Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Fərrux Zeynalovun cinayət işi üzrə məhkəmə prosesinə start verilib. Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Məhkəməyə baxış dekabrın 15-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi bu il martın 2-də Yasamal rayonunda İ.Qutqaşınlı küçəsində qeydə alınıb. Bakı şəhər sakini Fərrux Zeynalov münaqişə zəminində Elçin Dəmirovu ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib. Cinayəti törədən Fərrux Zeynalov həbs olunduqdan sonra polisə bildirib ki, hadisə vaxtı o, parkda məşq edirmış. Həmin vaxt Elçin Dəmirovun qızlı öpüşdüyünü və buna görə ona irad tutduğunu deyən F.Zeynalov daha sonra məlum hadisəni törədib.
Onu da qeyd edək ki, oxu.az saytı olayla bağlı fərqli məlumat yayıb. Saytın məlumatına görə, Elçin Dəmirovla Fərrux Zeynalov arasındakı münasibətlərin gərginləşməsinin səbəbi başqa məsələ olub. Belə ki, E.Dəmirov bir qızla nişanlanıb. Qətli törədən Fərrux Zeynalov da həmin qızı sevib. Sevdiyi qızın nişanlandığından xəbər tutan gənc Elçin Dəmirova zəng vuraraq, onu görüşə çağırıb və məlum hadisəni törədib. Mənbənin sözlərinə görə, qətlə yetirilən Elçin Dəmirov istedadlı gənc olub. O, hətta oxuduğu ali məktəbdə prezident təqaüdünə layiq görülüb. Məlumata görə, ölən Elçin Dəmirov 2010 cu ildə Bakı Dövlət Universitetinin “Tətbiqi Riyaziyyat” fakultəsini bitirib. Onun istədiyi qız isə hazırda BDU-da “Kimya” fakultəsində təhsil alırmış.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?