GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Sabiq hakim: “Marketin qarşısında qara torbada 350 min manatı verib dedim ki...”

Sabiq hakim: “Marketin qarşısında qara torbada 350 min manatı verib dedim ki...”

Tarix: 6-12-2014, 23:56 Bölmə :Ölkə Baxış: 0
Sabiq hakim: “Marketin qarşısında qara torbada 350 min manatı verib dedim ki...”

Sabiq hakim: “Marketin qarşısında qara torbada 350 min manatı verib dedim ki...”
Dünən Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiridldi.

Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbirinin verdiyi xəbərə görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə öncə zərərçəkən Əmiraslan Mustafayev ifadə verdi.

“İlham Mərdanovu çağırın, ondan soruşun”

Ə.Mustafayevin ifadəsinə görə, Xəzər Universitetində təhsil alan oğlu Qurban Mustafayevi dövlət ali məktəblərinin birinə köçürmək istəyib: “Oğlum Qurbanla Elman Məmmədovun oğlu Tural tanış idi. Tural da atasını oğlumla tanış edib. Elman Məmmədov Qurbanı dövlət ali məktəblərinin birinə köçürə biləcəyini deyib. Hətta onu sabiq təhsil naziri Misir Mərdanovun qardaşı İlham Mərdanovla da tanış edib. Rabitə Nazirliyində çalışan İlham Mərdanov köçürülməyə köməklik edəcəyini deyib.

2012-ci ilin yanvar ayında “Muğan” kafesində bundan ötrü Elmana 6 min manat vermişəm. Elman dedi ki, fevralın 25-ə kimi köçürmə məsələsi həll olunacaq. Sonradan isə telefonlarımıza cavab vermədi. Əlaqəmiz tamam kəsildi. Məcbur olub Nəsimi Rayon Polis İdarəsi 20-ci polis bölməsinə müraciət etdim. Eşitdim ki, Elmanı tapıblar, nədənsə sonradan sərbəst buraxıblar”.

Zərərçəkənin sözlərinə görə, bir müddət öncə bu qalmaqallı cinayət işi barədə mətbuat vasitəsilə xəbər tutub. E.Məmmədovun həbs olunduğunu öyrənincə prokurorluq orqanlarına müraciət edərək, təqsirləndirilən şəxs tərəfindən aldanıldığını deyib.

Təqsirləndirilən Elman Məmmədov zərərçəkəndən pul almadığını bildirdi: “Orada pul söhbəti olmayıb. Sənin oğlunu aparmışam İlham müəllimin yanına, demişəm ki, qohumumdur. Xəbərin var idimi ki, oğlunu universitetdən qovmuşdular? Oğlun təmənnasız bərpa olundu. Pul söhbəti mənlik deyil. Amma narahat olma, o pulu sənə qaytaracaqlar”.

Dövlət ittihamçısının “əgər pul almamısınızsa, niyə qaytarmaq istəyirsiniz” sualına E.Məmmədovun cavabı özünəməxsus oldu: “İlham Mərdanovu çağırın, ondan soruşun”.

“Taleh bu işdə “çujoy poxmel”dir”

Bundan sonra sabiq hakim Həsən Əliyev ötən məhkəmə prosesindəki ifadəsinin davamı olaraq zərərçəkən Ramazan Səlimovdan pul almadığını bir daha məhkəmənin nəzərinə çatdırdı: “Əvvəl su, işıq, qaz idarəsi söhbəti gedirdi. İcra hakimi təyinatı ilə bağlı söhbət Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsində yarandı. Artıq su, qaz, işıqdan söhbət gedə bilməzdi. Düşünüblər ki, nə edək. Qəbzlərdəki məbləği çox görüb iştaha gəliblər, icra başçısı məsələsini düzüb-qoşublar. Bu məsələ ortaya çıxanda sözügedən polis bölməsində bu adamlara qarşı tərəfkeşlik olunduğunu gördüm. Mənə gələn zənglərdən, bölmədəki hay-küydən, şantaj və hədə-qorxulardan təngə gəldiyim üçün Elmanı tapdım ki, sənin gətirdiyin adam başıma oyun açıb, get bu işi qaydasına sal. Elman polis bölməsinə gedib-gələndən sonra mənə dedi bölmə rəisi Hikmət Usubov deyir ki, bu işi atrıq Nərimanov rayon prokuroru Fikrət Mahmudov bilir, prokurorluqla həll etmək lazımdır. Elman mənə dedi ki, prokurorun müavini Cavid Quliyev onun 22 illik dostudur, məsələni onunla danışıb yoluna qoyacam.

Onunla danışıb gələndən sonra bildirdi ki, Cavid ona deyib bu işi prokuror da bilir, bu işin həlli üçün 100 min manat pul vermək lazımdır. Onlar sənə möhlət versinlər ki, 300 min manatı hissə-hissə ödəyəsən.

Özlərinə çatan pulu əvvəlcədən verməyi tələb edirdilər, əks halda heç nəyə razı olmurdular. Mən də məcbur qalıb nüfuzuma xələl gəlməsin deyə, təmsil olunduğum qurumun adı hallanmasın deyə bu şərtlərlə razılaşmalı oldum.



Əgər Elman mənim pulumu mənimsəmək istəsəydi, onun vasitəsilə 3 dəfə pul göndərmişdim, onu da mənimsəyərdi. Digər tərəfdən, o pula görə Elman dələduzluq edibsə, mən heç zərərçəkən kimi tanınmamışam. Nə Elmana, nə Talehə qarşı həmin 100 min manat söhbətinə görə heç bir tələbim yoxdur. O pulu Elman mənimsəməyib, Taleh isə bu işdə “çujoy poxmel”dir”. O pul prokurorluğa verilməsi üçün onlara verilib”.

“Onun dələduzluğunu sübut edən kifayət qədər faktlar var”

Sabiq hakim ifadəsində zərərçəkən Ramazan Səlimovun bu günə qədər yaşayış yeri olmadığını, kirayədə yaşadığını, Masazırda 9 kv.m-lik evdə qeydiyyatda olduğunu dedi: “Özünü iş adamı kimi ortaya atıb, guya Rusiyada zavod satıb və s. Amma məlum olub ki, onun heç VÖEN-i də yoxdur. 2009-2013-cü illərə qədər ölkədən çıxışı da olmayıb. Əgər Rusiyada zavod satibsa, həmin pulun olkəyə daxil olmasi barədə gomrük bəyannaməsi haradadir?

2012-ci ildə borc məsələsi ilə bağlı Ramazanla aramızda mesajlaşma olub. Dəfələrlə “Nə oldu, niyə pulu vermirsən? İsfəndiyar Axundovun adamları pulunu istəyirlər məndən” yazmışam. İstintaq birtərəfli aparıldığı ucun o, mesajların üstündən keçib, mənim buna yazdığım tərifləri saxlayıb. Bu hətta saxta diplomla işləyərək dövlətdən pul alıb (sabiq hakim bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etdi-red). Bununla bağlı Baş Prokurorluğa şikayət edəcəyəm. Bu adam başqa-başqa şəxslərə qarşı dələduzluq edib. Bunu sübut edən kifayət qədər faktlar var. Ramazan Səlimov dələduzdur”.

H.Əliyevin ifadəsi R.Səlimovun və onun vəkili İradə Cavadovanın etirazına səbəb oldu.

İradə Cavadova:

-Hökm yoxdur, Ramazana dələduz deyə bilməzsiniz.

H.Əliyev:

-Dələduzdur.

E.Məmmədov yerindən replika verdi:

-Dələduz deyil, “moşşenik”dir.

İradə Cavadova:

-Kor kora kor deməsə, bağrı çatlayar.

Hakim tərəflər arasında yaranmış mübahisəni sakitləşdirdikdən sonra proses davam etdirildi.

H.Əliyev ifadəsini davam etdirdi: “Ramazan bağı 1 milyona satdığını deyir, məlum olur ki, 40 min dollara satılıb. Müstəntiq mənim xeyrimə nə edib ki? İşimə xitam verib? Əksinə, işin xeyrinə olan sənədlər işə əlavə edilməyib. Məni ittiham edib veriblər məhkəməyə”.

“İstintaq idarəsinin qabağında 350 min manatı verib dedim ki, haram xoşun olsun”

Daha sonra sabiq hakim dövlət ittihamçısının suallarını cavablandırdı.

Dövlət ittihamçısı:

-3 iyul 2014-cü tarixdə təqsirləndirilən şəxs qismində ifadə vermisiniz. Həmin ifadənizi təsdiq edirsinizmi?

H.Əliyev:

-Bəli.

Dövlət ittihamçısı:

-İcra başçısı təyinatı ilə bağlı Ramazan Səlimovdan 800 min manat almısınızmı?

