GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Abdulla Çatlı, Polad Ələmdar və ya Türkiyədə “dərin dövlət” necə “açığa çıxır” – ŞOK FAKTLAR

Abdulla Çatlı, Polad Ələmdar və ya Türkiyədə “dərin dövlət” necə “açığa çıxır” – ŞOK FAKTLAR

Tarix: 4-12-2014, 10:48 Bölmə :Ölkə Baxış: 0
Abdulla Çatlı, Polad Ələmdar və ya Türkiyədə “dərin dövlət” necə “açığa çıxır” – ŞOK FAKTLAR

Türkiyədə “dərin dövlət”in qurulmasında adı ən başda çəkilən Abdullah Çatlının ölümü hələ də sirr olaraq qalır.



1996-cı il noyabrın 3-də Balıkəsirin Susurluq mahalında baş verən avtomobil qəzasına qədər, Çatlının kim olduğu da dəqiqliyi ilə bilinmirdi. Həmin vaxtı baş vermiş müəmmalı avtomobil qəzasında Abdullah Çatlı dünyasını dəyişdi.



Bu qəzadan sonra Abdullah Çatlının adı keçmişdə iştirak etdiyi iddia edilən bir çox cinayət işlərində hallandırılmağa başladı. İnsanların bir qisimi Abdullah Çatlını “Qladio” (İkinci Dünya müharibəsi sonrası İtaliyada NATO tərəfindən partizanlara qarşı keçirilən əməliyyatın kod adıdır) adlı gizli təşkilatın adamı, digər bir qisim isə Türkiyəyə xidmət etmiş gerçək bir vətənsevər hesab edirdi.



Kim idi Abdullah Çatlı? O, 1956-cı il iyunun 1-də Türkiyənin Anadolu bölgəsində yerləşən Nevşəhərdə dünyaya gəlib. Ailədə 5 uşaqdan ən böyük övlad olan Çatlı gənc yaşlarında ikən siyasi toplantılara və qlobal biznesə böyük həvəs göstərib. Abdullah Çatlının timsalında sadə kəndlilərin etibar etdiyi və problemləri çıxdıqda üz tutduqları sözükeçən insan anlayışı dəyişərək silah və narkotik alveri vasitəsilə özünə milyonlar qazanmış soyuqqanlı cinayətkar təsviri ilə əvəzlənmişdi. Çünki Abdullah Çatlı yaşa dolduqca, tamam ayrı istiqamətə meyillənmişdi. Hələ uşaq ikən onun haqqında bir neçə dəfə cinayət işi açılmışdı, orta məktəbdə oxuduğu zaman müəllimini qətlə yetirməkdə suçlanırdı. Dəfələrlə məhkəmə önünə çıxarılsa da, ancaq onun haqqında həbs qərarı kəsilmirdi. Kəsiləndə belə, həbsdə çox qalmırdı.



Abdullah Çatlı həbsxana həyatını daha çox xaricdə keçirmişdi. O, 1982-ci ildə İsveçrədə, 1984-cü ildə isə Fransada həbs olunub və barəsində 7 illik həbs qərarı çıxarılıb.



O, 1985-ci ildə Roma Papası II İoann Pavelə qarşı törədilmiş sui-qəsd cəhdi ilə bağlı açılan cinayət işi üzrə məhkəmə prosesində də şahid kimi dindirilib. Bu zaman Abdullah Çatlı sözügedən cinayətdə əlinin olmadığını və cinayəti törədən Mehmet Ali Ağcanın türk deyil, bolqar olduğunu bəyan edib. Doğrudan da, Abdullah Çatlının bu ifadələri sonradan məhkəmənin doğru qərar verməsində həlledici rol oynayıb. Çünki həmin dövrdə Mehmet Ali Ağcanın Türkiyə vətəndaşı olması və bu sui-qəsd planını da Türkiyə xüsusi xidmət orqanları tərəfindən hazırlanması barədə fikirlər formalaşmışdı. Ancaq Abdullah Çatlı məhkəmədə verdiyi bu ifadələri ilə Türkiyəni Qərbin böyük təzyiqlərindən xilas edib.



Abdullah Çatlının Türkiyə dövləti üçün xidmətləri bununla bitmir. Onun dəfələrlə ASALA-ya qarşı anti-terror əməliyyatlarında iştirak etməsi barədə məlumatlar var. Hətta Abdullah Çatlının bir neçə dəfə ASALA tərəfindən xaricdə türk diplomatlarına qarşı planlaşdırdığı sui-qəsd planlarını ifşa etdiyi də deyilir. Sonralar Abdullah Çatlının ayrı-ayrı böyük cinayətlərdə adı hallandırılsa da, həbsdə çox müddət qalmadığına görə onun Türkiyə “dərin dövlət”inin adamı olması barədə xəbərlər yayılmağa başlanmışdı. Aşkarda isə o, narkobaron kimi tanınırdı. Bəlkə də bunu iz azdırmaq üçün məqsədli şəkildə edirdi. Ölümünə qədər çoxları onun haqqında geniş məlumata malik deyildi. Hətta Abdullah Çatlının əsl adının kimliyi də insanlara qaranlıq qalırdı.



1996-cı ildə keçirdiyi avtomobil qəzası da Türkiyə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Çoxları bunu sui-qəsd adlandırırdı. O zaman Türkiyənin əksər mediası bu cür yazırdı: “Susurluq qəzasında Türkiyə “dərin dövlət”i açığa çıxdı”. Media ona görə belə yazırdı ki, həmin qəza zamanı Abdullah Çatlının avtomobilində özündən savayı, Türkiyənin tanınmış siyasət və dövlət adamları da var idi...



Qəza zamanı avtomobildə olan İstanbul şəhər Təhlükəsizlik İdarəsi rəisinin müavini Hüseyn Kocadağ və Şanlıurfadan seçilmiş millət vəkili Sedat Edip Bucak da həyatlarını itirmişdilər. Bəlkə də buna görə çoxları elə düşünürdü ki, Türkiyədə mafiya başçısı ilə dövlət və siyasət adamları arasında iş birliyi var.



Digər bir iddialara görə isə Abdullah Çatlı Türkiyə Xüsusi Təyinatlı Qüvvələrin keçmiş komandanı, Abdullah Öcalanı tutub Türkiyəyə gətirən general Engin Alan, Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan (o, vaxtilə Bakıda TİKA-nın nümayəndəsi kimi də çalışıb - red) və digər kəşfiyyatçılarla vaxtilə eyni qrupda çalışıb.



Abdullah Çatlının ölümünü bu gün də Türkiyə ictimaiyyətinin müzakirə mövzusu olaraq qalır. Onun həyatından bəhs edən neçə-neçə filmlər çəkilir, kitablar yazılır və sairə.



Misal üçün tanınmış yazar Hakan Türk “Abdullah Çatlı kimdir?” adlı kitab yazıb. Kitabda 3 noyabr 1996-cı il tarixində baş verən və bu zaman Abdullah Çatlının ölümü ilə tarixə düşən “Susurluq qəzası”ndan bəhs olunur. Bundan əlavə, kitabda həmin qəza zamanı ölən 3 nəfərlə bağlı şübhəli məqamların olması, pərdə arxası məqamlar və sairə məsələlərdən də söhbət açılır.



Abdullah Çatlı haqqında çəkilən filmlərin isə ən məşhuru “Kurtlar Vadisi” serialıdır. Bu filmdə Abdullah Çatlı rolunu tanınmış türk aktyoru Necati Şaşmaz “Polat Alemdar” olaraq canlandırır...



Vasif Həsənli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ASALA üzvlərini məhv edən Çatlı necə öldürüldü... - Faktlar

    ASALA üzvlərini məhv edən Çatlı necə öldürüldü... ...

    4-11-2019, 16:36

  • 
  • Abdullah Gül seçkidə iştirak etməyəcək

    Abdullah Gül seçkidə iştirak etməyəcək ...

    28-04-2018, 19:44

  • 
  • Fənərbaxçada şok istefa

    Fənərbaxçada şok istefa ...

    17-05-2013, 14:04

  • 
  • “Fəthullah Gülənin Abdullah Öcalandan fərqi yoxdur”

    “Fəthullah Gülənin Abdullah Öcalandan fərqi ...

    7-05-2014, 10:15

  • 
  • “AMAY”a dövlət tərəfindən dəstək verilməsi nəzərdə tutulur

    “AMAY”a dövlət tərəfindən dəstək verilməsi ...

    14-12-2013, 23:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (372)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu