Çeçenistan lideri Ramzan Kadırovun razılığı olmadan respublika ərazisində əməliyyat keçirən digər regionların təhlükəsizlik qüvvələri yerindəcə güllələnəcək. Bunu aprelin 21-də Qroznıda yerli hüquq-mühavizə orqanlarının nümayəndələri ilə iclasda Ramzan Kadırov göstəriş verib: “Hamı bilməlidir ki, Çeçenistan respublikasının ərazisində qanun hökm sürür.Mən rəsmi şəkildə bildirirəm, əgər sizin razılığınız olmadan ərazinizdə kimlərsə peyda olsa, fərqi yoxdur istər moskvalı olsun, istərsə də stavropollu, yerindəcə atəş açın.Onlar bizimlə hesablaşmalıdır.Məsələn bizim İnquşetiyayaya gedib, orda terrorçular və ekstremistlərə qarşı əməliyyat keçirməyə haqqımız yoxdur”. Şərhçilər deyir ki, bu Kadırovla Rusiyanın bir sıra hüquq-mühavizə orqanları arasında münasibətlərin gərginləşməsi fonunda baş verir. Kadırovun belə bir bəyanatla çıxış etməsinə səbəb aprelin 19-da Qroznıda Dzhambulat Dadayev adlı bir çeçenin Stavropoldan olan polis tərəfindən öldürülməsi olub. Kadırov bildirib ki, artıq Çeçenistan ərazisində belə şeylər olmayacaq və belə düşünənlər səhv edirlər. Artıq o vaxtlar, 2000-ci illər geridə qaldı, kimi istəyirlər gəlib aparsınlar-deyə o vurğulayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?