Çeçenistan prezidenti Ramzan Kadırovun Qroznıya hücum edənlərin qohumlarının evlərinin yandırılması ilə bağlı göstərişi Rusiyada ciddi qalmaqala səbəb olub.
gundemxeber.az avropa.info-ya istinadən xəbər verir ki, bunla bağlı Moskvada hüquq müdafiəçiləri və müstəqil jurnalistlər mətbuat konfransı keçiriblər.
Tədbir iştirakçıları çeçen rəhbərliyinin kollektiv cəzalandırma haqqındakı açıqlamalarını və Qroznıya hücum edənlərin yaxınlarına məxsus evlərin yandırılmasını Rusiya qanunlarına zidd addım adlandırıblar. Mətbuat konfransı ictimaiyyətində geniş əks-səda tapdı, bir neçə Kadirovcu təcavüzkar iştirakçılardan İqor Kalyapine yumurta atdı.
"Novoya Qazeta"nın müxbiri Yelena Milaşina iclasdakı çıxışında, Çeçenistanda evlərin yandırılması ilə bağlı bəzi faktlar təqdim edib. Kadırovun Qroznıya hücum edənlərin yaxınlarının sürgün edilməsi və evlərinin sökülməsi ilə bağlı açıqlamasının sosial mediada 12 min Rusiya vətəndaşları tərəfindən rəğbətlə qarşılandığını deyən Milaşina bunun bir fəlakət olduğunu deyib.
İşgəncə Əleyhinə Komitənin sədri İqor Kalyapin isə bunları deyib.
"Yalnız çeçen vətəndaşları deyil, bütün cəmiyyət dərindən yaralıdır. Cəmiyyət zorakılığa meyllidir, qarşıdurma gözləyir, şiddət istəyir və özü şiddət tətbiq etməyə hazırdır." Kalyapin prokurorluğu, qeyri-qanuni hərəkətləri və açıqlamalarından dolayı Ramzan Kadırov haqqında lazımi tədbirlər görməyə çağırıb.
Vətəndaş Həmrəylik Komitəsinin sədri Svetlana Gannuşkina, bəzi vətəndaşların kollektiv cəzalandırma kimi metodlara dəstək verməsini, hüquq-mühafizə təşkilatına qarşı inamsızlıqla şərh edərək bu bəyanatı verib : "Kollektiv cəzalandırma terrorçuların məntiqidir! Əgər dövlət bu üsullardan istifadə edirsə, terrorçu dövlət deməkdir. Moskvada Ramzan Kadırovun qanunsuz əmrinə reaksiya verilmədi. Demək ki, federal hökumət Çeçenyadaki bütün problemlərin Ramzanın əmri ilə həll edilməsini qəbul edir. Ona görə bu vəziyyətdən Moskva da məsuldur. Evlərin yandırılması və uşaqlı ailələrin küçəyə atılması, silahlı qruplaşmaya yeni insanların verilməsi mənasına gəlir".
Memorial insan haqları mərkəzinin sədri Aleksandr Çerkasov isə son olaraq Çeçenistanda daha 9 evin yandırıldığını açıqlayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?