GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kərəm Həsənovun korrupsiya dünyası

Kərəm Həsənovun korrupsiya dünyası

Tarix: 6-12-2014, 23:29 Bölmə :Ölkə Baxış: 0
Kərəm Həsənovun korrupsiya dünyası

Komitə sədrinin gizli əməlləri haqda şok dosye

Son zamanlar Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovla bağlı redaksiyamıza olduqca ilginc bilgilər daxil olur. Məlumatlara əsasən, Kərəm Həsənov ən qısa zamanda işindən uzaqlaşdırılacaq. Xüsusilə də ölkənin regionlarında dövlət əmlakının talan edilməsi faktları da var ki, bütün bunlar da artıq yuxarıların səbr kasasını daşdırıb. Məlumatlara görə, komitə sədrinin pulyığma mexinazimləri tamamilə ifşa olunub.
Əmlak komitəsinin sədri ilə bağlı müdhiş məlumatlar
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla bağlı gundemxeber.az-a daxil olan məlumatlarda bildirilir ki, 2009-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ləğv olunaraq Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə birləşdirilikdən sonra Kərəm Həsənov xidmətin sabiq rəisi Arif Qaraşovla işləmiş 100 nəfərə yaxın təcrübəli əməkdaşı ləğv etmə komissiyası öz işini başa çatdırdıqdan sonra işə qəbul etməyib.
Kərəm Həsənov Daşınmaz Əmlakın Reyestri Xidmətinə əvvəllər komitədə işləmiş, sonralar pedoqoji fəaliyyətlə məşğul olmuş Damət Bağırovu rəis təyin edib. Heç bir səlahiyyəti olmayan bu şəxs təxminən bir il bu vəzifədə işləyib. Sonda Kərəm Həsənovla işləməyin qeyri-mümkün olduğunu başa düşüb öz xahişi ilə işdən azad olunub. Reyestr xidmətinin ürəyi sayılan Bakı şəhər Ərazi İdarəsinə (BTI) rəis vəsifəsinə komitənin bir neçə əməkdaşını göndərib onlara vəd versə də, sonda himayədarına özünün namizədliyi və cavabdehliyi ilə təyin etdirdiyi Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun Cəlilabadda taxıl satışı üzrə şəriki olmuş, ixtisasca coğrafiya müəllimi, komitənin tabeliyindəki hələ özəlləşdirilməmiş ticarət və xidmət obyektlərinin fəalliyətini tənzimləyən, bu obyektlərdən hər ay yüz min manatlarla nəğd pul alıb, dövlət büdcəsinə 5-10 min manat köçürən, onlara aldıqları pulun müqabilində qəbz verməyən idarənin rəisi Fərahim Mirzəyevi təyin edib. Ərazi İdarəsinə rəis müavini Rafiq Cəlilovun dostu və tələbə yoldaşı İsmayıl Rəhimov təyin olunub. Bakı ərazi idarəsinin baş mühəndisi vəzifəsinə əmisi oğlu Məmməd Həsənovu, bağ sahələrinin özəlləşdirilməsi şöbəsinə bacanağı Elçin Əliyevi, qeydiyyat şöbəsinin müdiri vəzifəsinə Nigar Quliyevanı, yüklülük arayışı (forma 1) verilən şöbəyə Xəyalə Mərdanovanı təyin edib.
Əmlaka "kontrol baxış”
Fərahim Mirzəyev rəhbərlik etdiyi idarədə və onun tabeliyində olan Qaradağ, Xətai, Sabunçu, Suraxanı, Əzizbəyov, Binəqədi rayon şöbələrində əməkdaşlara güclü nəzarət üsulu tətbiq edib. Dəhlizlərdə gizli kameralar quraşdırılıb. Əməkdaşlara dəhlizdə gəzmək, mobil telefonla danışmaq, arayış, sənəd təqdim etmək istəyən, almağa gələn vətəndaşlarla təmasda olmaq qadağan olunub. Arif Qaraşovun komandasından qalmış bir neçə nəfər də, bu nəzarətin qurbanı olub. Daşınmaz Əmlakın alqı-satqısı ilə məşğul olan notarius tərəfindən verilmiş etibarnamə ilə hərəkət edən şəxslər nəzarətə götürülüb. Onlardan Fərahim Mirzəyev və Nigar Quliyeva tərəfindən icazə verilən müəyyənləri çıxmaq şərti ilə əksəriyyətinin təqdim etdikləri etibarnamələr qəbul olunmayıb. Baxmayaraq ki, bu "Notariat Haqqında Qanun”un tələblərinə ziddir. Daşınmaz Əmlaka baxış keçirib, müayinə aktı tərtib edən texniki işçidən sonra həmin əmlaka təkrar olaraq Fərahim Mirzəyev və Məmməd Həsənova yaxın şəxslər tərəfindən "kontrol baxış” keçirilib. Əgər yüklülük arayışı almaq istəyən şəxs 20-30 il əvvəl öz həyat şəraitini yaxşılaşdırmaq üçün balkonu bağlayıbsa, artırıbsa, mənzilin, evin konstruksiyasında, interyerində dəyişiklik aparıbsa, yüklülük arayışı şəxsən Fərahim Mirzəyev və Xəyalə Mərdanovanın birgə razılığından sonra verilə bilərmiş.
Müdhiş saxtakarlıqlar
Bakı şəhər Ərazi İdarəsinin tabeliyində olan rayon şöbələrinin vəzifəsi sənədləri qəbul edib, ərazi idarəsinə təqdim etməkdən müayinə aktı tərtib etməkdən, daşınmaz əmlakın əslində kimə məxsus olması haqqında məlumatı Fərahim Mirzəyev vasitəsi ilə Rafiq Cəlilova, Kərəm Həsənova məruzə etməkdən ibarət olub. Vəzifəli şəxsin isə kiçik problemli daşınmaz əmlaka aid çıxarış və ya yüklülük arayışının Rafiq Cəlilovun razılaşdırma siyahısında göstərilən məbləği vətəndaşdan almaqdan ibarətdir. Burada məqsəd ərazi idarələrinin adının çox hallandırılmaması olub. Bütün iri məbləğlər isə Bakı şəhər ərazi idarəsində alınır. Fərahim Mirzəyevin Rafiq Cəlilovdan aldığı razılaşmaya əsasən, qeyd onunan məbləği vətəndaşdan alıb "katyola” vermək məsuliyyəti rayon şöbəsinin üzərində qalıb. 30-40 il əvvəl sərəncamla tikilmiş yaşayış evlərinə mülkiyyət haqda sənəd verilmədiyi halda Nəsimi rayonu 20 Yanvar küçəsi 37 nömrəli binanın arxasında 1000 mm-lik magistral su kəmərinin üzərində, mühafizə zonasında tikilmiş "Limon” restoranına və onun yerləşdiyi torpaq sahəsinə Ələkbərova Lamiyə Nazim qızının adına çıxarış verilibmiş. Fərahim Mirzəyevin işlədiyi dövrdə yüzlərlə bu cür saxtakarlıqlar edilib.
Kərəm Həsənov magistral neft kəmərinin, qaz xəttinin, su kəmərinin, yüksək gərginlikli elektrik xətlərinin, ARDNŞ-in balansında olan muhafizə zonasında inşa olunan yalnız imkanlı şəxslərə məxsus, yaşayış və qeyri-yaşayış sahələrinə, vətəndaşın 30-40 il əvvəl tikdiyi, orada yaşadığı sahəyə konstruksiyalarında və interyerində aparılmış dəyişikliyə, balkon artırmağa heç bir hüquqi sənədi olmayan tikililərə çıxarış verməklə qısa vaxtda ardıcıl olaraq bir neçə ay "katyola” daxilolmanı Arif Qaraşovun işlədiyi dövrə nisbətən 2-3 dəfə artırıb. O, bununla Arif Qaraşova çoxdan arzuladığı ikinci zərbəni vurub. Yuxarılarda belə fikir formalaşdırıb ki, Arif Qaraşov daxilolmaları gizlədib, mənimsəyib. Onların təzyiqi ilə Arif Qaraşov illərlə yığdığı sərvətdən imtina etməli olub. Onun üzərinə ağılasığmaz öhdəliklər qoyulub.
"Birka” metodu nədir?
Kərəm Həsənova Fərahim Mirzəyevi başqa mədəni bir şəxslə əvəz etməyi tapşırıblar. Fərahim Mirzəyev və Damət Bağırov, Rüstəm Şahbazovun tələbə yoldaşları və dostu Ehtiram Səmədovla və Məhəmməd İmanovla əvəz olunub. "Razılaşma karuseli” "birka” ilə əvəz edilib.
Yüklülük arayışı verən şöbənin müdiri Xəyalə Mərdanova əvvəllər Sumqayıt aliminium zavodunu idarəetməyə götürən "Detal” şirkətində kiçik bir vəzifədə işləyirmiş. Kərəm Həsənovun şəxsi təşəbbüsü ilə xidmətin ərazi idarəsinə məsul vəzifəyə təyin olunan Xəyalə Mərdanovaya əvvəlki vaxtlara nisbətən arayışın verilməsində 50-100 manat güzəşt etmə səlahiyyəti verilib.
"Birka” metoduna görə maraqlı şəxs Rafiq Cəlilovun tələb etdiyi məbləği ödədikdən sonra onun imza etdiyi xüsusi vərəq Bakı Ərazi Idarəsinə göndərilir. "Birka”nı qəbul edən qeydiyyat şobəsinin müdiri Nigar Quliyeva sənədin hazırlanması haqqında göstəriş verir. Qeydiyyat şöbəsinin müdiri Nigar Quliyeva əvvəllər Nəqliyyat Nazirliyində kiçik bir vəzifədə işləyib. Kərəm Həsənovun qardaşı Malikin namizədliyi ilə komitəyə işə qəbul olunub. Qısa vaxtda şöbə müdiri Kərəm Həsənovun "xeyirxahlığı” nəticəsində şöbə müdiri vəzifəsinə qədər yüksəlib. Zirzəmi alqı-satqısında Rüstəm Şahbazovun köməkliyi ilə səhmdar cəmiyyətlərinin səhm paketini ələ keçirmiş şəxslərə mülkiyyət hüququ verən şəhadatnamə verilməsində qibtə ediləcək dərəcədə təcrübə toplayan bir şəxsdir. Onun bildirdiyi məbləği eşidən şəxs bir qədər güzəşt olunmasını xahiş edərsə, 2-ci dəfə Nigar Quliyevanın qəbuluna düşə bilməz. Kərəm Həsənov və Rafiq Cəlilov, Ehtiram Səmədovdan çox Nigar Quliyevaya tapşırıq verir və ona inanırlar.
"Katyol”a əl uzatmaq olmaz
Reyestr xidmətinin rəisi Məhəmməd İmanova, Damət Bağırovdan fərqli olaraq müəyyən səlahiyyətlər verilib. Rayon ərazi şöbələrindən razılaşma üçün daxil olan, həlli 5 min manata qədər başa gələn sənədləri Məhəmməd İmanov razılıq verə bilir. Kərəm Həsənov əvvəllər komitədə şöbə müdirinin müavini işləmiş, komitədə yığılan pulun, işçilərə verilən "zərf maaşı”nın hesabatını aparan Nazim İsmayılovu Məhəmməd İmanova müavin - qeyri rəsmi nəzarətçi təyin edib.
Kərəm Həsənovun əmisi oğlu Məmməd Həsənov öz vəzifəsini yerinə yetirməkdən çox idarə əməkdaşlarına nəzarət vəzifəsini icra edir.
Rəis müavini İsmayıl Rəhimov Fərahim Mirzəyevə nisbətən vətəndaşla daha mədəni davranışına görə hörmət qazanıbmış. Lakin, sənədsiz tikiliyə görə aldığı məbləğlə "katyola” verilmiş məbləğ arasında 8 min manat "qeyb” olduğu üçün cəzalandırılıb. Rafiq Cəlilovun müdaxiləsindən sonra Şamaxıya ərazi idarəsinə rəis təyin olunub. Ancaq Kərəm Həsənov burada onu nəzarətsiz buraxmayıb. Qeydiyyat şöbəsinin müdiri fəxri onun işlərinə nəzarət edib.
Xaçmaz ərazi şöbəsinə Rafiq Cəlilovun qaynı Qasım Qasımov rəhbərlik edir. Ona nəzarət edən qeydiyyat şöbəsinin müdiri Qərib Həsənov Kərəm Həsənovun kadrıdır. Abşeron rayon şöbəsinin rəisi Namiq Zeynalov olsa da orada pula nəzarət edən şəxslər Rafiq Cəlilovun dostu Qabil və Rüstəm Şahbazovun bacısı oğlu Mirqəyyumdur.

Kərəm Həsənov dağılmaqda olan xanimanının müdafiəsində
Bizi məlumatlandıran mənbənin sözlərinə görə, istər rəhbəri olduğu Dövlət Əmlak Komitəsi, istərsə də bu qurumun yerlərdəki bəzi şöbələri ilə bağlı başladılan araşdırmalardan narahat olan K.Həsənov bütün qüvvə və imkanlarını səfərbərliyə alaraq prosesləri önləməyə, ən pis halda xırda yetkili əməkdaşlarını qurban verməklə vəziyyətdən çıxmağa çalışır. Mənbənin məlumatına görə, hazırda ciddi problemlə üzləşən K.Həsənov hakimiyyət komandasında ciddi mövqeyə sahib olan oliqarxlardan biri tərəfindən himayə edilir: "K.Həsənovun ənənəvi himayədarı rolunu hazırda güc orqanlarından birinə rəhbərlik edən nazir həyata keçirir. Lakin bu günə qədər K.Həsənovun bir çox məqamda dadına çatan və onu vəziyyətdən çıxartmağa nail olan nazirin indiki məqamda komitə sədrinin imdadına çatacağı ehtimal edilmir. Buna səbəb həmin oliqarxın K.Həsənov haqda mənfi qərarın ən yuxarı dairələrdən verilməsi və prosesin də bu qərara uyğun aparılması haqda məlumatlı olmasıdır.”
Mənbənin fikrincə, hazırda vəziyyət o qədər mürəkkəb və gərgindir ki, K.Həsənovla güc naziri arasındakı bağlantı tərəflərdən ikincisi üçün əsl təhlükə mənbəyinə çevrilib. Belə ki, K.Həsənovun istintaqa cəlb ediləcəyi təqdirdə onu da ələ verəcəyindən narahat olan himayədarı indiki məqamda proseslərdən mümkün qədər kənarda qalmağa çalışır: "Sözügedən şəxs hər şeydən əvvəl K.Həsənovun ona sona qədər sadiq qalacağına əmin olmadığı üçün vəziyyətə müdaxilə etməkdən çəkinir. K.Həsənovun bu günə qədər əməkdaşlıq etdiyi və ya sıcaq münasibətdə olduğu bütün insanlardan dar məqamda üz döndərdiyini yaxşı bilən nazir, komitə sədrinin onu da ələ verəcəyi düşüncəsindədir. Buna görə də hazırkı dönəmdə komitə sədri ona qarşı yönəlmiş hücumların qarşısında tənha qalıb”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Kərəm Həsənov hədəfdə

    Kərəm Həsənov hədəfdə ...

    13-12-2012, 12:37

  • 
  • Kərəm Həsənovla Elmar Vəliyevin Gəncədə ortaq biznesləri…

    Kərəm Həsənovla Elmar Vəliyevin Gəncədə ortaq ...

    26-05-2018, 13:08

  • 
  • Kərəm Həsənov qohumlarını «vurdu»

    Kərəm Həsənov qohumlarını «vurdu» ...

    20-02-2015, 12:57

  • 
  • Kərəm Həsənovun gizli kadr islahatı

    Kərəm Həsənovun gizli kadr islahatı ...

    11-04-2013, 11:08

  • 
  • Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən qudasına hansı vəzifəni verib?

    Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən ...

    30-10-2015, 15:54


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu