələr saxlanılıb.
Millətçilər moskvalı Yuri Doljenkoya oktyabrın 24-də, axşam saat 7 radələrində hücum çəkiblər. Səkkiz nəfər yeniyetmədən ibarət qrup “Rusiya ruslar üçün” qışqıraraq, evdən çıxıb çörək almaq üçün mağazaya gedən 42 yaşlı kişini yerə yıxıblar və amansızcasına döyməyə başlayıblar.
Yeniyetmələrdən biri ona beysbol dəyənəyi ilə ağır zərbələr endirib, digəri isə üzərində sıçramağa başlayıb.
Maraqlı məqam isə odur ki, bu yeniyetmələrin arasında üç qız da olub – onlar bütün prosesi kameraya çəkirmişlər. Juri Doljenko hərəkətsiz qalanda, qrup hadisə yerini tərk edir.
Ölməkdə olan moskvalını qonşular yerdən qaldırıblar. Köməyə onun arvadı da gəlib. Kişini ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər, lakin həkimlər onun həyatını xilas edə biliblər.
Oğlanları qızışdıran və baş verənləri videoya çəkən üç qız cinayət işi üzrə şahid qismində cəlb olunub. Onların cəmi 14-16 yaşları var.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?