GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » ABŞ-Azərbaycan savaşı – kritik dönəm başladı

ABŞ-Azərbaycan savaşı – kritik dönəm başladı

Tarix: 4-12-2014, 11:08 Bölmə :Ölkə Baxış: 0
ABŞ-Azərbaycan savaşı – kritik dönəm başladı

Vaşinqtonla Bakının münasibətləri pik həddə; XİN və PA-dan sonra Milli Məclisdən Amerika əleyhinə sərt bəyanat gəldi; hakimiyyəti tənqid edən Birləşmiş Ştatlar terrorizmi dəstəkləyən ölkəyə çevrilməkdə ittiham olundu; yaşanan gərginlik yeni səfir təyinatına imkan verəcəkmi?

Son vaxtlar Azərbaycan - ABŞ diplomatik əlaqələrinin mövcud olduğu 22 il ərzindəki ikitərəfli münasibətlərdə ən gərgin mərhələ yaşanmaqdadır. Vaşinqtondan rəsmi Bakıya ünvanlanmış sərt tənqidlərə Azərbaycan hakimiyyətinin dərhal və daha sərt dildə cavab verməsi iki dövlət arasında “soyuq müharibə”nin hökm sürdüyü qənaətini yaradır.
ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin dekabrın 1-də keçirdiyi ənənəvi brifinqində “Biz Azərbaycan hökumətinin insan haqlarına dair beynəlxalq öhdəlik və vəzifələrinə əməl etməməsindən getdikcə daha dərin narahatlıq duyuruq. Biz Azərbaycanı öz vətəndaşlarının universal insan haqlarına hörmət etməyə və onlara öz baxışlarını ifadə etmək imkanı yaratmağa çağırırıq” bəyanatını səsləndirməsi rəsmi Bakını anti-Amerika bəyanatlarında tonu artırmağa sövq edib. Görünən budur ki, adətən daha ehtiyatlı və təmkinli qaydada ABŞ diplomatlarının fikirlərini təkzib etməyə çalışan Azərbaycan rəsmiləri artıq “hücum diplomatiyası”na start verib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyevin xanım Psakinin bəyanatına cavabında ABŞ-ı Azərbaycanın daxili işlərinə qarışmaqda ittiham etməsi də bunun əyani sübutudur. XİN sözçüsünün dediyinə görə, ABŞ Dövlət Departamentinin nümayəndəsinin Azərbaycanda insan hüquqlarının vəziyyəti barəsində səsləndirdiyi fikirlər obyektiv reallığı əks etdirmir və insan hüquqlarını məqsədyönlü şəkildə siyasiləşdirmək, təzyiq alətinə çevirmək cəhdlərinin tərkib hissəsidir.


ABŞ-Azərbaycan savaşı – kritik dönəm başladı
Bunun ardınca Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov Birləşmiş Ştatların özündə söz azadlığı sahəsində də böyük problemlərin olduğunu bəyan etdi. A.Qasımov dedi ki, C.Psaki tez-tez dünyanın ayrı-ayrı bölgələrində baş verən proseslərlə bağlı qeyri-peşəkar, doğru olmayan faktlar, hətta coğrafi səhvlərlə müşayiət olunan çıxışlar edir. Mətbuat katibi də olduqca sərt şəkildə C.Psakiyə öz ölkəsindəki problemlərə diqqət yetirməyə çağırıb: “Guya Azərbaycanda insan haqları sahəsində beynəlxalq öhdəliklərə riayət olunmaması ilə bağlı qərəzli, riyakar, heç bir reallığa söykənməyən fikirlər söyləməkdənsə, ona məsləhət görərdim ki, öz ölkəsində insan haqlarının kobudcasına pozulması, fundamental hüquq və azadlıqlara məhəl qoyulmaması faktlarına diqqət yetirsin”.

ABŞ-Azərbaycan savaşı – kritik dönəm başladı

XİN və PA-dan gələn sərt bəyanatların ardınca Azərbaycan hakimiyyətinin mühüm fiqurlarından biri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli daha kəskin notlarla Cen Psakinin son bəyanatına cavab verib. Ə.Hüseynli APA-ya açıqlamasında deyib ki, C.Psakinin son bəyanatı heç də təəccüb doğurmur:
“Ümumiyyətlə, Dövlət Departamentinin son dövrlər Azərbaycanın işğal olunmuş ərazisində ermənilər tərəfindən həyata keçirilən provokasiyalarla bağlı tutduqları mövqe onların əsl simasını üzə çıxarır. Azərbaycanlı əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevə verilən işgəncələr, qondarma məhkəmə prosesi, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində hərbi təlimlər və provokasiyalar etməsinə münasibət bildirmək əvəzinə, Azərbaycan hökumətinə qarşı əsassız ittihamlar söyləyir. Əslində ABŞ Dövlət Departamenti Azərbaycan hökumətindən yox, biz ABŞ hökumətinin insan haqlarına dair beynəlxalq öhdəlik və vəzifələrinə əməl etməməsindən narahatıq. ABŞ öz xalqına qarşı polis zorakılığına son qoymalı, irqi və milli dözümsüzlük hallarına qarşı tədbirlər görməlidir. Beynəlxalq aləmdə isə ABŞ son dövrlər terrorizmə qarşı mübarizə aparan ölkədən terrorizmi dəstəkləyən ölkəyə çevrilməkdədir”. Komitə sədri həmçinin bildirib ki, bugünlərdə səfirliyin müraciəti əsasında MM-in Hüquq komitəsinin sədri kimi ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqanla görüş keçirib və görüşdə o cümlədən QHT-lərlə bağlı qanuna əlavə edilmiş son dəyişikliklər müzakirə edilib: “Bu dəyişikliklərin milli QHT-lərin donorlar tərəfindən maliyyələşdirilməsinin şəffaflığı baxımından əhəmiyyətli olduğu vurğulanıb. Görüş zamanı həmçinin səfirlik nümayəndələrinə Azərbaycanla bağlı məsələlərdə amerikalılara yeni, daha yaxşı eynəkdən istifadə etməyi məsləhət bildim”.

ABŞ-Azərbaycan savaşı – kritik dönəm başladı

Diqqətçəkən odur ki, Ə.Hüseynlinin sərt açıqlaması məhz Derek Hoqanla görüşdən sonraya təsadüf edir. Bu açıqlama sözügedən görüşün hansı ovqatda keçdiyi barədə qənaətə gəlmək üçün də bəs edir. Əlavə edək ki, bundan əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Derek Hoqanı qəbul etdiyi barədə rəsmi məlumat yayılsa da, detallar açıqlanmadı.
ABŞ-Azərbaycan savaşı – kritik dönəm başladı
Milli Məclisin son iclasında Avropa Parlamentinin prezidenti Martin Şultsun Azərbaycanda insan haqlarının vəziyyətini tənqid etməsinə cavab olaraq sərt bəyanatlar səsləndirilmişdi. Spiker Oqtay Əsədov artıq bu kimi tənqidlərin birmənalı olaraq cavabının verilməsinə çağırış edərək “Biz necə münasibət görürük, elə də münasibət bəsləməliyik” demişdi. Görünən budur ki, rəsmi Bakı prinsiplərinə sadiqdir və xarici təzyiqi heç cür qəbul etməmək, “atəş nöqtəsini” dərhal susdurmaqda israrlıdır.



Qeyd edək ki, Azərbaycan terrorla mübarizədə ABŞ-la 2000-ci illərin əvvəllərindən əməkdaşlıq edir. Adətən iki ölkənin münasibətlərindən danışarkən antiterror koalisiyasında birgə iştirak önə çəkilirdi. Hazırda da Azərbaycanın Əfqanıstandakı antiterror koalisiyasında bölüyü var. Ancaq artıq Azərbaycandan Amerikaya ünvanlı bəyanatlarda ABŞ-ın terrorizmə qarşı mübarizə aparan ölkədən terrorizmi dəstəkləyən ölkəyə çevrildiyi açıq şəkildə deyilirsə, deməli, iki ölkənin bu sahədə əməkdaşlığının perspektivləri də sual doğurur. Görünən odur ki, artıq ABŞ-Azərbaycan münasibətləri “soyuq müharibə” mərhələsinə adlayıb.

"Əslində iki ölkə arasında nə baş verir" sualının cavabında politoloq Zəfər Quliyev qeyd edir ki, Azərbaycanla ABŞ arasındakı bu gərginliyin əsas səbəbi heç də insan haqlarının durumu deyil: “Əsas səbəb Vaşinqton üçün Azərbaycanın geosiyasi baxımdan mövqeyinin aydın olmamasıdır. Vaşinqton çox narahatdır ki, Azərbaycan Qərbə doğru inteqrasiya xəttindən imtina edir və Moskvanın təzyiqi nəticəsində Rusiya ilə yaxınlaşır. Yəni insan haqları, korrupsiya kimi arqumentlər çox vaxt Qərbin əlində Azərbaycana qarşı təzyiq üçün sadəcə vasitə rolunu oynayır. Azərbaycan əvvəlki kimi bütün sahələrdə Qərbin istədiyi xətti tutsaydı, mən əminəm ki, bu təzyiqlər dərhal gündəmdən çıxa bilərdi”.
Deməli, bir müddət öncə Milli Məclisin komitə sədri Səməd Seyidovun ABŞ-a səfəri iki ölkə arasında “buzları” əritmək üçün yetərli olmayıb və hakimiyyət Avropanın müxtəlif qurumlarının ardınca ABŞ-dan da təpkilər görməkdədir.



Yeri gəlmişkən, dekabrın 4-də ABŞ Senatının Xarici əlaqələr üzrə komitəsi Robert Cekutanın Azərbaycanda yeni səfir postuna namizədliyini müzakirə edəcək. Münasibətlərdəki gərginlik ocağının məhz belə bir ərəfədə alovlanması da diqqətçəkəndir. Bu mənada bəzi mənbələr hesab edir ki, gərginliyin pik həddə çatması ABŞ-ın Bakıya səfir göndərməsini əngəlləməyə də xidmət edə bilər. ABŞ-ın Azərbaycandakı səfirliyi avqustun 1-dən etibarən səfirsiz qalıb. Ötən illərin təcrübəsində də səfir təyinatlarının aylardan sonra reallaşdığını görmüşük. Bu dəfə prezident Barak Obamanın namizədinin xüsusilə indiki münasibətlər sistemi fonunda asanlıqla təsdiqlənəcəyi də az inandırıcı görünür. Üstəlik, erməni lobbisi də bütün gücü ilə ABŞ-Azərbaycan münasibətlərini pozmaq istiqamətində çalışır.

Belə bir mərhələdə Azərbaycanla ABŞ arasındakı diplomatik savaşın nə ilə bitəcəyini isə zaman göstərəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Dövlət Departamenti Azərbaycanla bağlı bəyanat verdi

    Dövlət Departamenti Azərbaycanla bağlı bəyanat ...

    12-09-2013, 12:49

  • 
  • ABŞ Dövlət Departamentinin rəsmisi Bakıya niyə gəlib?

    ABŞ Dövlət Departamentinin rəsmisi Bakıya niyə ...

    10-12-2012, 14:55

  • 
  • ABŞ-lı diplomat hakimiyyəti rüsvay etdi

    ABŞ-lı diplomat hakimiyyəti rüsvay etdi ...

    11-12-2012, 17:32

  • 
  • ABŞ Dövlət Departamenti: Anar Məmmədlini dərhal azad edin!

    ABŞ Dövlət Departamenti: Anar Məmmədlini dərhal ...

    24-12-2013, 22:06

  • 
  • Pompeo: Tərəfləri dərhal atəşkəsə və konstruktiv dialoqu bərpa etməyə çağırırıq

    Pompeo: Tərəfləri dərhal atəşkəsə və konstruktiv ...

    15-07-2020, 22:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu