“Paytaxtın iri ticarət mərkəzlərindən olan AMAY-ın inkişafı üçün dövlət dəstək verəcək”.
Bu barədə AMAY-a yaxın dairələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, uzun illərdən bəri tikilən ticarət mərkəzinin xərci həddindən artıq çox olduğuna və nəzərdə tutulandan az xeyir gətirdiyinə görə, obyektin sahibi iş adamı Abdulla Abdullayev ziyana düşüb.
Buna görə də “AMAY”a dövlət tərəfindən dəstək verilməsi nəzərdə tutulur. Mənbə bildirir ki, Yeni ilin ilk günlərində biz bunun şahidi olacağıq:
“Bir sıra bankların, dövlət qurumlarının və xidmətlətinin ticarət mərkəzinə köçürülməsi hesabına “AMAY”a dəyən ziyanın bərpası və mərkəzin inkişafı planlaşdırılır”.
Məlumatda o da bildirilir ki, AMAY-ın böyük bir mərkəz olacağını əvvəlcədən duyan bır sıra türk iş adamları burdan yer icarəyə götürmək üçün indidən müraciət etməyə başlayıblar. Abdulla Abdullayevin bu əlaqələrinin qurulmasını isə köməkçisi Timur Səlcuq koordinasiya edir:
“Çünki onun Türkiyə ilə ciddi iş münasibətləri var və bu əlaqələr Abdulla Abdullayevin sahibi olduğu ticarət mərkəzinə türkiyəli iş adamlarını cəlb etmək üçün əvəzsiz rol oynayır”, - mənbə bildirib.
Xatırladaq ki, Timur Səlcuq Türk Dünyasında məşhur isimlərdən olan “dərin dövlət” mənsublarından Abdullah Çatlının yaxın silahdaşlarındandır və ülküçüdür.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?