H.Əliyev:

-Belə bir söhbət olmayıb. Nə 21 dekabr, nə də 5 dekabrda Ramazandan pul almamışam. Onun pulu yoxdur.

Dövlət ittihamçısı:

-Əgər Ramazandan pul almamışdınızsa, niyə geri qaytarırdınız? Niyə böhtanla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmirdiniz?

H.Əliyev:

- Məni şantaj edirdilər. Fikirləşdim ki, yeri yoxdur, işimi itirmək istəmirdim. Ona görə verdim.

Dövlət ittihamçısı:

-Bəs 350 min manatı harada verdiniz?

H.Əliyev:

-Başıma gələnlərdən hamının xəbəri vardı. Əgər zərər ödənilməsəydi, mən həbs oluna bilərdim. Həbs olunmamaq, bu şər-böhtandan qurtarmaq üçün məcbur olub pulu ödədim. Hesab edirəm ki, düzgün etdim, tutulmadım, sübutlar topladım, onu ifşa etdim.

Dövlət ittihamçısı:

-350 min manatı ödəyəndə siz artıq hakim deyildiniz axı.

H.Əliyev:

-Bəli, tutulmamaq üçün verdim. Protokol tərtib olunmadı. İstintaq idarəsinin yanında “Bakı” marketinin qarşısında qara sellofan torbada Ramazana 350 mini verib dedim ki, haram xoşun olsun.

Dövlət ittihamçısı:

-250 min manatı hissə-hissə ödəmisiniz, Elman aparıb verib. Bəs 350 mini niyə etibar eləyib verdiniz?

H.Əliyev:

-Bu adam Ağır Cinayətlərə Dair İstintaq İdarəsini yaxşı tanıyır. Səhər tezdən onu orada görəndə bildim ki, hər şeydən xəbəri var, oraya pulu almaq üçün gəlib. Axşam saatlarında da qəbzi gətirib verdilər.

Dövlət ittihamçısı:

- Ramazanı “Kişmiş” restoranında Milli Məclisin hansı deputatları ilə görüşdürmüsünüz?

H.Əliyev:

-Deputat olmayıb. Tikinti şirkətinin və ARDNŞ-in işçiləri olub.

Dövlət ittihamçısı:

-“Azəriqaz”ın sədr müavini Zahid Cəfərovun qəbuluna göndərmisinizmi? Ona 370 manatlıq hədiyyə alınıbmı?

H.Əliyev:

-Göndərdim, dedi ki, mənim belə bir səlahiyyətim yoxdur. Bütün bunları təmənnasız etmişəm. İnsanlıq naminə. Bu adamdan bir qəpik də pul almamışam.

Dövlət ittihamçısı:

-Siz Zahid Cəfərovun qohumlarının işinə baxmısınızmı?

H.Əliyev:

-Bəli, baxmışam. Qanuni qərar çıxarmışam, apelyasiyada da qüvvədə qalıb.

Dövlət ittihamçısı:

-Ramazanı Vaqif adlı şəxsin yanına göndərmisinizmi ki, ona 600 manata mobil telefon alsın?

H.Əliyev:

-Yalan söhbətdir. Vaqif müəllim təmiz adamdır, heç kimdən hədiyyə götürməz. Necə dili gəlir ona şər atmağa?

Dövlət ittihamçısı:

-Ramazanı Arif adlı şəxsin yanına göndərmisinizmi? 600 manatlıq hədiyyə aparıb.

H.Əliyev:

-Siyəzənin icra başçısı Arif müəllimin yanına aparmışam. On dəqiqə söhbətimiz olub. Hədiyyə alınmayıb.

Dövlət ittihamçısı:

-Qobustanın icra başçısını tanıyırsınızmı? Ona Ramazan 900 manatlıq qol saatı aparıbmı?

H.Əliyev:

-Yox, yalan danışır.

Dövlət ittihamçısı:

-Tərtərin, Şamaxının, Mingəçevirin icra başçıları ilə Ramazanı

görüşdürmüsünüzmü?

H.Əliyev:

-Onların heç biri ilə mənim əlaqəm yoxdur, tanımıram, göndərməmişəm. Ramazan yalan danışır.

“Onun şahidləri bu işin ssenarisini quranlardır”

Dövlət ittihamçısı:

-Dekabrın 5-də verilən 300 min manatı notariusda vermişdiniz?

H.Əliyev:

-Bunun necə baş verdiyini demişəm. Birinci dəfə Ramazandan İsfəndiyar Axundova olan borcumu ödəmək üçün pul istəmişdim. O da belə kələk qurdu.

Dövlət ittihamçısı:

-Görürsünüz ki, qəbz yazdınız, sonradan Elman vasitəsilə tapdınız, sonra müqavilə bağladınız. Niyə demədiniz ki, əvvəl sizə verdiyim qəbzi verin?

H.Əliyev:

-Bunun məqsədi məndən qəbz qoparmaq olub.

Dövlət ittihamçısı:

-İsfəndiyar Axundova borcunuz 200 min manat olub. Niyə Ramazandan 300 min manat istəmisiniz?

H.Əliyev:

-Başqa borclarım da var idi. Fikirləşdim ki, hamının borcunu ödəyim, bir nəfərə borclu qalaram, faizsiz onun borcunu verərəm.

Dövlət ittihamçısı:

-300 min manatlıq qəbzdə Elman iştirak etməyib. Onun nə marağı var idi ki?

H.Əliyev:

-O şəxsi Elman tanış etmişdi. Demişdi ki, mən cavabdehəm. Ramazan qəbzi alıb yoxa çıxanda Elmana zəng vurub dedim. O da üç gün ərzində Ramazanı tapdı.

Dövlət ittihamçısı:

-Ramazanın sözünə düz adam olmadığını gördünüz. Niyə sonra notarial qaydada da qəbz verirdiniz? Niyə qəbz verəndə Elmana məlumat vermirdiniz, amma çətinə düşəndə Elmanı çağırırdınız?

H.Əliyev:

-Ramazan sonradan özü üzə çıxdı, zəng vurdu, dedi söz vermişdim, alınmadı, indi sənə bu pulu vermək istəyirəm. Mən də inandım. O ki qaldı Elmana, biz yaxın dost olmuşuq, nə problem olanda ona müraciət etmişəm həmişə.

Dövlət ittihamçısı:

-Ramazan Səlimov deyir ki, 16-cı polis bölməsində siz ondan 600 min manat almağınızı etiraf etmisiniz?

H.Əliyev:

-Xeyr, belə olmayıb. Ramazanın şahidləri bu işin ssenarisini quranlardır. Dedim zibilə düşmüşəm. Etiraf etsəydim, razılaşsaydım, bu işə bura gəlib çıxmazdı. Bölmə rəisi 600 min manatdan dəm vururdu.

Dövlət ittihamçısı:

-Sizə atılan hər şər-böhtandan qurtarmaq üçün bu qədər pul verməyə məcbursunuz?

H.Əliyev:

-Sənədləşmə belə olandan məcburiyyət qarşısında qalırsan. Sənəd əleyhimə gedirdi. Amma Allaha şükür ki, artıq hər şeyin üstü açılır, hər şey ortaya çıxır.

“Yanıma gəlib deyirdilər ki, Həsən Əliyevin əleyhinə ifadə ver, bu gün səni buradan çıxaraq”

Dövlət ittihamçısı:

-Niyə hüquq-mühafizə orqanlarına müraciət etmədiniz?

H.Əliyev:

-Müraciət etmək üstədim, həm də birbaşa nazirin özünə. Amma yenə deyirəm ki, sənəd var idi ortada.

Dövlət ittihamçısı:

-Elmana və Talehə nə qədər pul vermisiniz?

H.Əliyev:

-İlk pulu (100 min manat nəzərdə tutulur-red.) bölmədə olan şantajın, hay-küyün yatırılması və qarşısının alınması üçün Nərimanov Rayon Prokurorluğuna vermək üçün Elmana vermişəm.

Dövlət ittihamçısı:

-O pullar kimə verilməli idi?

H.Əliyev:

-Rüşvət kimi verilmişdi Nərimanov rayon prokurorunun müavini Cavid Quliyevə. Hörmətli prokuror, mən rüşvət verilən pulla dələduzluqla alınan pulun fərqindəyəm.

Dövlət ittihamçısı:

-Elmana etibar etmisiniz, yaxşı adamdır deyirsiniz. Bəs onda niyə Elmanın səsini yazmısınız?

H.Əliyev:

-Bu məsələni tək Elman həll etmirdi. Mən faktı yazdım. Mən o pulun verilməsində iştirak etmirdim. Hər ehtimala görə yazdım. O da imdadıma çatdı MTN-də. Cavid pulu danandan sonra rəhbərliyə məlumat verdim.

Dövlət ittihamçısı digər təqsirləndirilən Elman Məmmədovdan bu epizoda aydınlıq gətirməsini istədi. E.Məmmədov isə Cavid Quliyevə pul vermədiyini dedi: “Həsən mənim sözümlə hər şeydən keçərdi, mən də onun sözü ilə. Aramız pozulanda hər şey dəyişdi. Mənim yanıma gəlib deyirdilər ki, Həsənin əleyhinə ifadə ver. Mən bunu etmədim. Çünki çörək kəsmişik. Bu gün mən Həsənin ərizəsinə görə içəridəyəm. Niyə soruşmursursunuz ki, mənə kimlər təsir edirdi Həsənə qarşı ifadə verməyə. Bütün bunları özləri düzüb-qoşublar polis bölməsində”.

Dövlət ittihamçısı:

-Həsən Əliyev, siz pulla bağlı Cavid Quliyevə zəng vurmusunuzmu?

H.Əliyev:

-Dedi ki, pul qaytarmışam, mən təmizəm. Həm də dedi ki, 100 deyil, 70 min olub, hamısı qaytarılıb.

“Elə səhvim də bunda olub”

Bundan sonra sabiq hakim vəkil İradə Cavadovanın suallarını cavablandırdı.

İ.Cavadova:

-Siz qəbzdə nə yazmışdınız? Əgər pul almamışdınızsa, niyə qaytarmağa söz vermisiniz?

H.Əliyev:

-Söz verdi, inandırdı, dedi gətirəcəm.

İ.Cavadova:

-2011-ci il, dekabr ayının 21-də qəbz yazdınız. Bununla bağlı SMS-lər oldu?

H.Əliyev:

-Yazırdım ki, nə oldu, pul nə vaxt gələcək.

İ.Cavadova:

-Həmin gün ona minnətdarlıq mesajı göndərmisinizmi?

H.Əliyev:

-Nəyə görə? Qəşəng aldatdığına görə? Almadığım pula görə?

İ.Cavadova:

-O pulu almamışdınızsa, niyə Ramazanı çağırıb pul vermədiyinə görə başqa qəbz almırdınız?

H.Əliyev:

-And içdi dedi ki, qızımın ruhuna and olsun ki, cırmışam, mən də inandım.

İ.Cavadova:

-Qəbzi harada yazmışdınız?

H.Əliyev:

-İş otağımda yazmışdım. İki-üç gündən sonra 3-cü mikrorayon dairəsində verdim.

İ.Cavadova:

-Ondan sonra Ramazanla görüşdünüzmü?

H.Əliyev:

-Yox. Mənə cavab vermirdi. Elman bu işə qarışmayana kimi üzə çıxmadı.

İ.Cavadova:

-Siz hakim işləmisiniz. Bilmirdiniz ki, qəbzi cırmaqla həll olmur belə işlər?

H.Əliyev:

-Elə səhvim də bunda olub.

İ.Cavadova:

-2012-ci ildə notariat kontoruna gedəndə deyirsiniz ki, Ramazan gəlməmişdi. Qəbzlə bağlı da belə şey olmuşdu. Niyə getdiniz notariusa?

H.Əliyev:

-Özü dedi ki, sən həll elə, mən pulu verirəm. Onda da aldatdı, dedi Qusardayam. Yalançının biridir. Həmin vaxt Əhmədlidə olub. Bununla bağlı anten məlumatlar var.

İ.Cavadova:

-Ramazan sizdən verdiyi pulları tələb edibmi?

H.Əliyev:

-Polis bölməsində başladı hamısı. Dedim görüm üzümə deyərmi ki, mənə pul verib. Bölmədə üzümə dayandı, dedim daha belə adamdan nə desən gözləmək olar.

İ.Cavadova:

-Dediniz ki, 3 iyulda Ramazana qara torbada 350 min manat vermisiniz. Ramazan bu qədər aldadıb sizi. Niyə qəbz almadınız pulu verəndə?

H.Əliyev:

-Nə vaxt almışdım ki, indi də alaydım? İstintaq idarəsində dedilər ki, məsələni kənarda həll elə gəl, yoxsa həbs oluna bilərsən.

İ.Cavadova:

-350 min manatı kimdən almışdınız?

H.Əliyev:

-Dost-tanışdan almışdım, mənbəyi də məlumdur.

R.Səlimov həmin gün müstəntiq İ.Ləmbəranskinin dəvəti ilə ora gəldiyini, həmin vaxt H.Əliyev, onun vəkili Sadiq Rəsulov və vəkil Kamandar Nəsibovun da orada olduğunu, K.Nəsibovla sabiq hakimin istintaq idarəsindən bir yerdə çıxdıqlarını dedi.

Vəkil Sadiq Rəsulov isə zərərçəkənin yalan danışdığını, həmin gün K.Nəsibovun orada olmadığını məhkəmənin nəzərinə çatdırdı.

Hakim:

-Ramazan deyib ki, pulu ona prokurorluqda veriblər. Bu barədə nə deyə bilərsiniz?

H.Əliyev:

-Pul prokurorluqda verilməyib. Bu, Ramazanın növbəti uydurmasıdır. Bir hakimi sıradan çıxartdı, indi də müstəntiqə şər atır. Mən pulu ona istintaq idarəsinin yanında vermişdim. Müstəntiq ona necə pul verə bilərdi?

Hakimin R.Səlimova “siz orada 350 min manat görmüsünüzmü” sualına zərərçəkmişin cavabı bu cür oldu: “Müstəntiqin seyfində qara sellofan torba gördüm, mənə oradan 50 min manat çıxarıb verdi”.

Daha sonra təqsirləndirilənin vəkili Sadiq Rəsulov müdafiə etdiyi şəxsə və Elman Məmmədova çarpaz suallar verdi.

S.Rəsulov:

-Siz deyirsiniz ki, Ramazan qızının ruhuna and içib deyib ki, qəbzi cırmışam. Haradan bilirdiniz ki, onun qızı rəhmətə gedib?

E.Məmmədov:

-Özü neçə nəfər kişinin yanında and içdi ki, qızımın goru haqqı, cırıb atmışam.

H.Əliyev:

-Mənə Zivər adlı qızını 2009-cu ildə dünyasını dəyişdiyini, bu üzdən stress keçirdiyini, evdə otura bilmədiyini, işə düzəlmək istədiyini deyirdi. Mənim də ona ürəyim yanmışdı, təmannasız ona yardım etmək istəyirdim.

S.Rəsulov:

-Ramazan Səlimov heç bir övladı ölməyib. Yalan danışır. Öz niyyəti üçün min cür rola girən adam görmüşdük, amma pula görə övladını yalandan öldürən adama rast gəlməmişdik.

Vəkil bu faktı sübut edən sənədləri məhkəməyə təqdim etdi.

R.Səlimov isə bu faktı təkzib etdi.

Daha sonra digər təqsirləndirilən Taleh Süleymanov sərbəst ifadə verdi. T.Süleymanov ona elan olunan ittihamla razılaşmadı və bu işdə heç bir təqsiri olmadığını dedi. Təqsirləndirilən şəxsin ifadəsinə görə, ixtisasca hüquqşünasdır, Nərimanov Rayon Prokurorluğunda işləyib, prokuror müavini Cavid Quliyevi tanıyıb: “Elman Məmmədovun oğlu Nicatla yaxın dost olmuşuq. Elman əmini də oğluna görə tanımışam. Elman dedi ki, Ramazan adlı bir nəfər onun hakim dostuna şər atıb. Bununla bağlı Cavid Quliyevin yanına getmək istəyirdi. Mənə dedi ki, onu Yasamalda işləyən dövrdən tanıyıram, amma bir sən də xahiş elə məni qəbul etsin. Nə pulun alınmasında, nə verilməsində iştirak etməmişəm. Bu ittihamlar əsassızdır”.

Məhkəmə prosesi dekabrın 15-nə kimi təxirə salındı.

İnarə Rafiqqızı

Gəncə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Dələduzluq edən sabiq hakim məhkəmə qarşısında

    Dələduzluq edən sabiq hakim məhkəmə qarşısında ...

    29-09-2016, 16:21

  • 
  • “Qohumlarımın mülkünü satıb vəzifə almaq istəyirdim...”

    “Qohumlarımın mülkünü satıb vəzifə almaq ...

    4-11-2014, 11:41

  • 
  • Keçmiş hakim məhkəmə zalında həbs edildi

    Keçmiş hakim məhkəmə zalında həbs edildi ...

    1-04-2015, 22:11

  • 
  • Sabiq deputatın oğlu məhkəmə qarşısında

    Sabiq deputatın oğlu məhkəmə qarşısında ...

    11-11-2014, 23:41

  • 
  • Arif Əsgərovun bacanağı məhkəmədə ifadə verdi

    Arif Əsgərovun bacanağı məhkəmədə ifadə verdi ...

    13-11-2017, 14:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu