"Bir balca yağıntı düşən kimi Bakının Keşlə qəsəbəsində bu vəziyyət yaranıb. Qəsəbənin Babək prospektinə yaxın, "Avromed"in mərkəzi ofisinə ətrafında olan 100 dən çox evdə və həyətdə şəkildə gördüyünüz hal yaşanır. Bu üçüncü belə haldır, sakinlərə külli miqdarda ziyan dəyir. Bir nəfər dövlət rəsmisi də, bu məsələ ilə maraqlanmır. Sağ olsunlar həmkarlarımızın köməyilə bu məsələ kifayət qədər ictimailəşsə də, yağış kəsən kimi hər şey yaddan çıxır." Azərsu " adlı qurum bir qəsəbənin kanalizasiya problemini həll edə bilmirsə, onda niyə və nə üçün fəaliyyət göstərir?"
Avropa.info xəbər verir ki, bunu jurnalist Məhəmmədəli Qəribli facebook sosial şəbəkəsindəki statusunda yazıb. Jurnalist "Azərsu" ASC -ni ittiham edib.
"Bakı Su Kanal İdarəsinin rəsi var, Əlazadə müəllim. Bu iş birbaşa onun səlahiyyətinə aiddir, ancaq bir dəfə də olsun bu adam qəza yerinə gəlməyib. Deyilən ərazi şəhərin çoğrafi cəhətdən mərkəzi hissəsində yerləşir. Ona görə də, torpağın və evlərin qiyməti bahadır. Buralarda sürətli tikinti gedir. Ev tikmək üçün verilən qeyri-rəsmi icazənin qiyməti 3-5 min arasında dəyişir. Daşı-daş üstünə qoyan kimi, hətta sakinlər özləri üçün bir tualet tikmək istəyəndə belə Nizami rayon icra hakimiyyətinin işçiləri peyda olub xərrac tələb edir.
Bəs, Tahir Budaqovun işçiləri indi harda qalıb, gözə dəymirlər? Hanı Qorxmaz Hüseynovun tabeliyində olan və bu qəzaya görə birbaşa məsuliyyət daşıyan əməkdaşlar? Vətəndaşların probleminə bu qədər biganə yanaşmaq olmaz axı. Unutmayın ki, sizin nümayiş etdirdiyiniz laqeyidlik dövlət-vətəndaş münasibətlərinə də mənfi təsir etmiş olur. Qeyd edim ki, "Azərsu" və Nizami rayon İcra Hakimiyyəti baş qoşsa bu problem adanlıqla öz həllini tapmış olar..."
Jurnalist həmçinin su basmış keçənin və evlərin fotosunu da yayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?