Çində toy və yas mərasimlərində, ticarət-biznes mərkəzlərində, eləcədə şənliklərdə himnin oxunması qadağan edilib.
Belə bir qərarın qəbul edilməsində məqsəd himnin ifası zamanı lazımi etiket qaydalarına riayət edilməsi vərdişlərini inkişaf etdirməkdir. Bundan başqa, himnin həm də uşaq bağçaları və məktəblərdə də səsləndirilməsi məcburidir.
"Könüllülərin marşı" adlandırılan dövlət himnini yalnız milli bayramların əvvəlində, siyasi mitinqlərdə, rəsmi diplomatik və beynəlxalq tədbirlərdə ifa etməyə icazə verilib. Himn həm də mühüm idman tədbirləri zamanı bayrağın qaldırılması zamanı da səsləndirilə bilər.
Bu qaydanı pozanlara qarşı cəza tədbirləri də müəyyən edilib. Belə ki, qoyulan tələblərə əməl etməyənləri "tənqid və islah" gözləyir
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?