GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ölkə jurnalistikasının müdafiəçisi çətin durumda... - FOTOLAR

Ölkə jurnalistikasının müdafiəçisi çətin durumda... - FOTOLAR

Tarix: 12-12-2014, 22:58 Bölmə :Ölkə Baxış: 0
Ölkə jurnalistikasının müdafiəçisi çətin durumda... - FOTOLAR

Media Hüquqları İnstitutu ofisindən çıxır, icarə müqaviləsi bitib, hesabda həbs var

Onlar daim medianın yanında idilər, jurnalistlərlə bağlı hər hansı olaya dərhal reaksiya verər, bəyanat yayar, media ilə bağlı aksiyalarda əsas təşəbbüsçü olardılar. Media ilə bağlı təlimlərdə, maarifləndirici aksiyalarda da onların adı öndə olardı.

Onlar çoxsaylı məhkəmə proseslərində də jurnalistin yanında idi və pulsuz hüquqi yardım göstərirdilər. İndi isə bir neçə aydır ki, sıxışdırılırlar, nəticə olaraq fəaliyyətləri dayandırılmış durumdadırlar. Söhbət Media Hüquqları İnstitutundan (MHİ), onun əməkdaşlarından gedir. Təxminən dörd ay əvvəl fəaliyyətini dayandırdığını bəyan edən təşkilat artıq yerləşdiyi ofisi də tərk edir. Səbəblər çox və ciddidir.

Təşkilatın rəhbəri, vəkil Rəşid Hacılı bir neçə aydır ki, mətbuatla təmaslarını kəsib və təşkilatdakı işçilər könüllülər kimi fəaliyyət göstərirlər. Artıq onlar paytaxtda icarəyə götürdükləri ofisdən də çıxmağa məcburdurlar. Çünki icarə müqaviləsi bitib, yenisini bağlamaq və ödəmək üçün isə maliyyə yoxdur.

Əməkdaşımız MHİ-nin ofisində olub və əməkdaşlarla söhbətləşib. Ofis avadanlıqları, stollar və kompyuterlərin bir hissəsi otaqların divarları boyu düzülüb, ofisdə köç ab-havası var.

Təşkilatın eksperti Xalid Ağəliyev deyir ki, icarə müqaviləsi noyabr ayının sonunda bitib, yenisini bağlamaq mümkünsüzdür: “Çünki pul yoxdur, təşkilatın hesabına həbs qoyulub. Ofisdən çıxmalıyıq. Bir neçə gündür fikirləşirik ki, avadanlıqları aparıb haraya yığaq”.

X.Ağəliyevin sözlərinə görə, təşkilat bu ilin avqustunda fəaliyyətini dayandırdığını elan etsə də, onlar könüllü olaraq indiyədək işləyiblər: “İcarə müqaviləsi noyabrın sonuna qədər idi, hesabda həbs olsa da, heç olmasa, icarə pulu əvvəlcədən ödənilmişdi. Buna görə tam fəaliyyətsiz qalmadıq, yenə məhkəmələr davam edirdi, işlər vardı, hüquqi yardımları davam etdirdik. Amma artıq bu da mümkün deyil. Pul yoxdur, artıq ofis də yoxdur”.

MHİ təmsilçisinin sözlərinə görə, təşkilatın vəkilləri başqa işlərə də çıxdıqlarından, MHİ ilə bağlı yarımçıq qalmış işləri görə bilirdilər. İndi isə ofisdən çıxmaları onların bir yerə toplaşmalarını və fəaliyyətlərini mümkünsüz edir: “Kollektiv kimi bir yerdə oturmaq vacibdir. Bir az boşluq olsa, hamı dağılıb gedəcək. Bir neçə ay pulsuz qalmaq mümkün deyil, amma biz bunu etdik. İyul ayında hesabımıza həbs qoyulub. Məhkəməyə vermişik, məhkəmə isə iddiamızı təmin etməyib, hazırda məhkəmə davam edir. Onunla paralel olaraq bizdə vergi yoxlaması da aparıldı və MHİ-ni cərimələdilər. Biz Vergilər Nazirliyinə apelyasiya şikayəti vermişik. Cərimə ilə bağlı qərarın ləğv olunmasını istəyirik, çünki əsaslı deyil. Həmçinin hesabımıza qoyulan həbslə bağlı Baş Prokurorluğa müraciət etmişik ki, hesabdan həbs götürülməsi ilə bağlı təqdimat versin. Ümid edirik ki, köməyi olacaq. Çünki o başlanmış cinayət işinin bizim təşkilatla heç bir əlaqəsi yoxdur. Digər tərəfdən, başqa bir problem qrantların qeydiyyatı ilə bağlıdır. Bizim donorlarla təxminən bir neçə illik müqavilələrimiz var idi, bir neçə layihə icra edəcəkdik. Amma indi həm hesabda həbs olduğuna görə, həm də Ədliyyə Nazirliyi qrantları qeydiyyata almadığına görə işləyə bilmirik. Yəni MHİ-nin əsas böhran vəziyyətinə gəlib çıxmasının səbəbi hesaba həbs qoyulması və Ədliyyə Nazirliyinin qrant müqavilələrini qeydiyyata almamasıdır. Heç bir izah da vermirlər. Biz 12 ildən artıqdır fəaliyyət göstəririk. İndiyə qədər qrant müqavilələrinin qeydiyyata alınması ilə bağlı hansı formada müraciət etmişdiksə, sənədləri necə təqdim etmişdiksə, eyni qaydada müraciət etmişik. Amma yenə heç bir cavab vermirlər. Bir neçə dəfə məktubla müraciət etmişik, ancaq vəziyyət düzəlmir. Ümumiyyətlə, qrantların qeydiyyatı ilə bağlı qeyri-müəyyən bir durum var. Vəziyyətin düzələcəyinə ümid edirik, başqa heç nə... Ümid edirik ki, bildirişləri yaxınlarda ala biləcəyik və fəaliyyətimizi bərpa edəcəyik”.

Təşkilat fəaliyyətini dayandıranda isə on nəfərlik heyətlə işləyirdi.

“On nəfər fəaliyyət göstərirdik. Layihələrimizdə çalışanların sayı on nəfərdən çoxdur. Təlimlər də keçirirdik, müştərilər də gəlirdi. Yəni daha iri ofisə ehtiyacımız vardı. Amma artıq buranı boşaltmaq məcburiyyətindəyik. Təbii ki, ümumi narahatçılıq var. Amma ümumilikdə şəraiti dəyişmək üçün neyləyə bilərik? Bizim əlimizdən nə gəlir ki? Ölkədə onlarla təşkilat, bəlkə yüzlərlə təşkilat eyni durumdadır. Bəlkə ümumilikdə nəsə etmək olar”, - deyə X.Ağəliyev vurğulayır.

O, deyir ki, bir neçə QHT təmsilçiləri ilə vəziyyətdən çıxış yolu axtarılır, müzakirələr aparılır: “Görüşürük, məsləhətləşirik, vəziyyətdən çıxış yolu axtarırıq. Amma hazırda qeyri-hökumət təşkilatlarının hansısa addımının durumu dəyişəcəyi o qədər də inandırıcı deyil. Bu sahədə hökumət gərəkli addımlar atmalıdır. Bizim həll edəcəyimiz məsələ deyil”.

MHİ-nin hüquqşünası Elçin Sadıqov də bildirir ki, vəziyyət ağırdır: “Hesabda həbs var, buna görə vəsaitimizdən istifadə edə bilmirik. Layihələr yarımçıq qalıb. Artıq ofisin son avadanlıqlarını da yığırıq ki, köçək. Bir neçə ay idi maaş ala bilmirdik, vəziyyət yaxşı deyildi. Bundan sonra yəqin ki, müstəqil olaraq vəkillik fəaliyyətimi davam etdirəcəm. Amma yenə də qəzetlərə, jurnalistlərə yardım etməyə hazıram”.

Röya RƏFİYEVA,
Fotolar müəllifindir.

Ölkə jurnalistikasının müdafiəçisi çətin durumda... - FOTOLAR
Ölkə jurnalistikasının müdafiəçisi çətin durumda... - FOTOLAR
Ölkə jurnalistikasının müdafiəçisi çətin durumda... - FOTOLAR
Ölkə jurnalistikasının müdafiəçisi çətin durumda... - FOTOLAR
Ölkə jurnalistikasının müdafiəçisi çətin durumda... - FOTOLAR
Ölkə jurnalistikasının müdafiəçisi çətin durumda... - FOTOLAR
Ölkə jurnalistikasının müdafiəçisi çətin durumda... - FOTOLAR
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Media Hüququ İnstitutundan həbs olunan Facebook fəalı ilə bağlı - Açıqlama

    Media Hüququ İnstitutundan həbs olunan Facebook ...

    28-11-2013, 22:17

  • 
  • Metrodakı qalmaqalla bağlı – Bəyanat

    Metrodakı qalmaqalla bağlı – Bəyanat ...

    2-07-2013, 15:15

  • 
  • Arif Hacılı: "İctimai Palatanı süni şəkildə saxlamaq niyyətində deyilik”

    Arif Hacılı: "İctimai Palatanı süni şəkildə ...

    9-01-2014, 02:26

  • 
  • "Media haqqında" Qanunun Konstitusiyaya uyğunluğu yoxlanılmalıdır - ÇAĞIRIŞ

    "Media haqqında" Qanunun Konstitusiyaya ...

    31-03-2023, 22:27

  • 
  • “Xəyal TV” jurnalistlərinin təqibi qanunsuzdur

    “Xəyal TV” jurnalistlərinin təqibi qanunsuzdur ...

    27-02-2013, 11:28


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (140)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu