GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanda “Cihad fondu” fəaliyyət göstərir? - İddia

Azərbaycanda “Cihad fondu” fəaliyyət göstərir? - İddia

Tarix: 27-11-2014, 02:45 Bölmə :Ölkə Baxış: 0
Azərbaycanda “Cihad fondu” fəaliyyət göstərir? - İddia

Son günlər Azərbaycandan İŞİD-ə maliyyə yardımı edildiyinə dair məlumatlar yayılıb. “Umma.ua” saytının iddiasına görə, indiyə qədər ölkəmizdən radikal qruplaşmaya 5 milyon dollara qədər pul göndərilib. Bu pullar əsasən böyük ticarət mərkəzləri, supermarketlər və digər obyektlər tərəfindən göndərilib.

Savash.org xəbər verir ki, publika.az ölkədə İŞİD tərəfdarlarının maliyyə toplaması haqda yeni informasiyalar əldə edib.

Özəl mənbədən daxil olan məlumata görə, şimal zonasında radikal xəvaricilər öz aralarında qeyri-rəsmi fond yaradıblar.

“Hər ay bu fonda pul daxil olur. Bu kəslər müxtəlif yerlərdə işləyirlər. Amma dövlət işləri onlara görə haramdır. Yəni tağut – mövcud idarəçilik sisteminə boyun əymək kimi qəbul edilir. Onlar daha çox kiçik ticarətlə məşğul olur və normal pul qazana bilirlər. Məlumatlar var ki, onlar qazandığının müəyyən hissəsini yaratdıqları fondda toplayır. Lakin bu pulların hara xərcləndiyi dəqiq deyil. Maraqlıdır ki, onların indiyə qədər hansısa yetimə, yaxud pula ehtiyacı olana yardım etdikləri görünməyib. Buna görə də pulların toplanması və hara xərclənməsi diqqət çəkir”, - deyə mənbə qeyd edib.

Xudat sələfilərinin lideri Nadir Xosrovoğlu məsələ ilə bağlı açıqlamasında xəvariclərin İŞİD-ə yüksək miqdarda pul göndərdiyinə inanmır. Onun sözlərinə görə, xəvaricilər sələfilərin içindən çıxdıqları üçün onlara yaxşı bəllidir: “Adətən, ticarətlə məşğul olurlar. Ola bilsin ki, aralarında pul toplayırlar. Amma biz bu pullardan ehtiyacı olanlara yardım edildiyinin şahidi olmamışıq. Misal üçün, biz öz aramızda pul yığırıq və bu puldan ehtiyacı olan insanlara, dul qadınlara, yaşlı insanlara köməklik göstəririk. Amma topladığımız pul 150-200 manatdan artıq olmur, bəzən borca da giririk. Xəvaricilər isə belə şeylərdə xəsisdirlər. Onların pul topladıqları haqda məlumatlar var idi. Lakin bu pulları cihada getmək istəyənlərə verdikləri daha inandırıcıdır, nəinki, İŞİD-ə göndərdikləri. Çünki İŞİD-ə pul göndərmək üçün gərək kanallar olsun”.

Qeyd edək ki, paytaxt polisinin İŞİD-ə maliyyə yardımı etdiyi ehtimal olunan bir neçə böyük obyekti izlədiyinə dair xəbər vermişdi.

Bu tipli məlumatlar inandırıcı görünməyə bilər. Lakin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlının bir müddət öncə “Gənclərimizi Suriyaya, İŞİD-ə və başqa yerlərə göndərənlərin maliyyə mənbəyi dərhal məhv ediləcək” açıqlaması bu fakta diqqət çəkir. Komitə sədri belə mənbələrdən xəbərsiz şəkildə bu formada açıqlama verməz.

“Mən ərazilərə gedəndə onların o obyektləri ilə də maraqlanmışam. Bəli, məlumat var ki, onlar əldə etdikləri vəsaitdən radikal mərkəz yaradaraq yeni üzvlər cəlb edirlər və sair. Bununla da təbii ki aidiyyəti qurumlar artıq məşğul olur. Çünki radikal, ekstremizmə meylin qarşısını almaq üçün onların iqtisadi bazasını sarsıtmaq lazımdır. Biz imkan verməyəcəyik ki, kimlərsə Azərbaycanda müxtəlif vasitələrlə maliyyə vəsaiti toplayıb bunu hansısa terrorçu qrupa və terrorçu niyyətlərə yönəltsinlər. Əgər kimlərsə burada vəsait əldə edib bundan Suriyaya, İŞİD-ə və başqa yerlərə gənclərimizi göndərmək üçün istifadə edəcəksə, bunun qarşısı alınacaq və dərhal bu vəsaitin mənbəyi məhv ediləcək” , - deyə komitə sədri qeyd edib.

Digər tərəfdən, dinşünas ekspert Aydın Əlizadə də radikal xəvariclərin pul topladığına dair açıqlamalar vermişdi. O, toplanan ümumi illik maliyyənin təxminən 5 milyon dollar həcmində olduğunu, bu məbləğə həm xaricdən göndərilən yardımlar, həm biznes strukturlarına yatırılmış maliyyə və bu şəxslərin özlərinin idarə etdiyi biznes əməliyyatlarından gələn gəlir, həm də zəkat formasında vəhhabi üzvlərdən yığılan vəsaitlər daxil olduğunu bildirmişdi. Onun sözlərinə görə, bu pulların hamısı təbliğata, nəşr vəsaitlərinə, “dəvətçi”lərin əmək haqlarına, bir sıra hallarda məsul şəxslərin ələ alınmasına və s. sərf olunur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • DİN-dən Bakıda İŞİD-in təlim mərkəzi xəbərinə reaksiya...

    DİN-dən Bakıda İŞİD-in təlim mərkəzi xəbərinə ...

    12-11-2014, 13:43

  • 
  • Üç çeçen qız İŞİD-i doladı – VİDEO

    Üç çeçen qız İŞİD-i doladı – VİDEO ...

    31-07-2015, 10:31

  • 
  • Kəlbəcər girovlarının əsirlikdəki fotoları

    Kəlbəcər girovlarının əsirlikdəki fotoları ...

    18-09-2014, 15:51

  • 
  • Azərbaycan İŞİD-çıları haqda şok məlumatlar

    Azərbaycan İŞİD-çıları haqda şok məlumatlar ...

    4-11-2014, 11:34

  • 
  • “İŞİD”in Azərbaycandakı tərəfdarlarının ilk videosu yayılıb

    “İŞİD”in Azərbaycandakı tərəfdarlarının ilk ...

    3-07-2019, 15:18


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu